Ordumuzun 44 Günlük Vətən Müharibəsində bizə yaşatdığı qalibiyyət sevincini bugecə dövlət başçımız Amerikada bizə yaşatdı.
Artıq Cənubi Qafqaz üçün, ölkəmiz üçün yeni dönəm başlanır.
İnanıram ki, özünün Milli Təhlükəsizlik Konsepsiyasında Avropa və Avroatlantik məkana inteqrasiya kursunu prioritet seçən Azərbaycan qarşıda demokratik islahatlara start verəcək.
İndi biz bu prosesdə Ermənistanla ayaqlaşmalıyıq.
Həmçinin, neft dövrü bir neçə ilə başa çatır, ölkə iqtisadiyyatının dirçəlişi üçün bu kurs ən ideal seçimdir.
Ölkəyə sərmayə lazımdır.
Ədalətıi məhkəmə sistemi olmayan ölkəyə sərmayəni isə heç kəs verməyəcək.
Bu arada "İgidi öldür, amma haqqını əlindən alma" deyimi yerinə düşür.
Rusiyanın bu proseslərdən kənarlaşdırılmasının təşəbbüskarı Prezident Bayden olub.
Tramp da bu missiyanı uğurla davam etdirdi.
Pərviz HƏŞİMLİ - "DİA-AZ"