Əsas Səhifə > Güney Press > Petrosyan hələ də hansısa absurd "Qarabağ məsələsi"ndən danışır...
Petrosyan hələ də hansısa absurd "Qarabağ məsələsi"ndən danışır...Bu gün, 11:55 |
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan mətbuat konfransı keçirərək, bir sıra sualları cavablandırıb. Tribunainfo.az xəbər verir ki, o, Ermənistanın baş naziri Nikol Paşinyanla birbaşa dialoqa getmək fikrində olmadığını açıqlayıb. Ter-Petrosyan bildirib ki, fikirlərini yazılı şəkildə hazırlayıb, mətbuatda dərc edəcək. O qeyd edib ki, Paşinyan Xankəndidə “Qarabağ Ermənistandır, nöqtə” deməklə Qarabağ məsələsinin kompromis yolu ilə həlli üzərindən xətt çəkib. Ter-Petrosyan Paşinyanın sülh məsələsində də səmimi olmadığını iddia edib. “Nikol Paşinyanın sülh planı blefdən başqa bir şey deyil”. Keçmiş prezident həmçinin Zəngəzur bölgəsində baş verənlərə də reaksiya verib. O dəhliz mələsinə toxunaraq deyib: “Mən Zəngəzurla bağlı ciddi təhlükələr görürəm”. Geri qayıt |