Xanlar Vəliyevin qardaşı işdən çıxarıldı .....                     PAŞA Holding struktur transformasiyası çərçivəsində “PAŞA Ventures Company” MMC-ni təsis edib .....                     Bu... Fransanın NEÇƏNCİ BANIDIR? .....                     AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: .....                     "Xınalıq" restoranında 63 yaşlı ofisiant qəfil öldü .....                     Ermənistan müxalifətinin lideri: .....                     İsrail ordusunun 3 əsgəri İrana casusluqda şübhəli bilinir .....                     Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ .....                     860 minlik ev cəmi 12 manata satılır .....                     "Paşa-K"nın keçmiş əməkdaşları təhdid olunduqlarını iddia edirlər .....                     Musiqili Teatra məni qəbul etmədilər ki, səsim yoxdur .....                     Taleh Şahsuvarlı İTV-ni hansı modeldə görür? .....                     FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru ilə bağlı qərar verildi .....                     Sabah binada yanğın baş versə... ÖLÜM QAÇILMAZDIR! .....                     “Çarəsiz”in LƏMANI: “Yazırlar ki, ay həyasız, ay ifritə...” .....                     Azərbaycanda özəl “qocalar evi” açmaq olar? .....                     Rusiya XİN-də Ermənistan səfiri ilə sərt söhbət aparılıb .....                     “Bakıxanov-Çörək” şirkəti səhmdarlarına dividend verəcək .....                     "Sizin yeriniz...” .....                     2026-cı ilin ölkə çempionu ADA Universitetində .....                     Yaroslavlda neft obyekti vurulub .....                     "Su-Kanal İdarəsi deyir ki, guya hər şey qaydasındadır..." .....                     Bacısının evindən 16 min manat oğurlandı .....                     Apteklərdə “Pascorbin” TAPILMAYACAQ .....                     Xanlar Vəliyevin qızı vəzifəyə təyin edildi .....                     Məscidlərə Tolstoyun, Dostoyevskinin kitablarının alınmasına komitə sədrindən REAKSİYA .....                     Biz Ermənistanı “banan dövləti” olmaqdan qurtardıq .....                     Ukrayna ordusu Qroznıda hərbi hissələrə dron zərbəsi endirib .....                     Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb .....                     Azərbaycanla sülh istəyirik, Rusiyanın köləsi olmaq istəmirik .....                     Tovuz sakini yaşamağın mümkünsüz olduğunu deyir... .....                     Ukrayna Rusiyada aeronaviqasiya binasına dron zərbəsi endirib, .....                     Paşinyan seçki kampaniyasına Qərbi Zəngəzurdan başladı .....                     ABB Özbəkistandakı “Davr Bank”da pay alıb .....                     46 Azərbaycan vətəndaşı xaricdə insan alverinin qurbanı olub .....                     “Övladları Almaniyada əlindən alınan azərbaycanlı ailənin övladlarını geri aldıq” .....                     Rusiyadan Azərbaycana qarşı BÖYÜK TƏXRİBAT .....                     “Atamın ürəyinə stent qoyuldu” .....                     İsrailin Azərbaycandakı səfiri Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət edib .....                 

İran Zəngəzur dəhlizində “payçı” olacaq? - görünəni odur ki...
Tarix: 6-09-2025, 09:10 | Çap et

Zəngəzur dəhlizi ətrafında məkrli çevrələrin körüklədiyi intriqa bitmir. Xüsusən də cənub qonşumuz İranın radikal şovinist dairələri Ağ Evdə əldə olunan tarixi razılaşmanı hələ də sabotaj edir, hətta Pezeşkian hökumətinin rəsmi, praqmatik mövqeyinə zidd münasibət sərgiləyirlər.

Bu arada İran parlamentinin sədri, seçkilərdə Pezeşkianın rəqibi olmuş Məhəmməd Baqir Qalibaf ikibaşlı şəkildə bəyan edib ki, İran və Türkiyə regionun sabitliyini və bütövlüyünü birgə təmin etməyə qadirdir. Ermənistan KİV-i və ekspert icması isə bu açıqlamanı Tehranın Zəngəzur dəhlizinə birgə nəzarətlə bağlı Ankaraya təklifi kimi şərh edir.

Erməni türkoloq Akop Çakryan Qalibafın açıqlamasını şərh edərkən söyləyib: “Əlbəttə, burada ABŞ-da baş verən hadisələr fonunda Zəngəzur dəhlizi nəzərdə tutulur. Görünən budur ki, Donald Trampın gəlişindən sonra ”tostlar şirinləşir" və Zəngəzur dəhlizi ilə bağlı yeni inkişaflara işarə edilir. Təbii ki, ABŞ-nin superdövlət kimi bəzi imkanları var. Türkiyə və İran da iki qüdrətli siyasi qüvvə kimi rəqabət aparır, amma bu halda da onları “ortaq düşmən”in birləşdirdiyini də qeyd etmək lazımdır. İran Zəngəzur dəhlizinə Türkiyə ilə birgə nəzarət etmək istəyir".

Onun sözlərinə görə, Zəngəzur dəhlizi sıradan bir dəhliz deyil, nəzarəti qlobal əhəmiyyət kəsb edən regional transformasiyanın kəsişmə nöqtəsidir: “Çin, ABŞ - hamı maraqlanır. Amerikalılar üçün çox vacibdir. Ancaq burada sual yaranır ki, bura bizim suveren ərazidirsə, bəs niyə Amerika Birləşmiş Ştatlarına verilir? Bunun müqabilində nə alacaqlar?” - erməni ekspert qeyd edib.

Başqa bir erməni politoloq Arman Abovyan isə deyib ki, Zəngəzur dəhlizi Azərbaycan və Türkiyənin nəzarətində olacaq. Onun fikrincə, dəhlizə avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın şahidliyi ilə Bakı və İrəvan arasında imzalanmış razılaşma əsasında Türkiyə və Azərbaycan nəzarət edəcək (“Teleqraf”).

Erməni ekspert əmindir ki, dəhliz Türkiyə-Azərbaycan tandeminə təhvil verilib: “Trampın özü də Vaşinqtonda keçirilən görüşdə dəfələrlə Sünikdən (Qərbi Zəngəzur) keçən yoldan dəhliz kimi danışmışdı. Yəni ABŞ prezidenti faktiki olaraq söhbətin adi yoldan yox, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında açılacaq dəhlizdən getdiyinə işarə eləmişdi. Ola bilsin, kimlərsə unudub ki, rəsmi olaraq ”Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlandırılan layihə ABŞ-a tranzit dəhlizinin inkişafı üçün müstəsna hüquqların verilməsini nəzərdə tutur. Başqa sözlə, bu, ekstraterritorial dəhlizdir".

Artıq xəbər verildiyi kimi, gələn həftə ABŞ nümayəndə heyəti Zəngəzur dəhlizi layihəsini müzakirə etmək üçün Ermənistana gələcək. Məlumatda bildirilir ki, onlar marşrutun təkcə texniki və siyasi detallarını deyil, həmçinin investisiyaların həcmini, prioritet istiqamətləri və tikinti işlərinin başlama tarixini müzakirə edəcəklər. Görüşlərin bağlı qapılar arxasında keçiriləcəyi deyilir.

Bəs bu iki erməni ekspertdən hansı haqlıdır? ABŞ imkan verərmi ki, dəhlizə İran da hansısa şəkildə nəzarət etsin?

Politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, keçmiş Dağlıq Qarabağ münaqişəsini həll etməkdə məqsədimiz həm də kənar qüvvələri regiondan çıxarmaq idi. Azərbaycan Prezidenti II Qarabağ müharibəsindən dərhal sonra 3+3 əməkdaşlıq formatını təklif etdi: “Yəni regiona aid 6 dövlətin əməkdaşlığından söhbət gedirdi. Regionla bağlı məsələlərin həllini nəzərdə tutan bir əməkdaşlıq formatı kimi düşünülürdü. Çox təəssüflər olsun ki, beş ilə yaxındır müharibə bitib, lakin Ermənistan bir sıra məsələlərlə bağlı, o cümlədən Zəngəzur dəhlizi məsələsində öz öhdəliklərini yerinə yetirməyib. Ona görə də bundan istifadə edən ayrı-ayrı qüvvələr regionda yeni problemlər yaratmağa çalışırlar. Bunlardan biri də əslində Azərbaycanın təşəbbüsü nəticəsində gündəmə oturmuş, bölgəyə rifah, sülh, inkişaf gətirəcək Zəngəzur dəhlizinə maneələrdir. Zəngəzur dəhlizinin açılmasına Ermənistan neçə ildir imkan vermir. Onlar Zəngəzur dəhlizinə dəhlizdən başqa hər formada baxırlar, özü də Zəngəzur dəhlizinin açılmasını vahiməli təhlükə sayırlar. Əslində isə Zəngəzur dəhlizinin əsas məqsədi, mahiyyəti yeni loqistika, kommunikasiya xətlərinin açılmasına, iqtisadiyyatın inkişafına şərait yaratmaqdır. Ermənilər yavaş-yavaş bunu anlamağa başlayırlar. Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionun bütün dövlətlərinə, ən çox da Ermənistana iqtisadi dividentlər gətirəcək. O dəhlizi hansı ölkənin şirkətinin işlətməsindən asılı olmayaraq dəhliz hər kəsə faydalı olacaq. İranda bəzi qüvvələr isə hələ də məsələni yanlış istiqamətə yönləndirərək tamamilə siyasiləşdirirlər, Ermənistana təsir göstərirlər”.

Politoloq hesab edir ki, 8 avqustda Vaşinqtonda əldə edilmiş razılaşmadan sonra isə İrandakı dairələr dəhlizə nəzarətlə bağlı yarışa giriblər: “Dəhlizə Türkiyə və İranın nəzarət etməsindən daha çox bu dəhlizin beynəlxalq bir yol kimi işləməsindən yana olmaq lazımdır. Azərbaycan dövləti məsələyə həm bu cür yanaşır, həm də o yolu Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən maneəsiz istifadə edilməli olan quru yolu kimi baxır. Çünki bu yol SSRİ dövründə də mövcud olub. Amma müxtəlif qüvvələr bu yolun açılmaması üçün çalışırlar, qəbul edilməsi mümkün olmayan təkliflərlə çıxış edirlər”.

Politoloq qeyd etdi ki, hazırda Zəngəzur dəhlizinə ABŞ, Türkiyə-İran və ya başqa hansısa dövlətlərin nəzarət edəcəyi ilə bağlı razılaşma yoxdur: “42 kilometrlik həmin yol Ermənistanla ABŞ arasında imzalanmış razılaşmaya əsasən ABŞ şirkəti tərəfindən tikiləcək və həmin ərazi beynəlxalq səviyyədə Ermənistanın ərazisi kimi tanındığı üçün yolun təhlükəsizliyi təminatını Ermənistan ABŞ-la razılaşdırıb. Bu, İrana aid olan məsələ deyil, bu, Ermənistana aid olan məsələdir. ABŞ-ın da 8 avqustdan sonra İranın o yola nəzarət etməsinə razılaşması mümkün deyil. İranın bu məsələdə pozucu addımlarına ABŞ imkan verməz. İrana sual oluna bilər ki, sən öz ərazindən keçən Araz dəhlizinə nəzarəti, məsələn, Türkiyəyə və başqa bir ölkəyə verirsənmi? Azərbaycan üçün isə əsas məsələ o yolun açılması və təhlükəsizliyinə təminat verilməsidir. Hansısa qüvvələr bu məsələdə pozuculuq mövqeyindən çıxış edirlərsə, bu onların regionda sülhə yanaşmasından irəli gəlir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xanlar Vəliyevin qardaşı işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:29
PAŞA Holding struktur transformasiyası çərçivəsində “PAŞA Ventures Company” MMC-ni təsis edib - AÇIQLAMA
Bu gün, 15:24
Bu... Fransanın NEÇƏNCİ BANIDIR? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:22
AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: - "Dolabda dollar "paçka"ları vardı"
Bu gün, 15:20
"Xınalıq" restoranında 63 yaşlı ofisiant qəfil öldü
Bu gün, 13:56
Ermənistan müxalifətinin lideri: - Müharibə qapısını bağlamalıyıq
Bu gün, 13:53
İsrail ordusunun 3 əsgəri İrana casusluqda şübhəli bilinir
Bu gün, 13:06
Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ - İLGİNC FAKTLAR...
Bu gün, 12:47
860 minlik ev cəmi 12 manata satılır - Beləsi olmamışdı
Bu gün, 12:34
"Paşa-K"nın keçmiş əməkdaşları təhdid olunduqlarını iddia edirlər - İTTİHAM VAR...
Bu gün, 12:30
Musiqili Teatra məni qəbul etmədilər ki, səsim yoxdur - Lalə Süleymanova
Bu gün, 12:27
Taleh Şahsuvarlı İTV-ni hansı modeldə görür? - DETALLAR
Bu gün, 12:24
FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı - TƏFƏRRÜAT
Bu gün, 12:18
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru ilə bağlı qərar verildi
Bu gün, 12:15
Sabah binada yanğın baş versə... ÖLÜM QAÇILMAZDIR! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:08
“Çarəsiz”in LƏMANI: “Yazırlar ki, ay həyasız, ay ifritə...” - VİDEO
Bu gün, 11:58
Azərbaycanda özəl “qocalar evi” açmaq olar?
Bu gün, 11:56
Rusiya XİN-də Ermənistan səfiri ilə sərt söhbət aparılıb - RT
Bu gün, 11:54
“Bakıxanov-Çörək” şirkəti səhmdarlarına dividend verəcək
Bu gün, 11:47
"Sizin yeriniz...”
Bu gün, 11:37
2026-cı ilin ölkə çempionu ADA Universitetində - FOTO
Bu gün, 11:34
Yaroslavlda neft obyekti vurulub - Zelenski
Bu gün, 11:28
"Su-Kanal İdarəsi deyir ki, guya hər şey qaydasındadır..." - NARAZILIQ VAR...
Bu gün, 11:22
Bacısının evindən 16 min manat oğurlandı - AÇIQLAMA
Bu gün, 11:09
Apteklərdə “Pascorbin” TAPILMAYACAQ – Alternativ dərman VARMI?
Bu gün, 11:04
Xanlar Vəliyevin qızı vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Bu gün, 11:01
Məscidlərə Tolstoyun, Dostoyevskinin kitablarının alınmasına komitə sədrindən REAKSİYA - “Təsbeh layihəsi keçirək?”
Bu gün, 11:00
Biz Ermənistanı “banan dövləti” olmaqdan qurtardıq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:55
Ukrayna ordusu Qroznıda hərbi hissələrə dron zərbəsi endirib
Bu gün, 10:53
Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb - İLGİNC FAKTLAR
Bu gün, 10:50
Azərbaycanla sülh istəyirik, Rusiyanın köləsi olmaq istəmirik - Marqaryan
Bu gün, 10:44
Tovuz sakini yaşamağın mümkünsüz olduğunu deyir... - MÜRACİƏT
Bu gün, 10:41
Ukrayna Rusiyada aeronaviqasiya binasına dron zərbəsi endirib, 13 aeroportun fəaliyyəti dayandırılıb
Bu gün, 10:35
Paşinyan seçki kampaniyasına Qərbi Zəngəzurdan başladı
Bu gün, 10:33
ABB Özbəkistandakı “Davr Bank”da pay alıb
Bu gün, 10:26
46 Azərbaycan vətəndaşı xaricdə insan alverinin qurbanı olub - RƏSMİ
Bu gün, 10:16
“Övladları Almaniyada əlindən alınan azərbaycanlı ailənin övladlarını geri aldıq” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Rusiyadan Azərbaycana qarşı BÖYÜK TƏXRİBAT - Görün Qarabağla bağlı nə etdilər...
Bu gün, 10:10
“Atamın ürəyinə stent qoyuldu” - Akif İslamzadənin oğlu
Bu gün, 10:07
İsrailin Azərbaycandakı səfiri Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət edib - FOTO
Bu gün, 10:03
Rusiya hücum etsə, ABŞ yardıma gələcəkmi? - Stubb
Bu gün, 09:00
Göyçay sakinini aldadıb İŞDƏN ÇIXARDILAR... - 5 uşaq atasının HARAYI
Bu gün, 08:59
Rostov parada "hazırlaşır" - Raketlə vurulmuş zavodlarda yanğın davam edir...
Bu gün, 08:54
Məhkəmə 120 419 manat vergi ödəməkdən yayınmada ittiham olunan sahibkara bəraət verib – QƏRAR
Bu gün, 08:51
“Bakı Şərab-2” ASC-yə yeni rəhbər seçiləcək
Bu gün, 08:48
Bakı dünyaya kamikadze PUA-larla çıxır: Bədxahlara mesaj - Əlimiz HƏR AN TƏTİKDƏDİR...
Bu gün, 08:17
Rusiyanın HHM-i tükənib: Yalnız Moskva... - Hamblinq
Bu gün, 08:14
Yeni sistemə indiki rəhbərliyin uyğun gəlməsi çətin görünür: Vüsal Aslanov da gedəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:12
Agentlik sədrinin yeni müşaviri idarə müdirini qapı arxasında qoyub – İclasa gecikdiyi üçün
Bu gün, 08:09
Ermənistanın Ağrı dağı AĞRISI... ÇƏKİLİRMİ?
Bu gün, 08:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru