Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın (publik hüquqi şəxsdir) İdarə Heyətin sədrinə müavin təyin edilib.
Banker.az xəbər verir ki, bu vəzifəyə Şaiq Kazımov təyin edilib.
Ş.Kazımov 2022-ci ilin oktyabrından Milli Observatoriyaya Monitorinq şöbəsinin müdri kimi gəlib. 2023-cü ilin iyunundan Milli Observatoriyanın sədrinin müşaviri idi.
O, bundan öncə “Kapital Bank” ASC və Elm və Təhsil Nazirliyi kimi qurumlarda müxtəlif vəzifələrdə çalışıb.
Ş.Kazımov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) fəlsəfə elmlər doktoru dərəcəsinə yiyələnib.