“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                     “Vaşinqton sənədini cırıb atmayacağıq” .....                     “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi .....                     Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                     "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu .....                     MDB ölkələrinə şok mesaj: .....                     Merdən Xankəndidən köçmüş ermənilərə: .....                     ABŞ atəşkəsi pozdu, cavab verəcəyik .....                     “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat .....                     200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi .....                     Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur .....                     Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir .....                     FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı .....                     Azərbaycan BOKT-unun təsisçisi dəyişib .....                     “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü .....                     Deputatlıq mandat deyil, sözün məsuliyyətidir .....                     "Gazelli Group" yenidən təşkil olunur .....                     “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” .....                     Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır .....                     "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub .....                     Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü .....                     Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! .....                     TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub .....                     AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib .....                     Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi .....                     Azərbaycanda “lizinq” anlayışı ləğv edilir .....                 

Zəngəzur dəhlizi geo-iqtisadi strategiyadır - deputat
Tarix: 7-09-2025, 07:21 | Çap et

Müasir beynəlxalq münasibətlərdə iqtisadi marşrutlar — enerji, logistika və ticarət dəhlizləri regional təhlükəsizlik və sabitliyin təminatçısı kimi səciyyələnir. Bu baxımdan, Zəngəzur dəhlizi Cənubi Qafqazın gələcək inkişafı üçün strateji əhəmiyyət kəsb edən mühüm layihədir. Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda qeyd etdiyi kimi: “Zəngəzur dəhlizi artıq region üçün yeni bir nəqliyyat xətti olmaqdan çox, böyük bir geoiqtisadi və geosiyasi layihəyə çevrilir.”

Dəhliz Azərbaycanın logistik mərkəz kimi mövqeyini möhkəmləndirir və Şərq−Qərb ticarət axınında əsas halqa kimi mühüm önəm daşıyır. Eyni zamanda, layihə Azərbaycan−Türkiyə−Mərkəzi Asiya iqtisadi əlaqələrini fiziki müstəvidə birləşdirir.

Nəticə etibarilə, Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi düşüncəsinin iqtisadi strategiyaya çevrilmiş bir nümunəsi kimi çıxış edir və regionda ortaq rifaha, davamlı sabitliyə və dərin iqtisadi inteqrasiyaya əsaslanan yeni dövrün başlanğıc nöqtəsini təşkil edir.

Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən iclasda çıxışı zamanı xüsusi vurğuladığı kimi: “Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli əməkdaşlığı möhkəmləndirəcək. Bu dəhliz həmçinin Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza da fayda gətirəcək.”

Ölkə başçısının səsləndirdiyi bu fikirlər Zəngəzur dəhlizinin yalnız milli prioritet deyil, həm də regional stabillik və iqtisadi inteqrasiyanın mühüm faktoruna çevrildiyini göstərir. Layihə Cənubi Qafqazı həm tranzit-logistika mərkəzinə çevirir, həm də böyük güclərin maraqlarını bir araya gətirərək bölgədə sülh və təhlükəsizliyi təmin edir.

Dəhliz həm də türk dünyasının quru yolları vasitəsilə birləşməsinə şərait yaradır, türk dövlətləri arasında inteqrasiya proseslərini sürətləndirir və vahid türk geo-siyasi, iqtisadi və mədəni məkanın formalaşmasına zəmin yaradır. Eyni zamanda, dəhliz qədim İpək yolunun bərpası anlamına gəlir. Bu, Qərb ilə Şərq arasında iqtisadi-ticarət əlaqələrinin canlanmasına və Azərbaycanın Yeni İpək yolu üzərində nəqliyyat-tranzit proseslərinə fəal qoşulmasına imkan verir. Beləliklə, Zəngəzur dəhlizi milli, regional və beynəlxalq səviyyədə bütün dünyanın maraqlarına cavab verir və Azərbaycanın uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirilir.

2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanat çərçivəsində Ermənistan regiondakı bütün kommunikasiya xətlərinin açılmasına razılıq verdi. Praktiki addımlar isə xeyli gecikdi. 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən üçtərəfli görüş Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunmasını təmin edən sənədin imzalanması ilə nəticələndi.

Bu razılaşmalar yalnız logistik perspektivlə deyil, həm də Azərbaycanın strateji tərəfdaşlıq və liderlik mövqeyinin möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Regionda iqtisadi inteqrasiyanın, ticarət əlaqələrinin və geosiyasi sabitliyin gücləndirilməsini hədəfləyən Zəngəzur dəhlizi həm də innovativ və ekoloji dayanıqlı nəqliyyat konsepsiyasının nümunəsidir. İqlim dəyişiklikləri və karbon neytrallığı ilə bağlı beynəlxalq öhdəliklər çərçivəsində dəhlizdə ekoloji təmiz nəqliyyat vasitələri, bərpa olunan enerji inteqrasiyası və rəqəmsallaşma prioritet istiqamətlər kimi müəyyən edilmişdir.

Bu yanaşma tranzit əməliyyatlarının sürətini və şəffaflığını artırmaqla bərabər, regionda “yaşıl iqtisadiyyat” prinsiplərinin tətbiqinə dəstək verir və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşür.

Prezident İlham Əliyevin strateji baxışına görə, Zəngəzur dəhlizi geoiqtisadi yanaşma çərçivəsində regionda post-münaqişə əməkdaşlıq formatını təşviq edir. Dəhliz boyunca iqtisadi qarşılıqlı asılılıq sabitlik modelini yaradır və Azərbaycan–Türkiyə tandeminin Mərkəzi Asiya və Avropaya çıxışını təmin edir.

Bu yanaşma “Post-konflikt regional inteqrasiya modeli” kimi qlobal geoiqtisadi nəzəriyyələrdə tanınır: münaqişədən sonra iqtisadi inteqrasiya və qarşılıqlı asılılıq sabitliyin effektiv təminat mexanizmidir. Bu marşrut yalnız Azərbaycanın iqtisadi strategiyasının deyil, həm də Cənubi Qafqazın gələcək inkişafının mühüm elementi kimi çıxış edir.

Zəngəzur dəhlizi Prezident İlham Əliyevin siyasi iradəsinin iqtisadi nəticəyə çevrilməsinin bariz nümunəsidir. Layihə regionda dayanıqlı iqtisadi əlaqələr, investisiya sinerjisi və sabitlik üçün yeni doktrina formalaşdırır və beynəlxalq əməkdaşlıq platforması rolunu oynayır. Bu yol sadəcə fiziki nəqliyyat xətti deyil, həm də iqtisadi dəyərlərin, etibarın və sabitliyin özülüdür.

 Cavanşir Feyziyev, Milli Məclisin deputatı
Bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Dünən, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Dünən, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Dünən, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Dünən, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Dünən, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Dünən, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Dünən, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Dünən, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Dünən, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Dünən, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Dünən, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Dünən, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Dünən, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Dünən, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Dünən, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Dünən, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Dünən, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Dünən, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Dünən, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Dünən, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Dünən, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Dünən, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Dünən, 15:37
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Dünən, 15:33
"Gazelli Group" yenidən təşkil olunur
Dünən, 15:31
“Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Dünən, 15:15
Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Dünən, 15:10
"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 15:03
Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Dünən, 15:01
Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Dünən, 14:55
TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 14:52
AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Dünən, 14:49
Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Dünən, 14:43
Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Dünən, 14:39
Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Dünən, 14:37
Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Dünən, 14:22
Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Dünən, 14:18
Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Dünən, 14:15
İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Dünən, 14:09
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Dünən, 14:04
Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Dünən, 13:59
"Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Dünən, 13:53
“AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Dünən, 13:51
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Dünən, 13:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru