Deputatın fikrinə sözardı: .....                     "Qaradağ Şüşə Zavodu" ASC özəlləşdirilib .....                     “Qardaşımla birgə 16 milyon vermişik” .....                     Qərb Gürcüstanı “vurub”, Ermənistanı niyə gücləndirir: .....                     Zabil Qəhrəmanovun cinayət işi məhkəmə baxışına verilib .....                     Rektor Afət Seyidzadəyə vəzifə verdi .....                     "İnsanların həyatına qənim kəsilmisiniz?" .....                     Anar Bayramov ona etimad göstərdi .....                     İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib .....                     Deputat sahibkarların problemindən danışdı .....                     Moskva və Ankara "S-400"lərin mümkün təkrar satışını müzakirə edir .....                     “Agro Norm”un təsisçisi şirkətdən milyonlarını götürüb ayrıldı .....                     Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi .....                     “Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi .....                     Azərbaycan iqtisadiyyatının nə qədər böyüdüyü açıqlandı .....                     Bazarda mağazanın qarşısına paltar asmaq üstündə qadınlar arasında dava .....                     Sanki kimsə Naxçıvanın boşaldılmasına çalışır... .....                     Avropada və Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi .....                     Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi .....                     Simonyana “torba”nı onlar tikibmiş .....                     Qardaşına çıxarılan hökmə görə qadın hakimə qarşı xuliqanlıq etdi, həbs olundu .....                     Balakəndə qəbiristanlığı sel basdı: .....                     "Rabitəbank"da yeni təyinatlar .....                     "Məmur məni otağa dəvət etdi, qızlar imkan vermədi ki..." .....                     Təhsil TV-yə yeni direktor təyin edildi .....                     Hərbi gücümüzü artırmağa MƏHKUMUQ... .....                     "Qarabağ" Kamilo Duranın "Seltik"ə keçdiyini açıqlayıb .....                     Qubanın korrupsiya bazarı: Sakinlərə qənim kəsilən Şahin israfilov kimə arxalanır? .....                     Cərrahiyyə Klinikası 124 min manatlıq tikiş sapları alır .....                     “Azərbaycan artıq Cənubi Qafqazın hava məkanının sahibidir” .....                     Ərdoğan NATO liderlərinə qala yeməyində nə ikram etdi? .....                     Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var? .....                     "Bakını sürücülərin başına dar etməyin!" .....                     “Arzum”la Etibar Məmmədovu nə birləşdirir? .....                     ASCO-nun 2025-ci ildə gəlirlər artsa da, .....                     Ağcabədi sakininə saxta attestat verilib .....                     Bir “laqonda” üstündə başlayan mübahisə 4 illik həbsə səbəb oldu .....                     Sülh sazişi gələn ilə qaldı? .....                     "Sənətkarlar çoxdur, hamı bizdən mükafat gözləyir" .....                     Qardaşlar sevgi münasibətinə görə yeniyetməni bağlayıb döydülər, başını unitaza saldılar .....                 

Müəllimlər üçün gizlədilən vakant yerlər - Bunu kim edir?
Tarix: 9-08-2025, 12:28 | Çap et

Müəllimlərin işə qəbulu (MİQ) üzrə texnologiya fənnindən vakant yerlərin gizlədildiyi iddia edilir. “Bakı-Xəbər” yazıb ki, bu şikayətlə bir qrup müəllim sosial şəbəkədə çıxış edib. Onlar bildirir ki, builki imtahanlarda texnologiya fənninin tədrisi üçün heç bir vakant yer ayrılmayıb. Bu da həmin fənn üzrə bu il imtahanda iştirak edərək müvafiq nəticəni göstərən müəllimlər arasında narazılığa səbəb olub. İddia edilir ki, mövcud vakansiyalar gizlədilir və seçim prosesi zamanı göstərilmir.

Arayış üçün deyək ki, müəllimlərin işə qəbulu imtahanı 2009-cu ildən etibarən həyata keçirilməyə başlanıb və ilk dəfə həmin ildə 260-a yaxın gənc müəllim Bakı şəhəri üzrə orta ümumtəhsil məktəblərində işə qəbul edilib, bununla da Azərbaycanda işə qəbul imtahanının yeni bir mərhələsi başlanılıb.

Müəllimlərin işə qəbulunda vakant yerlərin gizlədilməsi fikri, iddiası hər il səslənir. Ümumiyyətlə, vakant yerlərin gizlədilməsi ciddi problemdir. Bəzən vakansiyaya az saat çıxarılır və gənclər həmin məktəblərə getmək istəmirlər.

Müəllimlər üçün vakant yerlərin gizlədilməsi necə həyata keçirilir? Əgər builki imtahanlarda texnologiya fənninin tədrisi üçün heç bir vakant yer ayrılmayıbsa, onda niyə bu imtahan keçirilir?

Qeyd edək ki, əslində, bu iddialar ilk dəfə səsləndirilmir. Müəllimlərin işə qəbul prosesi başladığı gündən, yəni 2009-cu ildən bəri hər il vakant yerlərin gizlədilməsi ilə bağlı eyni narazılıqlar təkrarlanır. Hətta bəzi ekspertlər bu problemin sistematik xarakter daşıdığını deyirlər.

Qeyd edək ki, MİQ imtahanı ilk dəfə tətbiq edilən 2009-cu ildə təxminən 260 gənc müəllim Bakı məktəblərinə işə qəbul edilmişdi. O vaxtdan bu yana müsabiqənin texniki və təşkilati tərəflərində irəliləyişlər olsa da, vakansiyaların şəffaf şəkildə təqdim olunması problemi hələ də öz həllini tapmayıb.

“Yeni Müsavat”a danışan təhsil eksperti Elmin Nuri problemin köklərinin daha dərin olduğunu bildirib və texnologiya fənninin sistemli şəkildə gözdən salındığını deyib: “Ümumiyyətlə, texnologiya fənninə son illərdə göstərilən laqeyd münasibət ciddi şəkildə düşündürücüdür. Bu məsələ artıq ayrıca bir ictimai müzakirə panelinin mövzusu olmalıdır. Əgər bu fənnə ehtiyac yoxdursa, o zaman universitetlərdə bu ixtisas ümumiyyətlə ləğv edilməlidir. Yox, əgər bu ixtisas bizə lazımdırsa və universitetlərdə tədris olunursa, o zaman vakant yerlərin açıq şəkildə təqdim olunmaması ciddi suallar doğurur”.

Ekspertin fikrincə, texnologiya fənni üzrə vakansiyaların təqdim olunmaması təkcə MİQ-in təşkili ilə bağlı deyil, bu, fənnin tədris yükü və məktəblərdəki mövqeyi ilə birbaşa əlaqəlidir: “Texnologiya fənni orta məktəblərdə cəmi həftədə bir dəfə tədris olunur. O deməkdir ki, həmin fənni tədris edən müəllimin əməkhaqqı çox aşağıdır, bəlkə də məktəbdə çalışan digər müəllimlərin maaşının yarısı qədər belə deyil. Digər fənlərdən fərqli olaraq, texnologiya müəllimi əlavə dərs saatı, kurs və ya repetitorluq imkanı ilə maaşını artırmaq imkanına malik deyil. Fizika, kimya, tarix müəllimləri kimi əlavə qazanc imkanları yoxdur. Bu baxımdan texnologiya müəllimlərinə bu gün az qala qəhrəman kimi baxmalıyıq. Ən az əməkhaqqı, ən az dərs saatı, ən az hörmət... Amma biz bu sahədə nə edirik? Onların sayını artırmaq, dərs saatlarını çoxaltmaq əvəzinə, vakansiyaları sıradan çıxarırıq. Bu, açıq-aşkar fənnə və bu sahədə çalışanlara qarşı laqeyd münasibətdir”.

Ekspert qeyd edib ki, texnologiya fənni heç də əhəmiyyətsiz deyil, əksinə, bu fənn şagirdləri gələcək peşə həyatına hazırlayan, praktiki bacarıqlar qazandıran vacib komponentlərdən biridir: “Texnologiya fənninin kurikulumu digər fənlərdən heç də geri qalmır. Bu fənn əmək bazarı ilə sıx təmasda olan, peşə təhsili ilə bilavasitə əlaqəli istiqamətdir. Təəssüf ki, vaxtilə ‘əmək təlimi’ fənninə necə laqeyd yanaşırdıqsa, indi də onun xələfi olan texnologiya fənninə eyni münasibəti göstəririk”.

E.Nuri həmçinin qeyd edib ki, müəllimlər üçün vakant yerlərin gizlədilməsi artıq uzun illərdir davam edən sistemli problemdir: “Bu, təəssüf ki, yeni məsələ deyil. Elm və təhsil naziri Emin Əmrullayev özü də bu problemin mövcudluğunu bir neçə dəfə etiraf edib. Etiraf etmək lazımdır ki, nazirlik son illərdə bu sahədə müəyyən addımlar atıb, şəffaflıq istiqamətində ciddi işlər görülür. Amma problem tam aradan qalxmayıb. Əgər məsələ kökündən həll edilsəydi, bu qədər geniş narazılıq dalğası yaranmazdı. Niyə yüzlərlə müəllim bu barədə etiraz edir? Heç kim durduğu yerdə yalan danışmır”.

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputatın fikrinə sözardı: - Yerli məhsulları marketə kim buraxmır?
Dünən, 18:05
"Qaradağ Şüşə Zavodu" ASC özəlləşdirilib
Dünən, 17:53
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Dünən, 17:51
Qərb Gürcüstanı “vurub”, Ermənistanı niyə gücləndirir: - Tiflis hələ də “Ukrayna ssenarisi”ndən yayınmağa çalışır
Dünən, 17:47
Zabil Qəhrəmanovun cinayət işi məhkəmə baxışına verilib - TƏFƏRRÜAT
Dünən, 17:44
Rektor Afət Seyidzadəyə vəzifə verdi - FOTO
Dünən, 17:28
"İnsanların həyatına qənim kəsilmisiniz?" - ETİRAZ VAR!
Dünən, 17:23
Anar Bayramov ona etimad göstərdi - ƏMR
Dünən, 17:18
İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib - İSNA
Dünən, 17:12
Deputat sahibkarların problemindən danışdı – İqtisadçı ÇIXIŞ YOLUNU göstərdi
Dünən, 15:45
Moskva və Ankara "S-400"lərin mümkün təkrar satışını müzakirə edir - Peskov
Dünən, 15:33
“Agro Norm”un təsisçisi şirkətdən milyonlarını götürüb ayrıldı
Dünən, 15:09
Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi - ŞƏRH
Dünən, 15:07
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi
Dünən, 14:58
Azərbaycan iqtisadiyyatının nə qədər böyüdüyü açıqlandı
Dünən, 14:54
Bazarda mağazanın qarşısına paltar asmaq üstündə qadınlar arasında dava – QƏRAR
Dünən, 13:12
Sanki kimsə Naxçıvanın boşaldılmasına çalışır... - FAKT BUDUR...
Dünən, 13:08
Avropada və Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi - SİYAHI
Dünən, 12:55
Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi - "Press TV"
Dünən, 12:51
Simonyana “torba”nı onlar tikibmiş - Adları açıqlandı
Dünən, 12:47
Qardaşına çıxarılan hökmə görə qadın hakimə qarşı xuliqanlıq etdi, həbs olundu - TƏFƏRRÜAT
Dünən, 12:44
Balakəndə qəbiristanlığı sel basdı: - İcra nümayəndəsi son vəziyyəti AÇIQLADI
Dünən, 12:35
"Rabitəbank"da yeni təyinatlar - BUNDAN SONRA...
Dünən, 12:27
"Məmur məni otağa dəvət etdi, qızlar imkan vermədi ki..." - Ansamblı haqdakı şayiələrə son qoydu
Dünən, 12:24
Təhsil TV-yə yeni direktor təyin edildi - FOTO
Dünən, 12:21
Hərbi gücümüzü artırmağa MƏHKUMUQ... - ÇÜNKİ...
Dünən, 12:19
"Qarabağ" Kamilo Duranın "Seltik"ə keçdiyini açıqlayıb
Dünən, 12:16
Qubanın korrupsiya bazarı: Sakinlərə qənim kəsilən Şahin israfilov kimə arxalanır? - İTTİHAM VAR...
Dünən, 12:07
Cərrahiyyə Klinikası 124 min manatlıq tikiş sapları alır - DETALLAR
Dünən, 12:03
“Azərbaycan artıq Cənubi Qafqazın hava məkanının sahibidir” - Poqosyan
Dünən, 11:59
Ərdoğan NATO liderlərinə qala yeməyində nə ikram etdi? - Məşhur aşpaz AÇIQLADI
Dünən, 11:57
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var? - İLGİNC
Dünən, 11:48
"Bakını sürücülərin başına dar etməyin!" - AYNA-ya sərt MESAJ
Dünən, 11:46
“Arzum”la Etibar Məmmədovu nə birləşdirir? – Sensasion detal
Dünən, 11:41
ASCO-nun 2025-ci ildə gəlirlər artsa da, ötən ili 17 milyon manat üzərində zərərlə başa vurub
Dünən, 11:40
Ağcabədi sakininə saxta attestat verilib -"Heç yer qəbul etmir, araşdıran yoxdur"/FOTO
Dünən, 11:34
Bir “laqonda” üstündə başlayan mübahisə 4 illik həbsə səbəb oldu - MƏHKƏMƏ
Dünən, 11:27
Sülh sazişi gələn ilə qaldı? – İrəvandan müəmmalı MÖVQE
Dünən, 11:20
"Sənətkarlar çoxdur, hamı bizdən mükafat gözləyir" - Hacı İsmayılov
Dünən, 11:15
Qardaşlar sevgi münasibətinə görə yeniyetməni bağlayıb döydülər, başını unitaza saldılar - TƏFƏRRÜAT
Dünən, 11:13
ABŞ bombaladı - İran generalı öldü
Dünən, 11:10
Rusiya azərbaycanlıları “günah keçisi” edib - Ekspert deyir ki...
Dünən, 11:07
Seyran Ohanyanın Göyçə sahilindəki əmlakı söküldü – FOTO
Dünən, 11:05
ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - ŞƏRH
Dünən, 11:03
İranın Azərbaycandakı bankının mənfəəti 28% azalıb
Dünən, 11:01
NATO-nun Ankara zirvəsi: - real siyasət, nəticə və açıq qalan suallar
Dünən, 10:58
“Nadir Quliyev adına Bakı-Taxıl”ın GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ AZALIB – HESABAT
Dünən, 10:57
5 ildə nazirliyə 386 milyonluq heyvan satan şirkətin nə saytı, nə də sosial mediası var - İcazə verin, şübhələnək...
Dünən, 10:53
50 000 manatadək cərimələr: Bu model iqtisadiyyatı hara aparır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:49
ABŞ Zəngəzurda "yeni neft" tapıb - GƏLİŞMƏ
Dünən, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru