"Məniş maşınımı 03.06.2025 tarixində durduğu yerdə vurub qaçıblar, nömrəsiz "e klass"dır və bu hadisə registratora da düşüb..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Maşınım "Atəşgah sığorta"dan kasko olunub. 3 ay zülüm çəkərək, bu gun nəhayətdə "forma 4"ü əldə edərək "Atəşgah sığorta"nın baş idarəsinə yaxınlaşdım...
Bildirdilər ki sizdə 500 manat "franşiza" olacaq. Səbəb isə vurub qaçanın tapilmamağıdır. Deyir, vurub qaçanı tapmalısız ki biz onun sığortasından ödənişi alaq, sizə edək.
Belə absurd qərar olar?"