Köçəryanın adamları saxlanıldı .....                     İki seçki komissiyasının sədri və bir katibi tutulub .....                     Paşinyan Azərbaycanla sülh prosesindən danışdı .....                     Paşinyan ancaq xalqın qarşısında diz çökəcək, Rusiyanın yox .....                     Kənd evlərinə kütləvi şəkildə “kupça” verilə bilər .....                     Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu .....                     Rusiya heç vaxt ABŞ-a qarşı bunu etməyib .....                     ABŞ kəşfiyyatı İsrailin amerikalı rəsmiləri dinlədiyini ehtimal edir .....                     Əslində bankın bu addımı HÜQUQİ MÜDAXİLƏ tələb edir... .....                     Cıdır düzündə SONUNCU ERMƏNİ RƏQSİ... .....                     Putin üçün yalançı reytinq düzəldənin yuz milyonlarla varidatı aşkara çıxdı .....                     Demoqrafik fəlakətə doğru gedirik, .....                     MAAŞLAR ARTMIRSA... demək qanunları pozursunuz! .....                     Burada dövlətə vergi, vətəndaşa təminat yoxdur... .....                     Azərbaycanın YAVLİNSKİSİ... .....                     "Məsmə Aslanın oyunu ləzzət elədi..." .....                     Ya intervalı azaldın, YA DA Kİ... .....                     Müharibə əlilinin QANINI BATIRIRLAR .....                     Güney Qafqazda PAŞİNYAN POZASI... .....                     İqtisadiyyat Nazirliyi LƏĞV OLUNMALIDIR... .....                     Zatən adı üstündə... Tramp deyib vaxtında... .....                     Səni pöşələnəsən, ay tarix!.. .....                     Ayağımızı dünyanın harasına bassaq... XOŞBƏXTİK... .....                     Yamaq vurulmuş iqtisadiyyatımız... .....                     “Onların fəaliyyəti “donuz kimi hərəkət edib, bəy kimi üzr istəyir” məsəlini xatırladır” .....                     Sülh sazişi dekabrda imzalanacaq .....                     Anar Rzayevi nələr gözləyir? .....                     Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub .....                     Paşinyanın “dili açıldı”: .....                     Kölgədə aparılan müharibə: .....                     Paşinyan DÖYÜŞƏ TƏK GEDİR... .....                     Paşinyan alternativi olmadığına görə qələbə qazanacaq .....                     ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub .....                     Jak Şirakın həyat yoldaşı vəfat edib .....                     Süni intellekt planetin resurslarını səssizcə “udur” .....                     “Mən barışmaq istədim, o, kobud cavablandırdı” .....                     Paşinyan "sükut günü"nü belə dəyərləndirir .....                     ABŞ və Qərbin gizli oyunu "sülh masası"nı dağıdır: .....                     Tramp Maskla barışıb .....                     Paşinyanın seçkidən sonra həbs anonsu .....                 

Azərbaycanlı prezidentin İRƏVAN SƏFƏRİ... - GƏLİŞMƏ
Tarix: 9-08-2025, 09:27 | Çap et

İran prezidenti Məsud Pezeşkian yaxın iki həftə ərzində Ermənistana rəsmi səfər edəcək. Bunu Tehran televiziyasına müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi deyib. Nazir xatırladıb ki, prezident Pezeşkian bundan əvvəl İraq, Pakistan, Azərbaycan və Qətərə səfər edib.

İran ciddi şəkildə narahatdır ki, ABŞ qoşunları Ermənistanda yerləşdirilə bilər və ya Zəngəzur dəhlizinin açılması İranı oyundankənar vəziyyətdə saxlaya bilər. Amma güman edirəm ki, Pezeşkianın səfərindən sonra veriləcək bəyanatlar fonunda bu məsələlər bir qədər aydınlaşacaq. Ermənistan İrana bir daha vəd edə bilər ki, onun ərazisindən heç bir zaman İrana qarşı hər hansı qüvvə istifadə edilməyəcək. Eyni zamanda, Ermənistanın qoşulduğu layihələrdə İrana qarşı təhdid kimi istifadə oluna bilməz".

Bu səfər İranın regionda mövcudluğunu təsdiqləmək və maraqlarını müzakirə etmək məqsədi daşıyır. Pezeşkian prezident seçildikdən sonra Rusiya və Azərbaycan da daxil olmaqla bir neçə ölkəyə səfər edib. İndi isə ilk dəfə Ermənistana gedəcək. Azərbaycan regionda öz mövqelərini qoruyur. İranla münasibətlərdə bəzi fikir ayrılıqları, xüsusilə Zəngəzur dəhlizi məsələsində fərqli yanaşmalar olsa da, Pezeşkianın səfəri Bakının mövqeyini dəyişmir. Azərbaycan qəti və prinsipial siyasət yürüdür. Əsas qiymətləndirmə səfərdən sonra məlum olacaq. Unutmayaq ki, İranda prezidentdən də üstün olan dini lider var və onun mövqeyi də önəmlidir. Hər şey tam şəkildə bundan sonra aydınlaşacaq.

Bəs Azərbaycan kökənli Pezeşkian Ermənistana əsas hansı mesajı aparır?

Ana Vətən Partiyasının sədr müavini, deputat Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, İran Prezidenti Məsud Pezeşkianın Ermənistana planlaşdırılan səfəri regionda baş verən mühüm siyasi proseslər fonunda diqqətlə izlənilən bir hadisədir: “Rəsmi Bakı hər bir dövlətin, xüsusilə, qonşu ölkələrin Azərbaycanın maraqlarına zidd olmayan istənilən suveren xarici siyasət yürütmək hüququna hörmətlə yanaşır. Bu kontekstdə, regionda atılan hər bir addımın sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət etməsi vacibdir. Pezeşkianın İrəvana səfərinin konturlarını müəyyən etmək üçün, ilk növbədə prezident postunun İranın siyasi mühitindəki roluna diqqət etmək lazımdır. Məsud Pezeşkian İranın prezidenti olsa da, bütün siyasi qərarlar məhz ali dini lider tərəfindən verilir. Bu baxımından prezident Məsud Pezeşkianın Ermənistana səfəri və səfər çərçivəsində səsləndirəcəyi mənfi və yaxud müsbət fikirlər bütünlüklə İranın mövqeyini əks etdirməyə bilər. Təbii ki, İran prezidentinin İrəvana səfərinin əsas məqsədi Azərbaycan və Ermənistan arasında müsbət dinamika ilə müşayiət olunan sülh gündəliyi və bunun fonunda Zəngəzur dəhlizi ilə bağlı Tehranın ritorikasını əks etdirməkdir. Aydındır ki, İran Zəngəzur dəhlizinin reallaşdırılmasına müsbət yanaşmır. Lakin indiki şəraitdə rəsmi Tehranın mövcud proseslərə təsir etmək imkanları demək olar ki, yox səviyyəsindədir. Bütün bunlara baxmayaraq Azərbaycan dövləti sülh gündəliyinə və qarşılıqlı hörmət prinsipləri əsasında regional əməkdaşlığa sadiqdir. Bizim üçün əsas məsələ, regionda real və davamlı sülhün təmin olunmasıdır. İran rəhbərliyindən gözləntimiz isə odur ki, Ermənistanla təmaslarında bu istiqamətdə konstruktiv mövqe nümayiş etdirsin və bölgədə separatizmə, revanşizmə zəmin yaradan ritorikadan uzaq dursun”.

Siyasi analitik Asif Nərimanlı hesab edir ki, Ermənistan bu regionda cənub qonşumuz üçün platforma rolunu oynayır: “Pezeşkianın Ermənistana səfəri İranın İsraillə müharibədən sonra qonşularla münasibətlərini yenidən gözdən keçirmək və əlaqələri sıxlaşdırmaq siyasətindən qaynaqlanır. Lakin Ermənistan bu prosesdə İran üçün Cənubi Qafqazdakı proseslərdə yer almaq üçün istifadə olunan platforma rolunu da oynayır, xüsusilə Zəngəzur dəhlizinin gələcəyi fonunda. Pezeşkian daha öncə Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlamalarda loyal mövqe sərgiləsə də, İranın regionla bağlı planı dəyişməyib və bu ölkənin prezidenti də bu plandan kənara çıxa bilməz. Fikrimcə, Pezeşkian Ermənistanda Zəngəzur dəhlizi ətrafında baş verənləri və İranın mövqelərinin qorunması ilə bağlı müzakirələr aparmaq niyyətindədir. Regional kommunikasiyanın Tramp planına uyğun açılacağı gözləntisi var. Lakin bununla bağlı razılaşma olsa belə, razılaşmanın praktiki müstəvidə icrası sonrakı mərhələdir və regional oyunçular - Rusiya və İran bu mərhələdə proseslərə müdaxilə etməyə, öz mövqelərini bu və ya digər formada qorumağa çalışacaqlar. Pezeşkianın Ermənistan səfəri də İranın Cənubi Qafqazda gələcək yerini müəyyən etməyə hesablanıb”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Köçəryanın adamları saxlanıldı
Dünən, 11:48
İki seçki komissiyasının sədri və bir katibi tutulub - Ermənistan MSK sədri
Dünən, 11:46
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı - KİV
Dünən, 11:15
Paşinyan ancaq xalqın qarşısında diz çökəcək, Rusiyanın yox - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
Kənd evlərinə kütləvi şəkildə “kupça” verilə bilər - AKTUAL
Dünən, 09:46
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu
Dünən, 09:42
Rusiya heç vaxt ABŞ-a qarşı bunu etməyib - Novak
Dünən, 09:39
ABŞ kəşfiyyatı İsrailin amerikalı rəsmiləri dinlədiyini ehtimal edir - NYT
Dünən, 08:42
Əslində bankın bu addımı HÜQUQİ MÜDAXİLƏ tələb edir... - AXI NİYƏ?..
Dünən, 08:38
Cıdır düzündə SONUNCU ERMƏNİ RƏQSİ... - AKTUAL
Dünən, 08:29
Putin üçün yalançı reytinq düzəldənin yuz milyonlarla varidatı aşkara çıxdı - TƏFƏRRÜAT
Dünən, 08:22
Demoqrafik fəlakətə doğru gedirik, - SOS!
Dünən, 08:19
MAAŞLAR ARTMIRSA... demək qanunları pozursunuz! - FAKT BUDUR!
Dünən, 08:14
Burada dövlətə vergi, vətəndaşa təminat yoxdur... - BU DA FAKT...
Dünən, 08:04
Azərbaycanın YAVLİNSKİSİ... - RƏY
Dünən, 07:51
"Məsmə Aslanın oyunu ləzzət elədi..." - REAKSİYA
Dünən, 07:37
Ya intervalı azaldın, YA DA Kİ... - NARAZILIQ VAR...
Dünən, 07:26
Müharibə əlilinin QANINI BATIRIRLAR - MÜRACİƏT
Dünən, 07:18
Güney Qafqazda PAŞİNYAN POZASI... - Kim necə görür...
Dünən, 07:09
İqtisadiyyat Nazirliyi LƏĞV OLUNMALIDIR... - TƏKLİF...
Dünən, 07:04
Zatən adı üstündə... Tramp deyib vaxtında... - Ortada məntiq də olmalıdır axı...
Dünən, 06:52
Səni pöşələnəsən, ay tarix!.. - ÇƏRXİ-FƏLƏK...
Dünən, 06:43
Ayağımızı dünyanın harasına bassaq... XOŞBƏXTİK... - MALƏSƏF...
Dünən, 06:40
Yamaq vurulmuş iqtisadiyyatımız... - çataq... amma keçməyək...
Dünən, 06:31
“Onların fəaliyyəti “donuz kimi hərəkət edib, bəy kimi üzr istəyir” məsəlini xatırladır” - REAKSİYA
6-06-2026, 17:23
Sülh sazişi dekabrda imzalanacaq - ƏGƏR...
6-06-2026, 17:21
Anar Rzayevi nələr gözləyir? - AYNA-da yoxlama...
6-06-2026, 17:16
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub - ƏMR
6-06-2026, 17:11
Paşinyanın “dili açıldı”: - Nikol bizi nəylə təhdid edir?
6-06-2026, 17:05
Kölgədə aparılan müharibə: - Azərbaycana qarşı kimlər hibrid hücum təşkil edir?
6-06-2026, 17:03
Paşinyan DÖYÜŞƏ TƏK GEDİR... - NƏ BAŞ VERİR?
6-06-2026, 17:00
Paşinyan alternativi olmadığına görə qələbə qazanacaq - ŞƏRH
6-06-2026, 16:57
ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
6-06-2026, 16:51
Jak Şirakın həyat yoldaşı vəfat edib
6-06-2026, 16:49
Süni intellekt planetin resurslarını səssizcə “udur” – Bu, başlanğıcdır
6-06-2026, 16:47
“Mən barışmaq istədim, o, kobud cavablandırdı” – Qubada baş verən hadisənin təfərrüatı
6-06-2026, 16:46
Paşinyan "sükut günü"nü belə dəyərləndirir - VİDEO
6-06-2026, 16:38
ABŞ və Qərbin gizli oyunu "sülh masası"nı dağıdır: - Kreml ''görüş qapısı"nı qapadır, savaşın ssenarisi yenə dəyişir
6-06-2026, 16:35
Tramp Maskla barışıb
6-06-2026, 16:29
Paşinyanın seçkidən sonra həbs anonsu – İrəvanda gərginlik artır
6-06-2026, 15:11
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - FOTO
6-06-2026, 15:07
Tapşırıq... qohumbazlıq... HARA QƏDƏR? - "Biabırçı bir vəziyyətdir!"
6-06-2026, 15:04
Yasamal RİH İZAHAT VERDİ
6-06-2026, 13:43
Ermənistan üçün sonun başlanğıcı, yoxsa... - AKTUAL
6-06-2026, 13:16
Zelenskidən Moskvaya ağır ZƏRBƏ ANONSU
6-06-2026, 13:14
Medvedevdən İrəvan barədə sensasion bəyanat: - "Bu rüsvayçılığı heç Vaşinqtonla Brüssel də bağışlamaz"
6-06-2026, 12:52
Əvvəl gətirirlər, sonra birdən “yoxa çıxır” – Apteklərdəki “analoji” dərmanların QORXUNC RİSKLƏRİ
6-06-2026, 12:44
Sankt-Peterburq sakinləri baş vermiş partlayışlardan panikaya düşdü.... -FOTO
6-06-2026, 12:42
Gənclər və İdman Nazirliyi 55 minlik gül alır
6-06-2026, 12:39
Bakıda məşhur ticarət mərkəzi MÜFLİS OLUB? - Sahibkarlar ÇƏTİN DURUMDA!
6-06-2026, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru