Hindistan bu yaxınlarda Çində keçirilən sammit zamanı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü əngəlləməklə bağlı ittihamlarını rədd edib.
“Cebheinfo.az” bu barədə “News18”-ə istinadən xəbər verir.
Yeni Dehli üzvlüklə bağlı qərarın vaxt məhdudiyyəti səbəbindən verilə bilmədiyini iddia edib.
Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Cavaysal bildirib ki, Ermənistan və Azərbaycan ŞƏT-ə üzv olmaq üçün müraciət ediblər.
"Vaxt məhdudiyyəti səbəbindən üzv dövlətlər bu məsələ ilə bağlı qərar qəbul edə bilməyiblər. Məsələ hələ də nəzərdən keçirilir", - o deyib.