Köçəryanın adamları saxlanıldı .....                     İki seçki komissiyasının sədri və bir katibi tutulub .....                     Paşinyan Azərbaycanla sülh prosesindən danışdı .....                     Paşinyan ancaq xalqın qarşısında diz çökəcək, Rusiyanın yox .....                     Kənd evlərinə kütləvi şəkildə “kupça” verilə bilər .....                     Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu .....                     Rusiya heç vaxt ABŞ-a qarşı bunu etməyib .....                     ABŞ kəşfiyyatı İsrailin amerikalı rəsmiləri dinlədiyini ehtimal edir .....                     Əslində bankın bu addımı HÜQUQİ MÜDAXİLƏ tələb edir... .....                     Cıdır düzündə SONUNCU ERMƏNİ RƏQSİ... .....                     Putin üçün yalançı reytinq düzəldənin yuz milyonlarla varidatı aşkara çıxdı .....                     Demoqrafik fəlakətə doğru gedirik, .....                     MAAŞLAR ARTMIRSA... demək qanunları pozursunuz! .....                     Burada dövlətə vergi, vətəndaşa təminat yoxdur... .....                     Azərbaycanın YAVLİNSKİSİ... .....                     "Məsmə Aslanın oyunu ləzzət elədi..." .....                     Ya intervalı azaldın, YA DA Kİ... .....                     Müharibə əlilinin QANINI BATIRIRLAR .....                     Güney Qafqazda PAŞİNYAN POZASI... .....                     İqtisadiyyat Nazirliyi LƏĞV OLUNMALIDIR... .....                     Zatən adı üstündə... Tramp deyib vaxtında... .....                     Səni pöşələnəsən, ay tarix!.. .....                     Ayağımızı dünyanın harasına bassaq... XOŞBƏXTİK... .....                     Yamaq vurulmuş iqtisadiyyatımız... .....                     “Onların fəaliyyəti “donuz kimi hərəkət edib, bəy kimi üzr istəyir” məsəlini xatırladır” .....                     Sülh sazişi dekabrda imzalanacaq .....                     Anar Rzayevi nələr gözləyir? .....                     Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub .....                     Paşinyanın “dili açıldı”: .....                     Kölgədə aparılan müharibə: .....                     Paşinyan DÖYÜŞƏ TƏK GEDİR... .....                     Paşinyan alternativi olmadığına görə qələbə qazanacaq .....                     ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub .....                     Jak Şirakın həyat yoldaşı vəfat edib .....                     Süni intellekt planetin resurslarını səssizcə “udur” .....                     “Mən barışmaq istədim, o, kobud cavablandırdı” .....                     Paşinyan "sükut günü"nü belə dəyərləndirir .....                     ABŞ və Qərbin gizli oyunu "sülh masası"nı dağıdır: .....                     Tramp Maskla barışıb .....                     Paşinyanın seçkidən sonra həbs anonsu .....                 

Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Tarix: 13-09-2025, 12:18 | Çap et

Ermənistan parlamentinin sədri Alen Simonyan sensasion açıqlama ilə çıxış edib. O bildirib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında iqtisadi münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyacaq: “Bizim vahid erməni-Azərbaycan əmtəə bazarımız olacaq. Mağazalarımızda Azərbaycan məhsulları görünəcək, Ermənistan məhsulları isə Bakıda və digər şəhərlərdə əlçatan olacaq. Ermənilər Azərbaycan benzinini daha ucuz ala biləcəklər - bu qaçılmazdır”,-deyə Simonyan vurğulayıb.

O etiraf edib ki, hər iki tərəfdə hələ də həssaslıq qalır: “Axı biz insan öldürmədikmi, azərbaycanlı tərəfdən adamlar ölmədimi?” - deyə spiker xatırladıb. Onun fikrincə, bu gərginlik zamanla aradan qalxacaq, çünki əsas prioritet sərhədlərin açılması və kommunikasiya xətlərinin tezliklə bərpa edilməsidir.

Simonyan həmçinin qeyd edib ki, artıq Moskvada və digər ölkələrdə çoxsaylı azərbaycanlı və erməni birlikdə biznes qurur, dostluq edir və normal münasibətlər saxlayır.

Bakı ilə İrəvan arasında paraflanan sülh mətnində diplomatik əlaqələrin qurulması da yer alır. Gələcəkdə yekun sülh sənədinin imzalanması Azərbaycanla Ermənistan arasında iqtisadi əməkdaşlığın qurulmasına, neftimizin bu ölkəyə satışına səbəb ola bilər.

Amma bunun əleyhdarları olanlar da var. Onlar torpaqlarımızı yağmalayanlara, dinc vətəndaşlarımızı qətlə yetirənlərə belə bir fürsət tanınmasına qarşı çıxırlar. Hesab edirlər ki, ermənilərin cinayətləri yaddan çıxmamalıdır və bu əlaqələrin yaranması növbəti bəlaların təməlinin qoyulmasına səbəb ola bilər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi imzalanandan sonra iki ölkə arasında diplomatik əlaqələr yaradılmalıdır, daha sonra isə iqtisadi əlaqələrin genişləndirilməsinə başlanacaq: “Biz iki qonşu ölkəyik. Bu baxımdan həmişə düşmən qala bilmərik. Düzdür, onların bizim başımıza gətirdiyi faciələri heç vaxt unuda bilmərik. Amma sülh yaranandan sonra iki ölkə arasında hərtərəfli münasibətlər formalaşacaqdır. Ermənistan parlamentinin sədri Alen Simonyanın dediyi kimi azərbaycanlılar və ermənilər gələcəkdə bir-biri ilə ticarət edə biləcəklər. Həm də iki ölkə arasında ticarət əlaqələri yaranacaq. Hər halda bizim neftimizə, qazımıza, kimya sənayesi mallarına Ermənistanda tələbat var. Həm də təbii ki, gələcəkdə ”İstisu"nu, Ağdam şərabımızı da Ermənistana sata bilərik. Burada qeyri-adi bir şey görmürəm. Bu gün bizə lazım olan əsas məsələ iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına böyük maneə kimi qalan Ermənistan Konstitusiyasından ölkəmizə qarşı olan ərazi iddialarının çıxarılmasıdır. Yekun sülh müqaviləsi imzalanandan sonra münasibətlər normallaşacaq və hər şey öz axarı ilə davam edəcək".

İqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, iqtisadi əlaqələrin yaranması daha çox Ermənistanın xeyrinə olacaq. O, “Yeni Müsavat”a mövzunu şərh edərkən Azərbaycanın idxaldan asılı olduğunu vurğuladı: “Bu açıqlama gözlənilən idi. Hər iki ölkənin əsas ixrac bazarlarından biri Rusiya idi, Rusiya isə buna təzyiq vasitəsi kimi baxır. Belə bir ortamda ölkələr arasında münasibətlər bərpa olunduqdan sonra qarşılıqlı əsaslarda uyğun bazarlar yaranacaq. Sual budur ki, bu, hansı ölkə üçün daha çox divident qazandıracaq? Birmənalı şəkildə düşünürəm ki, bu, Ermənistan üçün daha effektiv olacaq. Azərbaycanın ixrac sektorunda əsas pay neft və qaza aiddir. Azərbaycanın nefti azalsa da, nefti də, qazı da satmağa yeri var. Əsas ixracı istiqamətləndirmək və Ermənistanın ehtiyacı olan məhsulu vermək üçün Azərbaycanın digər bazarları da var. Rusiya pomidordan təzyiq aləti kimi istifadə edir, amma Ermənistanda pomidor istehsal olunur. Bu mənada Ermənistan o qədər də böyük bazar deyil. Ermənistan nefti və qazı olmayan ölkə kimi öz qeyri-neft istehsalını 53 faiz artırıb, 13 milyard ABŞ dolları həcminə çatdırıb. Bu, Ermənistan üçün çox böyük rəqəmdir. Ölkə qızıl istehsalını 3 dəfədən çox artırıb, 5,6 milyard dollarlıq qızıl ixrac edib. Gümüş ixracını 12 dəfə, zərgərlik məmulatlarının ixracını isə 80 faiz artırıb. Ermənistan hətta telefon və elektron avadanlıqlarının istehsalını və ixracını həyata keçirib, bu sahədə artım isə 25 faiz olub, 672 milyon dollarlıq məhsul ixrac edilib. Bu məhsullar Ermənistanın ixracının 63 faizini təşkil edir. Hər bir məhsul Azərbaycan bazarına daxil ola biləcək məhsuldur. Kənd təsərrüfatı sahəsinə baxsaq, meyvə-tərəvəzin ixracı 9 faizə qədər artıb, kartofun, qurudulmuş meyvənin, şərabın ixracı da artıb. Düşünürəm ki, Ermənistan Azərbaycanın idxal etdiyi meyvə-tərəvəz, spirtli içki, bəzi sənaye məhsullarını ixrac edə bilər”.

E.Əmirov diqqətə çatdırdı ki, hazırda Azərbaycan bazarlarında Mərkəzi Asiya respublikalarından idxal edilən məhsullar sürətlə artır: “Azərbaycan bazarlarında Özbəkistanda istehsal olunan elektrik avadanlıqların, qızdırıcıların və s. satışı çoxalıb. Ölkəmiz böyük ölçüdə idxaldan asılıdır. Odur ki, Azərbaycan istehsal qura bilən ölkələr üçün əla bazardır. Bu isə Ermənistan üçün böyük uduş olacaqdır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Köçəryanın adamları saxlanıldı
Dünən, 11:48
İki seçki komissiyasının sədri və bir katibi tutulub - Ermənistan MSK sədri
Dünən, 11:46
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı - KİV
Dünən, 11:15
Paşinyan ancaq xalqın qarşısında diz çökəcək, Rusiyanın yox - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
Kənd evlərinə kütləvi şəkildə “kupça” verilə bilər - AKTUAL
Dünən, 09:46
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu
Dünən, 09:42
Rusiya heç vaxt ABŞ-a qarşı bunu etməyib - Novak
Dünən, 09:39
ABŞ kəşfiyyatı İsrailin amerikalı rəsmiləri dinlədiyini ehtimal edir - NYT
Dünən, 08:42
Əslində bankın bu addımı HÜQUQİ MÜDAXİLƏ tələb edir... - AXI NİYƏ?..
Dünən, 08:38
Cıdır düzündə SONUNCU ERMƏNİ RƏQSİ... - AKTUAL
Dünən, 08:29
Putin üçün yalançı reytinq düzəldənin yuz milyonlarla varidatı aşkara çıxdı - TƏFƏRRÜAT
Dünən, 08:22
Demoqrafik fəlakətə doğru gedirik, - SOS!
Dünən, 08:19
MAAŞLAR ARTMIRSA... demək qanunları pozursunuz! - FAKT BUDUR!
Dünən, 08:14
Burada dövlətə vergi, vətəndaşa təminat yoxdur... - BU DA FAKT...
Dünən, 08:04
Azərbaycanın YAVLİNSKİSİ... - RƏY
Dünən, 07:51
"Məsmə Aslanın oyunu ləzzət elədi..." - REAKSİYA
Dünən, 07:37
Ya intervalı azaldın, YA DA Kİ... - NARAZILIQ VAR...
Dünən, 07:26
Müharibə əlilinin QANINI BATIRIRLAR - MÜRACİƏT
Dünən, 07:18
Güney Qafqazda PAŞİNYAN POZASI... - Kim necə görür...
Dünən, 07:09
İqtisadiyyat Nazirliyi LƏĞV OLUNMALIDIR... - TƏKLİF...
Dünən, 07:04
Zatən adı üstündə... Tramp deyib vaxtında... - Ortada məntiq də olmalıdır axı...
Dünən, 06:52
Səni pöşələnəsən, ay tarix!.. - ÇƏRXİ-FƏLƏK...
Dünən, 06:43
Ayağımızı dünyanın harasına bassaq... XOŞBƏXTİK... - MALƏSƏF...
Dünən, 06:40
Yamaq vurulmuş iqtisadiyyatımız... - çataq... amma keçməyək...
Dünən, 06:31
“Onların fəaliyyəti “donuz kimi hərəkət edib, bəy kimi üzr istəyir” məsəlini xatırladır” - REAKSİYA
6-06-2026, 17:23
Sülh sazişi dekabrda imzalanacaq - ƏGƏR...
6-06-2026, 17:21
Anar Rzayevi nələr gözləyir? - AYNA-da yoxlama...
6-06-2026, 17:16
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub - ƏMR
6-06-2026, 17:11
Paşinyanın “dili açıldı”: - Nikol bizi nəylə təhdid edir?
6-06-2026, 17:05
Kölgədə aparılan müharibə: - Azərbaycana qarşı kimlər hibrid hücum təşkil edir?
6-06-2026, 17:03
Paşinyan DÖYÜŞƏ TƏK GEDİR... - NƏ BAŞ VERİR?
6-06-2026, 17:00
Paşinyan alternativi olmadığına görə qələbə qazanacaq - ŞƏRH
6-06-2026, 16:57
ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
6-06-2026, 16:51
Jak Şirakın həyat yoldaşı vəfat edib
6-06-2026, 16:49
Süni intellekt planetin resurslarını səssizcə “udur” – Bu, başlanğıcdır
6-06-2026, 16:47
“Mən barışmaq istədim, o, kobud cavablandırdı” – Qubada baş verən hadisənin təfərrüatı
6-06-2026, 16:46
Paşinyan "sükut günü"nü belə dəyərləndirir - VİDEO
6-06-2026, 16:38
ABŞ və Qərbin gizli oyunu "sülh masası"nı dağıdır: - Kreml ''görüş qapısı"nı qapadır, savaşın ssenarisi yenə dəyişir
6-06-2026, 16:35
Tramp Maskla barışıb
6-06-2026, 16:29
Paşinyanın seçkidən sonra həbs anonsu – İrəvanda gərginlik artır
6-06-2026, 15:11
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - FOTO
6-06-2026, 15:07
Tapşırıq... qohumbazlıq... HARA QƏDƏR? - "Biabırçı bir vəziyyətdir!"
6-06-2026, 15:04
Yasamal RİH İZAHAT VERDİ
6-06-2026, 13:43
Ermənistan üçün sonun başlanğıcı, yoxsa... - AKTUAL
6-06-2026, 13:16
Zelenskidən Moskvaya ağır ZƏRBƏ ANONSU
6-06-2026, 13:14
Medvedevdən İrəvan barədə sensasion bəyanat: - "Bu rüsvayçılığı heç Vaşinqtonla Brüssel də bağışlamaz"
6-06-2026, 12:52
Əvvəl gətirirlər, sonra birdən “yoxa çıxır” – Apteklərdəki “analoji” dərmanların QORXUNC RİSKLƏRİ
6-06-2026, 12:44
Sankt-Peterburq sakinləri baş vermiş partlayışlardan panikaya düşdü.... -FOTO
6-06-2026, 12:42
Gənclər və İdman Nazirliyi 55 minlik gül alır
6-06-2026, 12:39
Bakıda məşhur ticarət mərkəzi MÜFLİS OLUB? - Sahibkarlar ÇƏTİN DURUMDA!
6-06-2026, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru