Avqustun 9-da İsmayıllı rayonu ərazisində baş verən yol qəzasında ölən Aydan Vüsətqızı dövlət məmurudur.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, Maliyyə Nazirliyində işləyirmiş.
Qəza zamanı Aydan Vüsətqızının atası da avtomobildə olub. Onun səhhəti barədə əlavə informasiya yoxdur.
Ailə İsmayıllıya istirahətə gedibmiş. Onların olduğu "Toyota" markalı avtomobil rayonun Qurbanəfəndi kəndi ərazisində “VAZ-21011” markalı avtomobillə toqquşub. Nəticədə “Toyota”da olan sərnişin A.Vüsət qızı aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki A.Vüsətqızı əslən Füzuli rayonundandır. O, bakalavr təhsilini Bakı Dövlət Universitetində alıb. Daha sonra Çinin Pekin Universitetində Dövlət siyasəti ixtisası üzrə magistraturanı bitirib. O, Çindən təzəlikcə qayıdıbmış.