“Elşad oxuyan deyil. Oxuya bilmirsən, heç olmasa, insanlığın olsun”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Əli Mirəliyev “Gün ortası” verilişində deyib.
Sənətçi həmkarı Elşad Qarayevlə bağlı qalmaqallı açıqlama verib:
“Elşad oxuyan deyil. Toy oxuyanıdır, efir oxuyanı deyil. Toy ayrı şeydir, efir ayrı. Səməd Səmədov, Cavanşir Məmmədovla Elşadı bir edirsən? Çıxıb efirə deyir ki, mən 1974-cü ildən Bakıdayam, mən Əli Mirəliyevi tanımamışam. Səbəb birdir – paxıllıq. Oxuya bilmirsən, heç olmasa, insanlığın, olaydı. Necə ola bilər məni tanımırsan? Sovet vaxtı bir kanal var idi, hamı baxırdı, sən məni efirdə görmürdün?!”