İnfluenser Aynişan Quliyeva açıqlamaları ilə diqqət çəkib.
"DİA-AZ" xəbər verir ki, Aynişan instaqram izləyicilərinin suallarını cavablandırıb.
Bloger "Sizcə, hər kəslə, dostlarla belə rəqabət aparmaq doğrudur" sualına bu cavabı verib:
"Dost adı altında paxıllıq edib rəqabətə girən insan... Ondan nə gözləmək olar ki? Paxıl yerində sayır, heç vaxt ucalmaz. Tez bir zamanda hər kəsin əsl kimliyinin açılması diləyi ilə".
İnfluenser daha sonra "Siz heç kimə söz atmazsınız. Amma son zamanlar sizinlə işi olanlar çoxalıb", "Son vaxtlar sizə paxıllıq edənlərin səbəbi nədir? O qədər öz işinizdəsiniz ki..." suallarını cavablandırıb:
"Əsas odur ki mən onlar haqqında danışmıram, onlar mənim haqqımda danışır. Tanınmış insan haqqında həmişə danışanlar olacaq. Mən cavab vermək yerinə enerjimi özümə və sevdiklərimə sərf edirəm. Məni tanıyan tanıyır, tanımayanın sözü mənim yolumu dəyişməz".
Olay.az