Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan mətbuat konfransı keçirərək, bir sıra sualları cavablandırıb.
Tribunainfo.az xəbər verir ki, o, Ermənistanın baş naziri Nikol Paşinyanla birbaşa dialoqa getmək fikrində olmadığını açıqlayıb.
Ter-Petrosyan bildirib ki, fikirlərini yazılı şəkildə hazırlayıb, mətbuatda dərc edəcək.
O qeyd edib ki, Paşinyan Xankəndidə “Qarabağ Ermənistandır, nöqtə” deməklə Qarabağ məsələsinin kompromis yolu ilə həlli üzərindən xətt çəkib. Ter-Petrosyan Paşinyanın sülh məsələsində də səmimi olmadığını iddia edib. “Nikol Paşinyanın sülh planı blefdən başqa bir şey deyil”.
Keçmiş prezident həmçinin Zəngəzur bölgəsində baş verənlərə də reaksiya verib. O dəhliz mələsinə toxunaraq deyib: “Mən Zəngəzurla bağlı ciddi təhlükələr görürəm”.