Bu institutlar birləşdirilir .....                     Rus bölmələrində həyəcan təbili: “Buna məcbur qalırlar” .....                     8 avqust razılaşması Azərbaycanı Qafqazın aparıcı gücünə çevirdi .....                     Rusiyadan Vaşinqton razılaşması ilə bağlı .....                     Paşinyan Zəngəzurla bağlı göstəriş verdi .....                     Suriya XİN rəhbəri bu gün Türkiyəyə səfər edəcək .....                     Zəhra Ərşadi İran XİN-in ABŞ ilə əlaqələr üzrə idarəsinə direktor təyin olunub .....                     Lombard Azərbaycanda ən gəlirli işdir: cəmi 4 işçi ilə .....                     Avropa Şurasının Azərbaycan həbsxanaları hesabatı .....                     QARA MALİYYƏNİN `BOZ KARDİNAL`I: Cavanşir Yusfiov YENƏ İŞ BAŞINDADIR .....                     Bakı İrəvandan tələb olunan təzminatdan imtina edir? .....                     Ermənistan ən müxtəlif bəhanələrlə onların qalmasını istəyirdi, amma... .....                     Anar Rzayevin ƏRKÖYÜN ŞİRKƏTİ: İstədiyini edir... .....                     Elan saytlarında vətəndaşları aldatmaqda şübhəli bilinən şəxs tutulub .....                     Bakı ilə əldə olunan strateji tərəfdaşlıq sənədi Moskvanı narahat edir .....                     SOCAR-da QANUNAZİDD KADR SİYASƏTİ... .....                     Trampın təminat verdiyi ZƏNGƏZUR DƏHLİZİ... .....                     Pezeşkianın Tehranı silkələyən Azərbaycan açıqlaması .....                     Ekstrasensdən bu ölkələrlə bağlı qorxunc proqnoz .....                     Yerdə min hoqqa verən İranın .....                     Zəngəzur həll edildi, növbədə oradır .....                     Alyaskada ABŞ-Rusiya sammiti və ya arxa plandakı Ukrayna .....                     Bakı nəhənglərin oyununa girib... .....                     Məhkəmə Roza Zərgərliyə BƏRAƏT VERDİ .....                     Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu .....                     Təhsil sisteminin TƏHLÜKƏLİ CÜTLÜYÜ .....                     Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır .....                     Məhkəmə İkinci Qarabağ Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova ilə bağlı hökm verib .....                     Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir .....                     Xaraba günə qalan ŞABRAN... .....                     Bu da generalın .....                     Azərbaycanda zamin üçün ölüm də qurtuluş deyil .....                     “Aqroservis” ASC-də TOTAL İSLAHATLAR .....                     İran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir? .....                     Atası partiyanı Günay Ağamalıya təhvil verir? .....                     Dövlət qurumları avtomobilləri kimdən alırlar? .....                     Vaxt gələcək, hər kəs Pezeşkiana "sağ ol" deyəcək .....                     "Amma qəlbləri yoxdur axı..." .....                     ABŞ siyahı yaydı: Azərbaycan ilk SIRADA .....                     Azərbaycan - Ermənistan Bəyannaməsi Tramp üçün çox vacibdir .....                 

Yerdə min hoqqa verən İranın GÖYDƏ BULUD DAVASI
Tarix: Bu gün, 06:09 | Çap et

Urmiya gölü, Güney Azərbaycan

"İranda iqlim dəyişikliyinə görə İsrail, Türkiyə və Bakı günahkardır!"- Əli Xameneinin ofisinin nəşri "Kayhan" yazıb. Dərc edilən məlumatda bildirib: "Hazırda Türkiyədəki 75 İsrail şirkəti İranın iqlim dəyişikliyi layihəsinə fokuslanıb. Peyk müşahidələri göstərir ki, əvvəllər Aralıq dənizindən keçən və Türkiyədən sonra İrana daxil olan buludlar indi İran sərhədlərinə çatmadan Bakıya doğru yönəldilir". Qeyd edək ki, burada gedən yazılar İranın rəhbəri Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın - SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın SEPAH VƏ ETALAT təşkilatlarının maraqları çərçivəsində yazılar hazırlanır və kütlənin düşüncələri yönləndirilməyə çalışılır, bu da onun 46 illik fəaliyyətində bütün istiqamətlərdə özünü göstərib.

“Qəzetin baş redaktoru Hüseyn Şəriətmədari bu iddia ilə çıxış edib ki, Aralıq dənizindən İrana tərəf gedən buludların İsrail və Türkiyə şirkətləri tərəfindən Azərbaycana yönləndirilir və əraziyə çatmadan bu buludlar oğurlanır. Bu bir növ sadəcə əsassız ittihamdan başqa bir şey deyil. Çünki konkret olaraq ciddi faktlar mövcuddur ki, söhbət hər hansı bir iqlim dəyişikliyindən getmir. Bilirsiniz ki, o bölgədə yerləşən Urmu Gölü var və artıq demək olar ki, bu rejim Urmu gölünü qurutdu. 25 illik bir fəaliyyətin nəticəsində bir gölü o vəziyyətə saldılar. Gölün ətrafında yüzdən çox su bəndləri tikilib və gölə axıdılan suların qarşısı bu şəkildə alınıb. Əgər 100 su bəndi Urmu gölünün ətrafında tikilirsə və orada yığılan sular başqa yerə axıdılırsa, başqa ərazilərə göndərilirsə, söhbət ondan getmir ki, orda yağış yoxdur. Məsələn; deyək ki, qışda qar yağmır, payızda yağış yağmır və yaxud yazda yağış yağmır. Xüsusilə, Güney Azərbaycan bölgəsi dağlıq ərazi olduğu oranın iqlimi normal şəkildə fəsillərə uyğun olaraq yağış və qarla təbii olaraq təmin olunur. Amma rejimin Urmu gölünün qurudulması ilə bağlı planları var idi və o planları həyata keçirərək, etirazlara baxmayaraq, ona da nail oldular.

Güney Azərbaycanda çox milyonlu etirazlar keçirildi. Milli fəallarımız bundan bağlı həbs olundu. İnsan haqlarını qoruyan beynəlxalq təşkilatlara, bu iqlimlə bağlı ətraf mühiti qoruyan təşkilatlara və BMT-nin özünə Urmu gölünün vəziyyəti haqqında illərdir, Güney Azərbaycanla bağlı fəaliyyət göstərən təşkilatlar, o cümlədən Dünya Azərbaycan Milli Azadlıq Cəbhəsi dəfələrlə sənədli yazılar hazırlayıb, göndəriblər. Urmu gölünün vəziyyəti ilə bağlı onlara bilgi verilib, rejimin özünə dəfələrlə xəbərdarlıq edilib. Amma seçkidən seçkiyə gəliblər və vədlər veriblər ki, “biz bu məsələni həll edəcəyik. Urmu gölünün bərpası çətin bir iş deyil. Biz sizlərin yardımı ilə yeni suvarma sistemi gətirəcəyik. Burda bu ərazilərdə quraşdıracağıq və əkinçilərə yardım edəcəyik. Maldarlıq sahəsində çalışan insanlara yardım edəcəyik ki, su mənbələrindən düzgün istifadə olunsun və s.”-deyən Sadiq İsabəyli qeyd edib ki, bütün bu vədlər əməldə özünü göstərməyib, sözdə qalıb.

Sadiq İsabəylinin fikrincə, “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədarinin bu iddia ilə çıxış etməsi onu göstərir ki, onlar Güney Azərbaycana olan düşmənçilik siyasətini ört-basdır etmək istəyirlər, Azərbaycanlılara düşmən kimi İsrail və Türkiyəni göstərmək istəyirlər və eyni halda Quzey Azərbaycanı göstərmək istəyirlər.

Sadiq İsabəyli qeyd edib ki, bu bir ideoloji aparatın təbliğatıdır və burada da çalışırlar ki, öz siyasətlərinin çirkinliyini ört-basdır etsinlər: “Çalışırlar ki, bunu belə əsaslandırsınlar ki, burada onların, yəni o bölgədə su ilə bağlı hər hansı bir problem varsa, bu onların suçu deyil, onlar çalışıblar, amma bu çalışmalar nəticəsiz qalıb. Çünki, bu bölgədə olan buludlar başqa bölgələrə göndərilir, yönləndirilir. Bu da necə deyərlər, kökündən yalandır, iftiradır və sadəcə o kütlənin düşüncəsini, beynini qarışdırmaq məqsədilə edilən mənasız açıqlamalardır. Çox təəssüf ki, onlar düşünürlər ki, biz əgər bu kimi təbliğatları aparsaq, Güney Azərbaycanda yaşayan əhali bu təbliğatlara inanacaqlar. Amma biz sosial mediaya baxanda biz görürük ki, bu kimi açıqlamalara insanlarımız çox ciddi şəkildə etiraz edir, onların şüurlarında təhqir kimi dəyərləndirilir. Bir çox dövlətlər, o cümlədən Yaponiya dövləti, Avropa dövlətləri yardım etdilər. Amma bu yardımlar qəbul edilib, başqa yerlərə xərcləndi. Beləliklə göl qurudu”.

Sadiq İsabəyli bildirib ki, bu gün Güney Azərbaycanın bir çox bölgəsində su qıtlığından danışılırsa, məsələn deyirlər ki, Təbrizin suyu ancaq 75 gündən sonra olacaq, bu da ağ yalandan başqa bir şey deyil, çünki orda su var: “O ərazilər çöllük ərazisi deyil ki, deyəsiniz ki, məsələn il ərzində heç bir yağış olmur, heç bir su qaynağı yoxdur. O bölgənin iqlimi şimali Avropa iqlimi kimidir. Finlandiyanın iqlimi kimidir. Yəni suyu da boldur, qar yağıntıları da çoxdur.

Məsələn; Ərdəbil bölgəsi payız bitmədən artıq ora qar yağmağa başlayır. Urmu Gölünün dağları qış fəslində qarla dolu olur. Yaz-yay fəslində artıq suya dönür və o bölgədə bütün su ehtiyaclarını təmin edə biləcək bir şəraiti yaradır. Amma biz görürük ki, bu sular yeraltı tunellərlə fars mərkəzli bölgələrə axıdılır. Suyu tunellərə vururdular ki, o tunellərdən suların doğru paylanması məsələsi gündəmə gətirilsin və ədalətli şəkildə sular paylansın. Amma biz bunun da şahidi olmadıq. Yəni Güney Azərbaycanın bütün su qaynaqları fars bölgələrinə yeraltı tunellərlə ötürülür və insanların da bu haqda heç bir bilgisi yoxdur. Fars-molla rejimi Güney Azərbaycanda böyük cinayət əməlini həyata keçirir, Azərbaycanı susuzlaşdırmaq üçün əlindən gələn bütün cinayətləri edir və bu cinayətlərdən özünü günahsız göstərmək üçün də yeni bir düşmən obrazı yaratmağa çalışır. Həmin düşmən obrazın içində də İsrail və Türkiyə birinci yerdə durur. Azərbaycanda dövlət olaraq onlardan sonra gəlir”.

Siyasi şərhçinin fikrincə, məqsəd də bundan ibarətdir ki, 46 illik İsrail dövlətinə qarşı apardıqları nifrət kampaniyası insanların zehnində yerləşdirib, o nifrəti həm də Türkiyə və Azərbaycana yönləndirə bilsinlər.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu institutlar birləşdirilir - İşçi qrupu yaradıldı
Bu gün, 09:57
Rus bölmələrində həyəcan təbili: “Buna məcbur qalırlar” – Xəbərdarlıq
Bu gün, 09:53
8 avqust razılaşması Azərbaycanı Qafqazın aparıcı gücünə çevirdi - FAKT BUDUR!
Bu gün, 09:51
Rusiyadan Vaşinqton razılaşması ilə bağlı İRƏVANA İSMARIC
Bu gün, 09:49
Paşinyan Zəngəzurla bağlı göstəriş verdi - “Hraparak”
Bu gün, 09:46
Suriya XİN rəhbəri bu gün Türkiyəyə səfər edəcək
Bu gün, 09:41
Zəhra Ərşadi İran XİN-in ABŞ ilə əlaqələr üzrə idarəsinə direktor təyin olunub
Bu gün, 09:40
Lombard Azərbaycanda ən gəlirli işdir: cəmi 4 işçi ilə - BİR İLƏ MİLYON MANAT GÖTÜRÜB
Bu gün, 09:39
Avropa Şurasının Azərbaycan həbsxanaları hesabatı - NƏ ETMƏLİ?
Bu gün, 09:26
QARA MALİYYƏNİN `BOZ KARDİNAL`I: Cavanşir Yusfiov YENƏ İŞ BAŞINDADIR - İLGİNC FAKTLAR...
Bu gün, 09:23
Bakı İrəvandan tələb olunan təzminatdan imtina edir? - AKTUAL
Bu gün, 09:01
Ermənistan ən müxtəlif bəhanələrlə onların qalmasını istəyirdi, amma... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:59
Anar Rzayevin ƏRKÖYÜN ŞİRKƏTİ: İstədiyini edir... - AYNA şefi belə pul qazanır...
Bu gün, 08:57
Elan saytlarında vətəndaşları aldatmaqda şübhəli bilinən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 08:54
Bakı ilə əldə olunan strateji tərəfdaşlıq sənədi Moskvanı narahat edir - Kremlin iki adamından isterik reaksiya
Bu gün, 08:40
SOCAR-da QANUNAZİDD KADR SİYASƏTİ... - BU NƏDİ BELƏ?!!
Bu gün, 08:35
Trampın təminat verdiyi ZƏNGƏZUR DƏHLİZİ... - sülh və rifah naminə...
Bu gün, 07:24
Pezeşkianın Tehranı silkələyən Azərbaycan açıqlaması – “Real İran” başlayır!
Bu gün, 07:20
Ekstrasensdən bu ölkələrlə bağlı qorxunc proqnoz
Bu gün, 07:17
Yerdə min hoqqa verən İranın GÖYDƏ BULUD DAVASI
Bu gün, 06:09
Zəngəzur həll edildi, növbədə oradır – Daha bir tarixi əraziyə qayıdış anonsu
Bu gün, 06:06
Alyaskada ABŞ-Rusiya sammiti və ya arxa plandakı Ukrayna - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Bakı nəhənglərin oyununa girib... - İNCƏLƏMƏ
Bu gün, 05:46
Məhkəmə Roza Zərgərliyə BƏRAƏT VERDİ - QALMAQAL
Bu gün, 05:30
Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu - FOTO
Bu gün, 05:27
Təhsil sisteminin TƏHLÜKƏLİ CÜTLÜYÜ - İTTİHAM VAR...
Bu gün, 05:24
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır - NARAZILIQ VAR...
Bu gün, 05:21
Məhkəmə İkinci Qarabağ Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova ilə bağlı hökm verib - TƏFƏRRÜAT
Bu gün, 05:15
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir - belə deyirlər...
Bu gün, 05:11
Xaraba günə qalan ŞABRAN... - AXI NİYƏ?..
Bu gün, 05:06
Bu da generalın TENDER ORTAĞI
Bu gün, 05:02
Azərbaycanda zamin üçün ölüm də qurtuluş deyil - FAKT BUDUR!
Bu gün, 04:59
“Aqroservis” ASC-də TOTAL İSLAHATLAR - İLGİNC İDDİA
Bu gün, 04:58
İran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir? - ŞƏRH
Bu gün, 04:50
Atası partiyanı Günay Ağamalıya təhvil verir? - Yaxın günlərdə...
Bu gün, 04:47
Dövlət qurumları avtomobilləri kimdən alırlar? - ARAŞDIRMA
Bu gün, 04:45
Vaxt gələcək, hər kəs Pezeşkiana "sağ ol" deyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:38
"Amma qəlbləri yoxdur axı..."
Bu gün, 04:35
ABŞ siyahı yaydı: Azərbaycan ilk SIRADA - SİYAHI
Bu gün, 04:31
Azərbaycan - Ermənistan Bəyannaməsi Tramp üçün çox vacibdir - Dövlət Departamenti
Bu gün, 04:24
Elşad Məmmədovun barəsində olan cinayət işi üzrə istintaq başa çatdı - TƏFƏRRÜAT
Dünən, 18:28
Vaşinqton anlaşmasında nəzərə çarpan MÜHÜM NÜANS - AYDIN OLUR Kİ...
Dünən, 18:25
Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Dünən, 18:10
Rusiya acizlikdən Azərbaycana qarşı yalnız çirkli oyunlar oynaya bilər - Mixail Qonçar
Dünən, 18:08
“Rusiya Cənubi Qafqazı asanlıqla itirməyəcək” - İranın Azərbaycandakı keçmiş səfiri də “xoruzlandı”
Dünən, 18:03
Sərxoş kişi yarışda idmançıları geridə qoydu - GÖZLƏNİLMƏZ
Dünən, 17:59
"Buna susa, göz yuma bilmərəm"
Dünən, 17:54
Artak Beqlaryandan Bakıdakı erməni məhbuslarla bağlı ÇAĞIRIŞ
Dünən, 17:52
İmtahan müəmması: Suallar satılıb, yoxsa şagirdlər bir-birindən köçürüb? - BU NƏDİ BELƏ?
Dünən, 17:48
İş adamı Süleyman Babayev həbs edilib - Milyonlarla vergidən yayınma ittihamı
Dünən, 17:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru