Bir neçə gün əvvəl Rusiya XİN-nin sözçüsü Maria Zaxarova bu ölkədə azərbaycanlıların polis tərəfindən zorakılıqla öldürülməsindən sonra Bakıda həbs edilən ruslar haqqında danışıb.
Zaxarova bildirib ki, Azərbaycan həbs edilən Rusiya vətəndaşlarını azad etməlidir.
Gununsesi.info–nun araşdırması zamanı isə bəlli olub ki, Azərbaycanda həbs edilən həmin şəxslər Rusiyada axtarışa verilib.
Belə ki, Ukrayna ilə müharibədən yayınaraq Azərbaycana pənah gətirən rusiyalı gənclər öz ölkələrində fərari kimi axtarışa verilib.
Göründüyü kimi,Bakının həmin şəxsləri azad edərək, Rusiyaya göndərəcəyi təqdirdə onları yenidən həbsxana həyatı gözləyir.
Onu da qeyd edək ki, Azərbaycanda həbsdə olan həmin gənclər dövlətin diqqətindədir və saxlanma şəraitlərindən hər hansı bir narazılıqları yoxdur.
Hətta Ombudsman və Baş Prokurorluğun əməkdaşları onlara baş çəkib.