Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi İqor Kirillovun qətlində şübhəli bilənən şəxsin Bakıda doğulmuş Rusiya vətəndaşı olduğu üzə çıxıb.
Axar.az xəbər verir ki, bu barədə TASS istintaq materiallarına istinadla məlumat yayıb.
“Rusiya Müdafiə Nazirliyinin iki hərbçisi İqor Kirillov və İlya Polikarpovun naməlum tipli partlayıcı qurğunu işə salaraq qətlə yetirilməsi və adıçəkilən şəxslərin ölümü ilə nəticələnməsi faktı ilə bağlı cinayət işi açılıb. Cinayəti törətməkdə şübhəli bilinən Robert Səfəryan saxlanılıb”, - məlumatda qeyd olunub.
R.Səfəryanın Bakıda anadan olduğu, hazırda Rusiya vənətdaşı olduğu bildirilib.
Qeyd edək ki, ötən ilin dekabrın 17-də Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi İqor Kirillov yaşadığı binanın qarşısında partlayış nəticəsində öldürülmüşdü.