İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? .....                     Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR .....                     Cənub-şərq küləyi əsəcək .....                     «Yasamal Residence» MTK .....                     GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB .....                     SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ .....                     Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi .....                     Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb .....                     ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər .....                     Hövsan sakinləri boğaza yığılıblar: .....                     “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” .....                     İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi .....                     Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər .....                     AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... .....                     Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi .....                     “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ .....                     Səki var, amma keçmək mümkün deyil .....                     “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” .....                     Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... .....                     Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? .....                     Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? .....                     Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub .....                     “Prime Cotton” mühüm təyinat olub .....                     Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir .....                     Hüquqşünas alimə cinayət işi açıldı .....                     Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                     Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? .....                     Lavrov və Rubio arasında görüş başlayıb .....                     Neftin qiyməti 96 dolları ötüb .....                     İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                     Camaat qaz vurub qazan doldurur.... .....                     Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR .....                     O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                 

ABŞ bütün məsələləri Rusiya ilə razılaşdırıb, "Tramp yolu" onlara da lazımdı - deputat
Tarix: 9-08-2025, 09:23 | Çap et

Teleqraf Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir.

- Qüdrət bəy, Vaşinqtonda ABŞ və Ermənistanla imzalanmış sənədlərin əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik. Bu, Azərbaycanın Rusiya və İranla münasibətlərinə necə təsir edəcək?

- Bölgəyə sülh gətirəcək, iki xalq arasında düşmənçiliyə son qoya və əməkdaşlığa yol aça biləcək istənilən sənədin imzalanması tarixi hadisədir, alqışlanmalıdır. İmzalanmış üçtərəfli Birgə Bəyannamədə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarına, güc tətbiqindən və qisasdan imtina etdiklərinə dair öhdəlik götürürlərsə, bu, elə ilkin sülh sazişidir. Haqlı olaraq beynəlxalq birlik və media bunu bu cür də sülh sazişi kimi təqdim etdi.

Bu, Prezident İlham Əliyevin, Azərbaycanın, o cümlədən ABŞ və Ermənistanın, insanlığın böyük qələbəsidir. Bundan sonra Tramp haqq etdiyi Nobel sülh mükafatını ala bilər.

Əvvəllər müsahibələrimdə dəfələrlə söyləyirdim ki, beynəlxalq təcrübə göstərir ki, bu kimi münaqişərdə sülh sazişinin imzalanması güclü dövlətlərin vasitəçiliyi olmadan baş vermir. ABŞ dünyanın bir nömrəli iqtisadi və hərbi gücüdür. Azərbaycanda hər kəs Trampın seçkilərdə qalib gəlməsini arzulayırdı, çünki onun prezidentliyi dövründə torpaqlarımızı işğaldan azad etdik. İndi isə onun vasitəçiliyi ilə "Tramp yolu" adlanacaq Zəngəzur dəhlizi açılır, Ermənistanla ilkin sülh saziişi imzalandı. Kim demokratik ənənələri olan, inkişaf etmiş texnologiyaya sahib, dünyanın super gücü ilə yaxın olmaq istəməz ki?

Zamanında mən də bunu çox istəmişəm, amma bəzi acı reallıqları görüb ABŞ ilə münasibətlərdə ehtiyatlı olub müəyyən məsafə saxlamağın (nə dost, nə düşmən) tərəfdarı olmuşam. Ona görə ki, bu ölkədə dövlətçilikdə varislik məsələsi yoxdur. Hər yeni prezident özünü elə aparır ki, sanki ondan qabaqkı prezidentin imzaladığı sənədlərin, qəbul etdiyi qərarların ona və ABŞ-yə aidiyyatı yoxdur . Elə bil əvvəlki administrasiya başqa dövləti təmsil edib. Yeni administrasiya əvvəlki ilə yaxınlığa görə sənin ölkəni cəzalandıra da bilər. Allaha dua edək ki, gələcək ABŞ prezidentləri Trampla yaxınlığa görə bizi cəzalandırmasın.

Zelenskinin Bayden adminstrasiyası ilə yaxınlığına görə necə alçaldılması dünyanın gözü qarşısında baş verdi. Bu gün də Ukrayna alçaldıcı sülhə məcbur edilir. ABŞ-nin Ukraynanın ərazi bütövlüyü ilə əlaqədar imzaladığı Budapeşt memorandumuna sadiqliyini də gördük. Hansı ki, Ukraynaya təzyiq edib, onu aldadaraq nüvə silahını əlindən aldılar. İndi Tramp Zelenskiyə deyir ki, əlində kart yoxdu.

Təəssüf, Zelenski də ona demədi ki, ABŞ 1994-cü ildə bizi aldadaraq və təzyiq edərək həmin kartı bizim əlimizdən alıb. Başqa şoxsaylı misallar da çəkmək olar. Mövcud ikipartiyalı siyasi sistem ABŞ cəmiyyətində ciddi parçalanma, ölkədə vətəndaş qarşıdurması təhlükəsi yaradıb. 2020-ci il prezident seçkilərindən sonra bu təhlükə özünü qabarıq şəkildə biruzə verdi. Bu səbəbdən ABŞ-də konstitusion islahatlara böyük ehtiyac var.

Allaha dua edək ki, Ermənistan və ABŞ öz öhdəliklərini yerinə yetirə bilsinlər, hər şey xalqların gözlədiyi, imza edən tərəflərin planlaşdırdığı kimi uğurla sonuclansın.

Təəssüf ki, Paşinyanın növbəti seçkiləri uduzmaq və ya seçkilərə qədər devrilmək ehtimalı çox böyükdür. Bu baş verərsə, formalaşacaq yeni hökumətin Ermənistanın öhdəliklərinə sadiq qalacağı az inandırıcıdır.

Rusiyanın və İranın isə bizdən narazı qalmağa haqqı yoxdur. Vətən müharibəsindən sonra Azərbaycan 3+3 formatında region dövlətlərinə əməkdaşlıq təklif etdi. Atəşkəs haqqında üçtərəfli Bəyannamənin imzalanmasından 5 ilə yaxın vaxt keçsə də, Rusiya sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması istiqamətində Ermənistana heç bir təzyiq göstərmədi, sanki nə hərb, nə də sülh vəziyyəti onu qane edirdi. İran isə açıqdan-açığa Zəngəzur dəhlizinin açılmasına qarşı mövqe ortaya qoydu.

Bizə isə Naxçıvana maneəsiz gediş-gəlişi təmin edəcək yolun açılması, inkişaf və təhlükəsizlik üçün davamlı sülh lazımdır. Həm də Rusiyanın Ermənistana münasibətdə soyuqqanlı davranışı o qənaətə gəlməyə əsas verir ki, çox böyük ehtimalla, ABŞ bütün məsələləri Rusiya ilə öncədən razılaşdırıb. Rusiya ola bilsin, İranla münasibətlər korlanmasın deyə ABŞ-nin vasitəçilik etməsini qəbul edib. Çünki "Tramp yolu" bizim qədər Rusiyaya da lazımdır.

Ümid edirəm, Rusiya sivil münasibətlər yolu ilə hər iki dövlətlə dostluq yolunu seçəcək.

İranda isə prezident Pezeşkian və ətrafındakı ağıllı adamlar anlayırlar ki, indiyə qədər Azərbaycana qarşı yürüdülən təzyiq və yumşaq desək, dost olmayan siyasət kökündən səhv olub. Həm də Rusiyanın təmkinli davranışı onları da dözümlü olmağa məcbur edəcək.

- Bəs bütövlükdə bölgənin gələcəyini necə görürsünüz?

- Rusiya Ukrayna üzərində (əslində Qərb dünyası və NATO üzərində) qələbəsini Trampın da köməyi ilə rəsmiləşdirəndən sonra, kimin indi nə deməsindən asılı olmayaraq, dünyada nüfuzu xeyli yüksələcək.

İndi Trampın əlini öpməyə imkan axtaran Qərb liderləri bu dəfə Putinin əlini öpmək üçün növbəyə duracaqlar. SSRİ-nin ikinci dünya müharibəsində qələbəsindən sonra nüfuzunun artdığı kimi.

Tramp Rusiya iqtisadiyyatının güclənməsi üçün hakimiyyətdə olduğu müddətdə mümkün olan hər şeyi edəcək. Biz bunu nəzərə almalıyıq. 44 günlük savaşdan sonra sülhməramlı kimi Ağdamda Türkiyə və Rusiya yerləşmişdi. Ən azından bu səbədən onlar dost və müttəfiq ölkələr kimi yekun sülh sazişinin imzalanmasında iştirak edə bilərlər.

Rusiya Azərbaycanın ABŞ-la yaxınlaşma siyasətindən narahat olmamalıdır, çünki özü də ABŞ-la yaxınlaşmaq istəyir. Rusiya Azərbaycanla olan etimadlı münasibətləri bərpa etmək, ikitərəfli əlaqələri inkişaf etdirmək üçün addımlar atmalıdır. Belə bir el misalı var: Yaxın qonşu uzaq qohumdan yaxşıdır. Qonşularla dostluq siyasəti regionda sülhü daha davamlı və təminatlı edərdi.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru