Bu tikiş şirkətinin 1,5 milyon manat vergi borcu üzə çıxdı .....                     Heydər Babayevin sərvəti əlindən alınır? .....                     “Deyirlər guya ölürəm, danışa bilmirəm...” .....                     Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı .....                     Santuş AFFA-dan təzminat tələb edir .....                     Fernandu Santuş Azərbaycana təşəkkür edib .....                     Ermənistanda siyasi partiyalar hansı resursla seçkiyə gedir? .....                     Balaxanıda sənəd dələduzluğu: .....                     Qurban Qurbanov Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi gətiriləcək? .....                     Pezeşkian ABŞ-yə səfər edəcək .....                     Ekologiyanı pulla çirkləndirənlər: ETSN-də rüşvət qalmaqalı .....                     AFFA Santuşa 12 milyon təzminat verəcək? .....                     “İnqilab olmayacaq” .....                     Cənubi Qafqazla bağlı prioritetimiz dəyişməyib .....                     “JOY TOUR” və “JOY TRAVEL” şirkəti 20-dən çox şəxsi aldatmaqda ittiham olunur, təsisçi həbs edilib .....                     Santuşun yerinə Pantuşu gətirəcəklər .....                     Rus generalın qətlində şok isim: .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Azərbaycanda Rusiyanın agentləri və casus şəbəkələri var” .....                     Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr .....                     “Planet Parni iz Baku”nun aktyoru oğluna toy etdi .....                     “OPEK”in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq? .....                     "Yalnız varlanmaqla məşğul olublar" .....                     Əhəd Abıyev .....                     201 saylı məktəb: SUYU KƏNARDAN BULANDIRAN VAR İMİŞ... .....                     Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi .....                     Bakıda geniş quruculuq-abadlıq işlərinə start verilib .....                     "Belə absurd qərar olar?" .....                     Zaxarovanın Bakıdan istədiyi rusları Moskvada həbs gözləyir .....                     ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib .....                     Paşinyan Azərbaycandan .....                     Ukraynanı üç hissəyə bölürlər .....                     Xalq artisti Sərdar Fərəcov reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır .....                     Rusiya FTX guya terror aktları planlaşdıran Azərbaycan vətəndaşının saxlanıldığını açıqlayıb .....                     “Putin istədiyini aldı” .....                     ABŞ-ın "aslan qırığı" taktikası .....                     İrandan Ermənistana daha bir jest .....                     Tanınmış turizm şirkətindən 500 minlik dələduzluq .....                     “5-10 manat qazanır, verir operatora ki, arxasını çəksin...” .....                     Kino Agentliyinin 792 minlik film festivalı təxirə salındı: tender ləğv edildi .....                 

Əhəd Abıyev HARALARDADI...
Tarix: Bu gün, 12:05 | Çap et

Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.

Keçmiş deputat, Daşkəsən rayonunun sabiq icra başçısı Əhəd Abıyev müxtəlif vaxtlarda qeyri-adi hərəkətləri və səs-küylü açıqlamaları ilə mətbuatın müzakirə obyekti olub. Çoxdandır medianın diqqətindən kənarda qalan Əhəd müəllim vaxtilə vəzifədə olan maraqlı personalardan biri sayılırdı. Hansı postu tutmasından asılı olmayaraq, o, özünü daim ön planda saxlayır, çıxışları və bəyanatları ilə yadda qalırdı.

Məsələn, Milli Məclisin iclası zamanı AXCP sədri Əli Kərimli haqqında səsləndirdiyi qeyri-etik ifadələr qalmaqala səbəb olmuş, Ümid Partiyasının sədri İqbal Ağazadənin onun üzərinə getməsilə nəticələnmiş, deputatların əlbəyaxa davasının qarşısı son anda alınmışdı.

Əhəd Abıyev Daşkəsən şəhərində icra başçısı işləyərkən də həmkarlarından fərqlənməyə çalışıb. Gah ata minir, gah boks rinqinə çıxıb kimi isə "əzişdirir", gah əlinə avtomat alıb hərbi forma geyinir, gah da iclasları açıq havada - təbiətin qoynunda keçirirdi.
Onun Novruz bayramı mərasimlərindən birində boks əlcəkləri geyərək Ermənistan bayrağının maketini sındırması yəqin ki, unudulmayıb. Bu hərəkəti onun əleyhinə işləmişdi. İddia olunmuşdi ki, Əhəd müəllim Ermənistan bayrağı əvəzinə Kolumbiya bayrağının maketini sındırıb. Nəticədə bu barədə söz-söhbətlər bir müddət ciddi müzakirələrə yol açmışdı. O zaman Əhəd Abıyevin özü də məsələyə aydınlıq gətirməli olmuş və Modern.az-a belə bir açıqlama vermişdi:

“Tribunadan eşitdim ki, mərasimə erməni bayrağı gətiriləcək və ayaq altına atılıb tapdalanacaq. Mən də dedim ki, bayrağı saxlayın gəlirəm. Tribunadan düşdüm və bayrağı əksinə çevirdim. Elə təsəvvür etdim ki, ermənidir, başını aşağı, ayaqlarını göydə tutmuşam. Bir yumruq da onun nəzərdə tutduğum yerindən vurdum. Maket iki yerə bölündü. Doğrudur, barmaqlarım da sındı, rentgendən keçdim.
...Kim bu hadisəni bəzəyib-düzəyib, bilmirəm. Amma söhbət mənim önümə gətirilən erməni bayrağından gedir. İndi bilmirəm Azərbaycanda erməni bayrağının müdafiəsinə qalxan, qanında erməni qanı olan, evində erməni yatızdıran kimlərdir... Hesab edirəm ki, bilərəkdən belə şayiələr yayır, panika yaradırlar.
Yenə deyirəm, o bayraq erməni bayrağı idi, mən də yaxşı eləmişəm, əcəb eləyib sındırmışam”.

17 iyul 2023-cü il tarixində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən cənab Abıyev həmin gün mətbuata verdiyi sonuncu açıqlamada yeni posta təyinat almaq istədiyi gizlətməmişdi: “...hələ gümraham, işləyə bilərəm”.

Amma zaman göstərdi ki, hakimiyyət təqaüd yaşına çatan Əhəd müəllimin işləməyini deyil, istirahət etməyini istəyir.

Bəs klassik məmur obrazı kimi xatırlanan Əhəd Abıyev indi haralardadı?..

Bu günlərdə sosial şəbəkədə Əhəd Abıyevin səhhətində problem yarandığı barədə xəbər Modern.az saytının sabiq deputata zəng etməsinə səbəb oldu. Lakin hər dəfə zəngimizə cavab verən Əhəd müəllim “indi yas yerindəyəm, sonra danışarıq” cavabını verməklə kifayətlənirdi. Nəhayət israrlarımızadn sonra sabiq deputatdan qısa açıqlama ala bildik.

Əhəd müəllim səhhətində problem yarandığı barədə deyilənləri az qala “top-tüfənglə” qarşıladı:

“Bunu kim deyirsə qələt edir, səhv edir! Mən hər gün idmanla məşğul oluram, üzgüçülüyə gedib-gəlirəm. Xahiş edirəm bu məsələni qapadın, belə bir hal yoxdur. Mətbuata deyəsi əlavə sözüm yoxdur, mən siaysətdən tamamilə uzaqlaşmışam. Hazırda təqaüddəyəm”.

Əhəd Abıyev başqa bir açıqlamasının olmayacağını vurğulayaraq, jurnalistləri onu narahat etməməyə çağırıb.

Arayış: Əhəd Mikayıl oğlu Abıyev 1958-ci il yanvarın 15-də Masallı şəhərində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat və planlaşdırma fakültəsini bitirib.
Əmək fəaliyyətinə Masallı Konserv Zavodunda başlayıb. 1977–1979-cu illərdə hərbi xidmətdə olub. 1979-80-ci illərdə Azərbaycan Avtomobil Nazirliyinin Tikinti-quraşdırma idarəsinin ustası, 1980–1982-ci illərdə Bakı şəhərindəki Mənzil İstismar İdarəsində texnik, 1982–1984-cü illərdə "Azərittifaq"da iqtisadçı işləyib.
1984–1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991–1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətində Əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışıb.
1995-ci ildə hakim Yeni Azərbaycan Partiyasının üzvü olaraq 77 saylı Masallı şəhər seçki dairəsindən Birinci çağırış Milli Məclisin deputatı seçilib. Deputatlıq dövründə “Təfəkkür” Universitetinin Hüquq fakültəsini bitirib. 2000-ci ildə yenidən 77 saylı Masallı şəhər seçki dairəsindən deputat mandatı əldə edib. 2005-ci ildə eyni dairədən üçüncü dəfə Milli Məclisə deputat seçilib.
Prezidentin 23 fevral 2011-ci il tarixli dərəncamı ilə Əhəd Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
17 iyul 2023-cü il tarixində icra başçısı vəzifəsindən azad edilib. Evlidir, 2 övladı var.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu tikiş şirkətinin 1,5 milyon manat vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 15:35
Heydər Babayevin sərvəti əlindən alınır? – Gerçəklər üzə çıxdı…
Bu gün, 15:30
“Deyirlər guya ölürəm, danışa bilmirəm...” – Lalə Şövkət
Bu gün, 15:26
Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı - VİDEO
Bu gün, 15:16
Santuş AFFA-dan təzminat tələb edir – ŞOK MƏBLƏĞ
Bu gün, 15:14
Fernandu Santuş Azərbaycana təşəkkür edib
Bu gün, 15:12
Ermənistanda siyasi partiyalar hansı resursla seçkiyə gedir? - AKTUAL
Bu gün, 15:04
Balaxanıda sənəd dələduzluğu: - Qonşu qonşunun 4000 manatını necə ələ keçirib?
Bu gün, 14:55
Qurban Qurbanov Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi gətiriləcək? - AÇIQLAMA
Bu gün, 13:53
Pezeşkian ABŞ-yə səfər edəcək
Bu gün, 13:09
Ekologiyanı pulla çirkləndirənlər: ETSN-də rüşvət qalmaqalı - BU NƏDİ BELƏ?..
Bu gün, 13:07
AFFA Santuşa 12 milyon təzminat verəcək? - Portuqaliyalı "Beşiktaş"dan da təzminat almışdı
Bu gün, 13:02
“İnqilab olmayacaq” - Kaxa Kaladze
Bu gün, 12:58
Cənubi Qafqazla bağlı prioritetimiz dəyişməyib - Rusiya xarici işlər naziri
Bu gün, 12:54
“JOY TOUR” və “JOY TRAVEL” şirkəti 20-dən çox şəxsi aldatmaqda ittiham olunur, təsisçi həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:52
Santuşun yerinə Pantuşu gətirəcəklər - Aqil Abbas
Bu gün, 12:47
Rus generalın qətlində şok isim: - Bakı ermənisi...
Bu gün, 12:45
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39
“Azərbaycanda Rusiyanın agentləri və casus şəbəkələri var” - deputat
Bu gün, 12:35
Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr – Azərbaycan 7-cidir
Bu gün, 12:29
“Planet Parni iz Baku”nun aktyoru oğluna toy etdi
Bu gün, 12:16
“OPEK”in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq? - AÇIQLAMA
Bu gün, 12:12
"Yalnız varlanmaqla məşğul olublar" - Keçmiş deputatdan İTTİHAM
Bu gün, 12:08
Əhəd Abıyev HARALARDADI...
Bu gün, 12:05
201 saylı məktəb: SUYU KƏNARDAN BULANDIRAN VAR İMİŞ... - ŞOK SƏS YAZISI YAYILDI...
Bu gün, 12:00
Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi - BU DƏFƏ...
Bu gün, 11:54
Bakıda geniş quruculuq-abadlıq işlərinə start verilib - FOTO
Bu gün, 11:42
"Belə absurd qərar olar?" - ETİRAZ
Bu gün, 11:40
Zaxarovanın Bakıdan istədiyi rusları Moskvada həbs gözləyir - FOTO
Bu gün, 11:27
ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib - FOTO
Bu gün, 11:18
Paşinyan Azərbaycandan ABŞ-a şikayət edəcək?
Bu gün, 11:15
Ukraynanı üç hissəyə bölürlər - KİV
Bu gün, 11:13
Xalq artisti Sərdar Fərəcov reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 11:08
Rusiya FTX guya terror aktları planlaşdıran Azərbaycan vətəndaşının saxlanıldığını açıqlayıb - KREML BAŞINI TAM İTİRİB...
Bu gün, 11:06
“Putin istədiyini aldı” - Zelenski
Bu gün, 11:01
ABŞ-ın "aslan qırığı" taktikası - NƏ BAŞ VERİR?
Bu gün, 10:59
İrandan Ermənistana daha bir jest - FOTO
Bu gün, 10:57
Tanınmış turizm şirkətindən 500 minlik dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 10:55
“5-10 manat qazanır, verir operatora ki, arxasını çəksin...” – Vəziroğlu İFŞA ETDİ
Bu gün, 10:52
Kino Agentliyinin 792 minlik film festivalı təxirə salındı: tender ləğv edildi - SƏBƏB?
Bu gün, 10:46
Azərbaycanlılar Rusiyaya ən çox gedənlər arasında ilk onluqdadır - KİV
Bu gün, 10:45
“SOCAR-AQŞ”nin 54 milyonluq mənimsəmədə ittiham olunan sabiq baş direktoruna hökm oxunub - 14 il...
Bu gün, 10:43
"Mənim adımı yox, qardaşım oğlunun adını yazın: məni dilə-dişə salmayın..." - Alim Qasımov
Bu gün, 10:42
Naxçıvanda hakim sifarişli işin icraatından İMTİNA ETDİ - TƏFƏRRÜAT
Bu gün, 10:37
Rusiya elə bir tozanaq qoparır, sanki Azərbaycan Rusiyanın sərnişin təyyarəsini vurub - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:31
"Ola bilər insanın 25 yaşı var, amma beyni çox iylənmiş, qoxumuş, köhnə fikirlərlə doludur" - Əkrəm Əylisli
Bu gün, 10:30
Azərbaycanda dərs saatları dəyişdirilir? – MÜHÜM AÇIQLAMA
Bu gün, 10:26
“İnşaat Konstruksiyalar” MMC: DAHA BİR DƏLƏDUZLUQ... - BU DƏFƏ...
Bu gün, 10:19
Xalq artistindən televiziyalara müraciət: - “Məni tez-tez efirə dəvət etməyin”
Bu gün, 10:12
Tanınmış iş adamı Fuad Allahverdiyevdən xəbər var - NARAZIDIR...
Bu gün, 10:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru