İnsident törədən Galenwagen: ORTADA MÜƏMMA VAR... .....                     Maaşı yubanan işçilərdən ilginc müraciət .....                     Onlar ölkədə daha az pul xərcləyir: Niyə simicləşiblər? .....                     Binəqədidə kim nə istədi... EDİR! .....                     "Güman edirəm ki, bu mövzular artıq əvvəlki kimi gündəmə gətirilməyəcə" .....                     Uşaqlara sosial şəbəkə qadağası: Necə təmin olunacaq? .....                     Seçki baş tutdu, qələbə qazanıldı: Sonra nə olacaq? .....                     Gəncədə zibilə ayrılan milyon... .....                     "Özümü yaxşı tanıdığım üçün mənfilərimi də etiraf edirəm" .....                     Hücumlar təkrarlansa, genişmiqyaslı cavab veriləcək .....                     ABŞ Ordusu İrana zərbələrin başa çatdığını elan edib .....                     Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir .....                     Məktəblərin təmirinə 3.7 milyon manat xərclənəcək .....                     Futbolun veteranları danışdılar: .....                     Əhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİ .....                     Paşinyanın aparatından sərt bəyanat: .....                     Seyid Əli Xameneinin dəfninin vaxtı açıqlanıb .....                     Bakının çətin sınağı: Trampın göndərdiyi “erməni” qəbul ediləcək? .....                     İran Quru qoşunlarının komandanı: .....                     Adil Vəliyev Sabunçunu ELƏ SATIB Kİ... .....                     Bakının məşhur gecə klubunun qarşısında dava: .....                     Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı .....                     “Deyirdi, sağalım, ayağa duran kimi…” .....                     "Nuranə özünü dəliliyə qoymaqla məsuliyyətdən yaxa qurtarmağa çalışır" .....                     Ay ərzində 7 manat təhsilə, 31 manat kafe-restoranlara xərcləyirik .....                     Nərmin Əhmədovaya nazirlikdə yüksək vəzifə verildi .....                     Azərbaycanda psixi xəstələrin sayında rekord artım: .....                     Kənddə yaşayanların gəlirlərinin ancaq 1/5-i kənd təsərrüfatından .....                     Qaqik Tsarukyan barəsində cinayət işi başlanıb .....                     Xırdalanda "Lombard-1" mağazasında oğurluq .....                     Xalq artisti Gülyanaq Məmmədovaya pul verdi: .....                     Saleh Məmmədov "İNKİR-MİNKİR SORĞUSU"NDA... .....                     Ermənistanda müxalifət liderinin ölkədən çıxışına icazə verilmədi .....                     Keçmiş məmur sədrlikdən istefa verdi .....                     Putin Paşinyanı cəzalandıracaq: NECƏ? .....                     Vasif Talıbov Naxçıvanda bunu 20 il axtarıb: ordunu da cəlb edibmiş .....                     Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü .....                     Əvvəlcə sülh müqaviləsi, sonra rus qoşunları .....                     Paşinyan göstəriş verdi: .....                     Paşiyanın qələbəsi indi Azərbaycanın maraqlarına cavab verir: .....                 

Putin Azərbaycana heyət göndərir - Kremlin şərti var, Bakı isə...
Tarix: 6-09-2025, 11:07 | Çap et

Bakı-Moskva münasibətlərində ikincinin günahı üzündən gərginlik qalmaqdadır. Azərbaycanın əlaqələrin normallaşması üçün ədalətli şərti çoxdan məlumdur. Amma gəl ki, Rusiya bizimlə şərtlə danışmaq istəyir. Bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın “Azərbaycanda həbsdə olan 13 vətəndaşımızın azadlığa buraxılması münasibətlərin normallaşması yönündə mühüm addım ola bilər” sözləri buna bariz sübutdur.
Ardınca da Rusiya baş nazirinin müavini Aleksey Overçuk ümid etdiyini bildirib ki, “Azərbaycan rəhbərliyi həbsdəki Rusiya vətəndaşları ilə bağlı vəziyyətə anlayışla yanaşacaq”.

Bu arada isə Rusiya nümayəndə heyətinin tezliklə Azərbaycana səfər edəcəyi haqda məlumat yayılıb. Səfərin məqsədi sentyabr-oktyabr aylarında ölkəmizdə keçiriləcək III MDB Oyunlarında iştirak etməkdir. Bunu Rusiya idman naziri Mixail Deqtyarev Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun “İdman diplomatiyası: yeni çağırışlar və imkanlar” sessiyasında bildirib. Nazir əlavə edib ki, Azərbaycan tərəfi, xüsusilə də gənclər və idman naziri Fərid Qayıbov onu da şəxsi qaydada dəvət edib, lakin səfərlə bağlı qərarını ayrıca verəcək.

Beləcə, rəsmi Moskva özünü elə aparmağa çalışır ki, sanki vəziyyətin hazırkı kritik səviyyəyə çatmasında baiskar məhz Azərbaycandır. Halbuki Bakı sırf cavab tədbirlərinə əl ataraq, özünü müdafiə etmək məcburiyyətində qalıb.

O zaman barışıq üçün niyə də Azərbaycan ilk addımı atmalıdır? Rusiya mülki təyyarəmizi vurmasına görə məsuliyyəti nə vaxt öz üzərinə götürəcək?

Başqa yandan, Azərbaycan “banan ölkəsi” deyil. Bu xüsusda saxlanılanların məhkəməyədək sərbəst buraxılması hüquqi baxımdan necə mümkün ola bilər?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”ın suallarını cavablandırarkən bildirdi ki, istintaq yekunlaşmayıb və onların sərbəst buraxılması mümkün deyil. Hüquq müdafiəçisi qeyd etdi ki, həmin şəxslərin azadlığa buraxılmasına məhkəmə qərar verə bilər, ona görə də Rusiya gözləməlidir: “Rusiyada OMON vətəndaşlarımızı döyüb öldürüb. Halbuki onları saxlayıb istintaqa cəlb etmək olardı. Bu vəhşiliyi etdiklərinə görə üzr istəməyiblər. Təyyarəmizi vurublar, bu məsələdə də üzrxahlıq yoxdur. Onlardan fərqli olaraq, Azərbaycanda saxlanılan həmin şəxslər döyülüb işgəncəyə məruz qalmayıblar, sadəcə, istintaq altındadırlar. Yəni fərqimiz bundan ibarətdir. Rusiya həmvətənlərimizi öldürüb, OMON-un törətdiyi qətllərə görə nə hansısa xüsusi təyinatlı məsuliyyətə cəlb edilib, nə də üzr istəyirlər. Ona görə də Bakıda saxlanılanların gündəmə gətirilməsi, şərt irəli sürülməsi Rusiyanın növbəti həyasızlığıdır”.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Putin Pekində mətbuat konfransında münasibətlərdə ciddi sualların olduğunu ilk dəfə etiraf edib. Onun fikrincə, Putinin bu suallar barədə detallı danışmadan “Rusiya və Azərbaycan arasında fundamental münasibətlər və bunun inkişafı üçün qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq” cümləsi ikibaşlıdır. Analitik hesab edir ki, Rusiya prezidenti sanki bununla iki ölkə arasında illər uzunu formalaşan isti münasibətlərə eyham vurur, o biri tərəfdən “qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq” cümləsiylə münsibətlərdəki gərginliyə görə məsuliyyətdən uzaqlaşmağa çalışır.

E.Şahinoğlunun qənaətinə əsasən, münasibətlər Putinin təbirincə desək, öz-özünə yoluna qoyula bilməz: “Putin raketlə vurulan təyyarə olayına aydınlıq gətirməlidir. O bu məsələni araşdırmağı lazım bilmirsə, siyasi münasibətlər necə əvvəlki axarına qayıda bilər? Birinci addımı Putin atmalıdır. Ancaq o bu addımı atmağa hələ hazır deyil, əks halda azərbaycanlı həmkarı İlham Əliyevlə Pekində salamlaşmadan əlavə müzakirə aparmağı da lazım bilərdi. Putinin açıqlamalarından bir gün sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın brifinqdə ”Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılması Moskva ilə Bakı arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım ola bilər" söyləməsi Kreml sahibinin əsl niyyətini ortaya qoyub. Sən demə, Putin İlham Əliyevin ilk addım atmasını gözləyir".

Siyasi ekspert Məhəmməd Əsədullazadə isə Rusiya-Azərbaycan əlaqələrinin normallaşmasını gözləmir. “Rusiya-Azərbaycan əlaqələrinin normallaşması istiqamətində ilk növbədə rəsmi Kreml AZAL təyyarəsinin vurulması ilə bağlı rəsmi üzr istəməli və təzminat ödəməlidir. Çində prezident İlham Əliyevlə Putinin ayaqüstü salamlaşması təsadüfi idi. Bu təsadüfi və ayaqüstü əl sıxışmaqdan böyük nəticələr gözləməyə dəyməz”, - deyə ekspert düşünür. 

Onun fikrincə, təbii ki, Azərbaycan Rusiya ilə münasibətlərin gərginləşməsində maraqlı deyil: “Azərbaycanla Rusiya qonşu ölkələrdir və tərəflər arasında bir çox sahələrdə əməkdaşlıq yüksək səviyyədə olub. Amma Rusiya Azərbaycanın müstəqil siyasət aparmasını qəbul etmir və Cənubi Qafqazda yeni geosiyasi nizamı narahatlıqla qarşılayır. Rusiyanın AZAL təyyarəsinin vurulmasının üstündən keçərək, əvəzində bir neçə rusun həbsdən azad olunmasını tələb etmək isə siyasi etika qaydalarına ziddir. Rusiya özü Azərbaycanla fundamental problemlər yaradıb. Bunu aradan qaldırmaq üçün ciddi addımlar atmalıdır. Göründüyü kimi, Rusiyanın anti-Azərbaycan siyasəti öz əleyhinə çevrilib. Putin mətbuat konfransında siyasi böhranı etiraf etsə də, konkret addımlar atmır”.

M.Əsədullazadənin sözlərinə görə, ümumiyyətlə, Rusiyanın yaxın perspektivdə AZAL təyyarəsi ilə bağlı Azərbaycandan rəsmi üzr istəməsi və təzminat ödəməsi gözlənilmir: “Rusiya Ukraynada ağır nəticələrlə üzləşdiyi fonunda Azərbaycanla siyasi böhranın aradan qaldırılması üçün addımlar atması mümkündür. Azərbaycan mövqeyini kifayət qədər gücləndirib. Azərbaycan Cənubi Qafqazda geri dönüşü olmayan yeni geosiyasi reallıqlar yaradıb. Azərbaycan Orta Dəhlizin səmərəliliyinin artırılması və nəqliyyat qovşağı kimi Avropa İttifaqının, ABŞ və Çinin dəstəyini alıb. Belə olan təqdirdə Rusiyanın Azərbaycana təzyiqləri heç bir nəticə verməyəcək”.

“Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin cari ilin iyul ayında Azərbaycanda 13 Rusiya vətəndaşının həbs olunmasının Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsi səbəbi kimi təqdim etməsi və onların azadlığa buraxılmasının münasibətlərin yaxşılaşması üçün şərt kimi irəli sürməsi yanlışdır”.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. O qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZAL təyyarəsinin vurulması nəticəsində qəzaya uğraması və bundan sonra Rusiya rəsmiləri tərəfindən göstərilən davranışın səbəb olduğu məlumdur: “Bununla yanaşı, Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlıların təqib olunması, Yekaterinburq şəhərində azərbaycanlıların döyülərək qətlə yetirilməsi münasibətlərdə əlavə gərginlik yaradıb. Bununla yanaşı, Rusiyanın müxtəlif dövlət qurumlarının Azərbaycana qarşı fəaliyyəti münasibətlərə mənfi təsir edən amillər sırasındadır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İnsident törədən Galenwagen: ORTADA MÜƏMMA VAR... - FOTOFAKT
Bu gün, 07:01
Maaşı yubanan işçilərdən ilginc müraciət - "Elə bir vəziyyət yaranıb ki..."
Bu gün, 06:56
Onlar ölkədə daha az pul xərcləyir: Niyə simicləşiblər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Binəqədidə kim nə istədi... EDİR! - BU DA FAKT...
Bu gün, 06:45
"Güman edirəm ki, bu mövzular artıq əvvəlki kimi gündəmə gətirilməyəcə" - Sərdar Cəlaloğlu
Bu gün, 06:40
Uşaqlara sosial şəbəkə qadağası: Necə təmin olunacaq? - AKTUAL
Bu gün, 06:37
Seçki baş tutdu, qələbə qazanıldı: Sonra nə olacaq? - GƏLİŞMƏ
Bu gün, 06:35
Gəncədə zibilə ayrılan milyon... - TƏFƏRRÜAT
Bu gün, 06:30
"Özümü yaxşı tanıdığım üçün mənfilərimi də etiraf edirəm" - Əməkdar artist
Bu gün, 06:26
Hücumlar təkrarlansa, genişmiqyaslı cavab veriləcək - İran ABŞ-yə xəbərdarlıq etdi
Bu gün, 06:24
ABŞ Ordusu İrana zərbələrin başa çatdığını elan edib - KİV
Bu gün, 06:21
Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir - TUSK
Bu gün, 06:18
Məktəblərin təmirinə 3.7 milyon manat xərclənəcək
Dünən, 18:15
Futbolun veteranları danışdılar: - DÇ-2026-nın qalibi kim olacaq?
Dünən, 18:10
Əhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİ - ƏMR
Dünən, 18:03
Paşinyanın aparatından sərt bəyanat: - "Müharibə partiyası" Ermənistandan qaçmağa çalışır
Dünən, 17:55
Seyid Əli Xameneinin dəfninin vaxtı açıqlanıb - “Tasnim”
Dünən, 17:51
Bakının çətin sınağı: Trampın göndərdiyi “erməni” qəbul ediləcək? – CAVAB
Dünən, 17:23
İran Quru qoşunlarının komandanı: - Əlimiz tətikdədir
Dünən, 17:16
Adil Vəliyev Sabunçunu ELƏ SATIB Kİ... - TAM ÖZBAŞINALIQ!
Dünən, 17:14
Bakının məşhur gecə klubunun qarşısında dava: - İki mühafizəçi həbs edildi
Dünən, 17:08
Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı
Dünən, 17:05
“Deyirdi, sağalım, ayağa duran kimi…” - Ramiz Əzizbəylinin anım günüdür
Dünən, 17:02
"Nuranə özünü dəliliyə qoymaqla məsuliyyətdən yaxa qurtarmağa çalışır" - MƏHKƏMƏ
Dünən, 16:50
Ay ərzində 7 manat təhsilə, 31 manat kafe-restoranlara xərcləyirik – Rəsmi
Dünən, 16:44
Nərmin Əhmədovaya nazirlikdə yüksək vəzifə verildi - ƏMR
Dünən, 16:43
Azərbaycanda psixi xəstələrin sayında rekord artım: - Psixoterapevtdən SOS
Dünən, 16:41
Kənddə yaşayanların gəlirlərinin ancaq 1/5-i kənd təsərrüfatından ƏLDƏ OLUNUR
Dünən, 16:35
Qaqik Tsarukyan barəsində cinayət işi başlanıb - vergidən yayınma maddəsi ilə...
Dünən, 16:33
Xırdalanda "Lombard-1" mağazasında oğurluq - MƏHKƏMƏ
Dünən, 16:31
Xalq artisti Gülyanaq Məmmədovaya pul verdi: - “Əlinin bərəkəti var, ürəkdən edir”
Dünən, 16:19
Saleh Məmmədov "İNKİR-MİNKİR SORĞUSU"NDA... - İDDİA
Dünən, 16:06
Ermənistanda müxalifət liderinin ölkədən çıxışına icazə verilmədi - KİV
Dünən, 16:02
Keçmiş məmur sədrlikdən istefa verdi - BUNDAN SONRA...
Dünən, 15:57
Putin Paşinyanı cəzalandıracaq: NECƏ? - GƏLİŞMƏ
Dünən, 15:56
Vasif Talıbov Naxçıvanda bunu 20 il axtarıb: ordunu da cəlb edibmiş – FOTO
Dünən, 15:55
Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü - TƏFƏRRÜAT
Dünən, 15:49
Əvvəlcə sülh müqaviləsi, sonra rus qoşunları - AKTUAL
Dünən, 15:49
Paşinyan göstəriş verdi: - Dərhal həbs edin
Dünən, 15:48
Paşiyanın qələbəsi indi Azərbaycanın maraqlarına cavab verir: - BƏS SONRA?
Dünən, 15:44
SOCAR-a yaxın yeni şirkət yaradılıb - “SOCAR Babək” ...
Dünən, 15:31
NƏ BAŞ VERİR: "BakıKart"ın da qiyməti artdı - BUNDAN SONRA...
Dünən, 15:25
Bakıda gecə klubunda qardaşı arvadına xəsarət yetirən şəxsə HÖKM OXUNDU
Dünən, 15:20
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı: Qazax–Tovuz yenə birincidir - SİYAHI
Dünən, 15:16
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul edib
Dünən, 15:11
Qaradağ icra hakimiyyətinin saxlanılan rəis müavininin MƏHKƏMƏSİ BAŞLADI
Dünən, 15:10
"Temu"dan gələn sifarişlər gömrükdə açılıb, zədələnir? - İDDİALARA CAVAB
Dünən, 15:08
Bakıda taksi xidməti kəskin bahalaşdı
Dünən, 15:06
Eks-məmur kommunal pulunu ödəmədi: Dava düşdü - TƏFƏRRÜAT
Dünən, 15:00
Donbasda döyüşən azərbaycanlıları neçə il HƏBS gözləyir? – Sərt XƏBƏRDARLIQ
Dünən, 14:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru