Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? .....                     Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib .....                     Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? .....                     “Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” .....                     Sabunçuda park içində tikinti özbaşınalığı .....                     “Aygünün mahnılarını radioda səsləndirmədilər, .....                     Akopyandan Paşinyanla bağlı .....                     Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan .....                     20 illik əlillik hüququ LƏĞV OLUNDU... .....                     Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı .....                     35 illik münaqişədən sonra... .....                     Erməni baş nazir xalqını əmin edir ki... .....                     Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? .....                     Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı .....                     “Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” .....                     “Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” .....                     NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... .....                     Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik .....                     Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur .....                     Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı .....                     SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb .....                     "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." .....                     Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                 

Vaşinqton zirvəsinin əks-sədası – Rusiya və İranın cavabı necə olacaq?
Tarix: 10-08-2025, 03:54 | Çap et

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında tarixi üçtərəfli görüş keçirildi. Bu görüşün nəticəsi olaraq, uzun illərdən bəri davam edən münaqişəyə son qoymaq və regionda sülhü təmin etmək üçün mühüm sənədlər imzalandı.

Liderlərin imza atdığı birgə Bəyannamə Vaşinqton zirvəsinin Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişməyi və iki qonşu ölkə arasında münasibətlərin normallaşmasına yeni zəmin yaratmağı hədəfləyib. ABŞ-nin vasitəçiliyi ilə baş tutan bu razılaşmalar həm də regional nəqliyyat və iqtisadi inteqrasiyanı gücləndirməyi nəzərdə tutur.

Görüşdə tərəflər birgə bəyan edərək aşağıdakıları təsdiq etdilər:

Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişin mətninin razılaşdırıldığı və xarici işlər nazirləri tərəfindən paraflandığına şahidlik etdilər. Sazişin imzalanması və ratifikasiyası üçün əlavə addımlar atılacaq;

ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması üçün birgə müraciət imzalanacaq;

Regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülh, sabitlik və rifahın təşviqi məqsədilə nəqliyyat və kommunikasiyaların açılması vacibdir. Bu, Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edir;

Ermənistan ABŞ və digər tərəflərlə birgə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə əməkdaşlıq edəcək.

Sənəddə keçmiş münaqişənin sona çatması, beynəlxalq sərhədlərin toxunulmazlığı və güc tətbiqinin yolverilməzliyi əsasında düşmənçilik səhifəsinin bağlanması və qisas cəhdlərinin rədd olunması vurğulanır.

Həmçinin Vaşinqton Zirvəsinin regionda qarşılıqlı hörmət və sülhün irəliləməsi üçün möhkəm təməl qoyacağına əminlik ifadə edilir.

Qeyd edək ki, Vaşinqton zirvəsində aşağıda qeyd olunan digər sənədlər imzalanıb:

Azərbaycan və Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlər Sazişi. Bu sənəd sülhün təmin olunması, qarşılıqlı hörmət və qonşuluq münasibətlərinin normallaşdırılmasını təsdiqləyir. Sazişin tam imzalanması və ratifikasiyası üçün davam edən addımlar tərəflər arasında möhkəm bir siyasi iradənin göstəricisidir.

Nəqliyyat və Kommunikasiya Dəhlizlərinin Açılması. Regionda, xüsusən Azərbaycanla onun ayrılmaz hissəsi olan Naxçıvan arasında maneəsiz əlaqəni təmin etmək məqsədilə nəqliyyat və kommunikasiya yollarının açılması razılaşdırıldı. Bu, iqtisadi inteqrasiyanı artıracaq, ticarət və əlaqələri asanlaşdıracaq.

ATƏT Minsk Prosesi və strukturunun bağlanması. Danışıqlar boyu rəsmi Bakının əsas tələblərindən biri olan bu məsələ ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-ə birgə müraciət edərək, münaqişənin rəsmi olaraq yekunlaşdığını təsdiqlədilər. Beləliklə Minsk Qrupunun fəaliyyəti dayandırılacaq.

Ermənistan ilə ABŞ arasında Memorandum. Bu sənəd ABŞ-nin Ermənistanın təhlükəsizliyi, iqtisadi inkişafı və regionda sülhün təmin olunması istiqamətində dəstəyini müəyyən edir. ABŞ sülhməramlı fəaliyyətlər, humanitar və infrastruktur layihələrində Ermənistanla əməkdaşlığı gücləndirəcək. (Bu haqda aşağıda daha ətraflı)

Azərbaycan ilə ABŞ arasında Memorandum. Bu memorandum strateji tərəfdaşlığın dərinləşdirilməsini, enerji təhlükəsizliyi və regional inkişaf sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bakı və Vaşinqton Xartiyanın hazırlanması məqsədi ilə işçi qrupu yaradacaq.

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) Layihəsi. Ermənistan ABŞ və digər tərəflərlə birlikdə regionda nəqliyyat və iqtisadi dəhlizin yaradılması üçün əməkdaşlıq edəcək. Layihənin məqsədi qarşılıqlı faydalı iqtisadi əlaqələrin inkişaf etdirilməsidir.
TRIPP layihəsi çərçivəsində Azərbaycan və Ermənistan ərazilərindən keçən yeni nəqliyyat dəhlizlərinin yaradılması nəzərdə tutulur. Bu, xüsusilə Azərbaycan ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunmasına xidmət edir. Nəqliyyat infrastrukturu inkişaf etdirilərək, regionda yük və sərnişin daşımalarının asanlaşdırılması planlaşdırılır. Habelə, layihə, Cənubi Qafqaz ölkələri arasında ticarət əlaqələrinin gücləndirilməsini və iqtisadi inteqrasiyanın artırılmasını məqsəd qoyur. TRIPP vasitəsilə yeni bazarların açılması, sərmayələrin cəlb olunması və əməkdaşlığın genişləndirilməsi gözlənilir.

TRIPP İqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi sayəsində regional əməkdaşlıq artacaq, bu da uzunmüddətli sülh və sabitlik üçün zəmin yaradacaq. Layihə tərəflər arasında qarşılıqlı güvənin artırılmasına töhfə verir. Sənəddə qeyd olunur ki, ABŞ, TRIPP layihəsinin əsas təşəbbüskarlarından biridir və layihənin planlaşdırılması, maliyyələşdirilməsi və idarə olunmasında fəal iştirak edir. Bu, ABŞ-nin regiondakı strateji mövqeyini gücləndirir və iqtisadi əlaqələr vasitəsilə sülhün təmin olunmasına xidmət edir.

Bildirilir ki, Ermənistan layihənin həyata keçirilməsində ABŞ və digər qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflərlə əməkdaşlıq edir. Bu, layihənin beynəlxalq standartlara uyğun, şəffaf və hərtərəfli şəkildə icra olunmasına zəmanət verir.

Qeyd edək ki, Ermənistanla ABŞ arasında imzalanan Memorandumunda sülhməramlı fəaliyyətlərin təşviqi nəzərdə tutulub. Memorandumda yazılıb ki, ABŞ Ermənistanla sülhməramlı missiyalarda əməkdaşlıq edəcək, münaqişədən sonra regionun təhlükəsizliyinin təminində yardım göstərəcək. Həmçinin enerji, nəqliyyat və kommunikasiya sahələrində genişmiqyaslı layihələr həyata keçirilməsi, münaqişədən təsirlənmiş əhali üçün sosial proqramlar və humanitar layihələr reallaşdırılması əskini tapıb.

Sənəddə yer alan strateji tərəfdaşlıq bəndində isə regional sabitlik və beynəlxalq hüququn qorunması üçün əlaqələr dərinləşdirilməsi qeyd olunub.

Vaşinqton zirvəsinin ən mühüm nəticələrindən biri şübhəsiz ki, Minsk Qrupunun buraxılması ilə bağlı razılaşmadır. Artıq vasitəçilərdən biri olan Fransa XİN əldə olunan razılaşmanı alqışlayıb və tərəflərin ATƏT-in Minsk Qrupunun strukturlarını ləğv etməyə başlamaq çağırışına qoşulub. “Münasibətlərin normallaşması və sülh müqaviləsinin tezliklə imzalanması Cənubi Qafqazın sülh və firavanlıq məkanına çevrilməsi istiqamətində mühüm addım olmalıdır. Sazişlər 1991-ci il Almatı Bəyannaməsi prinsipləri əsasında regional əlaqəyə, sərhədlərin açılmasına və dövlətlərin suverenliyinin möhkəmləndirilməsinə töhfə verir”, - bəyanatda qeyd olunur.

Rusiya isə nə Minsk Qrupunun ləğv barədə birgə müraciətə, nə də ümumiyyətlə Vaşinqtonda əldə oluna razılaşmalara reaksiya verməyib. Azərbaycanın müttəfiqi Türkiyənin xarici işlər naziri Hakan Fidan isə Azərbaycanlı həmkarı Ceyhun Bayramova telefonla zəng edib. XİN-nin yaydığı məlumatda qeyd olunur ki, Fidan, Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı əldə edilmiş tarixi nailiyyətlər münasibətilə Azərbaycanı səmimi qəlbdən təbrik edib. Nazirlər əldə edilmiş razılaşmaların, Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamənin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Sülh sazişinin paraflanmasının, habelə ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırışın sülhə mühüm töhfə olduğu qeyd edilib. Nazirlər bu strukturların ləğvi barədə ATƏT qərarının tezliklə qəbul ediləcəyini gözlədiklərini bildiriblər.

Qeyd edək ki, dünən və bu gün nüfuzlu media qurumları Vaşinqton zirvəsinə geniş yer ayırıb. “The Washington Post” qəzeti ABŞ-nin bu razılaşmalarla Rusiyanın Cənubi Qafqazdakı təsirini zəiflədəcəyini yazıb.

“Associated Press”də (AP) dərc olunan xəbərdə isə 35 illik münaqişəni bitirən razılaşma və ABŞ-nin nəqliyyat dəhlizlərinə nəzarəti önə çıxarılır.

Nüfuzlu “Politico” jurnalı Trampın sülhməramlı rolunu və ABŞ-nin strateji mövqeyini gücləndirməsini vurğulayıb. “Reuters” agentliyi ABŞ-nin regionda strateji tranzit dəhlizinə sahib olduğunu, “Euronews” telekanalı isə bu hadisəni “tarixi razılaşma” və “yeni dövrün başlanğıcı” kimi dəyərləndirir.

Beləliklə, Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanması üçün möhkəm təməllər atıldı. Prezident İlham Əliyev ABŞ mediasına müsahibəsində bildirib ki, sülh sazişi tezliklə imzalanmalıdır. Bu isə Ermənistanda planlaşdırılan Konstitusiya referendumundan dərhal sonra mümkün olacaq. Yəni, tərəflər, 2026-cı ilin sonlarında və ya 2027-ci ilin əvvəlində 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanan razılaşmanı əsas götürərək yenidən masa arxasında əyləşərək, hərtərəfli sülh və əməkdaşlıq sazişinə imza atacaqlar. Həmin tarixə təxminən il yarım zaman var və bu müddət ərzində regionda hadisələrin necə cərəyan edəcəyi proseslərin yekun mərhələsinə ciddi təsir edə bilər. Xüsusi ilə Ermənistanda gələn ilin iyununda keçiriləcək parlament seçkilərinin nəticələri olduqca mühüm əhəmiyyətə malikdir. Ekspertlərin rəyinə görə, Rusiyanın özünün kənarda qaldığı prosesə təsir etmək üçün region ölkələrinə qarşı hərəkətə keçəcəyi ehtimalı böyükdür. İlk növbədə daha çox təzir alətlərinə malik olduğu Ermənistanda hakimiyyət dəyişikliyinə çalışa, Paşinyan hökumətinə qarşı silsilə təxribatlar həyata keçirə bilər. Rəsmi İrəvan bu təxribatların qarşısını almaq üçün ABŞ və Avropa İttifaqı ilə dərinləşən münasibətlərə, habelə Türkiyənin və Azərbaycanın dolayı dəstəyinə ümid edə bilər.

Rusiya ilə yanaşı İran da Birləşmiş Ştatların patronajlığı altında imzalanan razılaşmalara, xüsusən “Tramp dəhliznə” qarşıdır və İrəvanın atdığı addımları özünə qarşı xəyanət kimi qəbul edir. Məlumdur ki, Tehranın ən yüksək rütbəli rəsmiləri, eləcə də Ermənistandakı səfiri dəfələrlə Zəngəzur dəhlizinə qarşı bəyanatlar verib bu məsələnin “İranın qırmızı xətti” olduğunu bildiriblər. İndi Paşinyan hökuməti nəinki Ermənistan ərazisindən Azərbaycanın Naxçıvan hissəsinə maneəsiz keçid verir, həmçinin İranın bir nömrəli düşməni ABŞ-ni onun sərhədinə gətirir. Hələ ki, İran mövqeyini açıqlamayıb, amma dünənə qədər dost libaslı Tehran rəsmilərinin Rusiya ilə koordinasiyalı şəkildə Paşinyan hökumətini küncə sıxacağı gözləniləndir. Belə desək, regionda hadisələrin kulminasiya hissəsi hələ qabaqdadır...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? - İNCƏLƏMƏ
Bu gün, 13:02
Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib - “RBK-Ukrayna”
Bu gün, 12:58
Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? - ARAŞDIRMA
Bu gün, 12:31
“Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” - “Bəyin oğurlanması” filminin Yasəməni haradadır?
Bu gün, 12:29
Sabunçuda park içində tikinti özbaşınalığı - VİDEO
Bu gün, 12:26
“Aygünün mahnılarını radioda səsləndirmədilər, bayağı müğənnilərdən pul alıb deyirlər ki...”
Bu gün, 12:19
Akopyandan Paşinyanla bağlı gözlənilməz QƏRAR
Bu gün, 12:01
Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan QOVULDU
Bu gün, 11:59
20 illik əlillik hüququ LƏĞV OLUNDU... - GİLEY
Bu gün, 11:54
Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
Bu gün, 11:34
35 illik münaqişədən sonra... - GƏLİŞMƏ
Bu gün, 11:33
Erməni baş nazir xalqını əmin edir ki... - KİV
Bu gün, 11:26
Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? - İLGİNC
Bu gün, 11:17
Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı - ƏMR
Bu gün, 11:07
“Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” - AKTUAL
Bu gün, 11:05
“Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” -Kremlə suçlamalar
Bu gün, 10:56
NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... - BU NƏDİ BELƏ?
Bu gün, 10:38
Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Bu gün, 09:24
Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:22
Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Bu gün, 09:03
SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Bu gün, 08:49
"Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Bu gün, 08:22
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Bu gün, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru