“Bəzi məlumatlara görə, Ermənistan hökuməti Azərbaycanın razılaşmaları pozması ilə bağlı ABŞ prezidentinə şikayət göndərmək qərarına gəlib”. Tribunainfo.az xəbər verir ki, bu barədə İrəvanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr iddia edib ki, şikayətə səbəb Azərbaycan tərəfinin “Trampın yolu” əvəzinə “Zəngəzur dəhlizi” ifadəsini işlətməsidir. “Şikayətin ikinci səbəbi isə Azərbaycanın silahlanmasıdır”.