İrəvan merindən ermənilərə çağırış: .....                     "İçərişəhər"dəki işindən çıxdı, Parisdə yeni vəzifəyə təyin edildi .....                     805 manat hesab gəldi, restoranı tənqid etdi .....                     Ermənistan Rusiyanın göndərdiyi “İskəndər”lərdən imtina edir .....                     Görəvdən alınan Vəliyev KİMDİR... .....                     Maliyyə Monitorinqi Xidmətində yeni kadr təyinatı olub .....                     “Qarabağ”ın agentlərə xərclədiyi pul 14 dəfə artıb .....                     Ucarda Təhsil sektorunun müdiri dəyişdi .....                     İran yenidən BƏƏ-yə raket və dron zərbələri endirib, yaralılar var .....                     Köhnə avtomobillərin ölkəyə gətirilməsi dayandırılmalıdır .....                     Xanlar Vəliyevin qardaşı işdən çıxarıldı .....                     PAŞA Holding struktur transformasiyası çərçivəsində “PAŞA Ventures Company” MMC-ni təsis edib .....                     Bu... Fransanın NEÇƏNCİ BANIDIR? .....                     AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: .....                     "Xınalıq" restoranında 63 yaşlı ofisiant qəfil öldü .....                     Ermənistan müxalifətinin lideri: .....                     İsrail ordusunun 3 əsgəri İrana casusluqda şübhəli bilinir .....                     Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ .....                     860 minlik ev cəmi 12 manata satılır .....                     "Paşa-K"nın keçmiş əməkdaşları təhdid olunduqlarını iddia edirlər .....                     Musiqili Teatra məni qəbul etmədilər ki, səsim yoxdur .....                     Taleh Şahsuvarlı İTV-ni hansı modeldə görür? .....                     FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru ilə bağlı qərar verildi .....                     Sabah binada yanğın baş versə... ÖLÜM QAÇILMAZDIR! .....                     “Çarəsiz”in LƏMANI: “Yazırlar ki, ay həyasız, ay ifritə...” .....                     Azərbaycanda özəl “qocalar evi” açmaq olar? .....                     Rusiya XİN-də Ermənistan səfiri ilə sərt söhbət aparılıb .....                     “Bakıxanov-Çörək” şirkəti səhmdarlarına dividend verəcək .....                     "Sizin yeriniz...” .....                     2026-cı ilin ölkə çempionu ADA Universitetində .....                     Yaroslavlda neft obyekti vurulub .....                     "Su-Kanal İdarəsi deyir ki, guya hər şey qaydasındadır..." .....                     Bacısının evindən 16 min manat oğurlandı .....                     Apteklərdə “Pascorbin” TAPILMAYACAQ .....                     Xanlar Vəliyevin qızı vəzifəyə təyin edildi .....                     Məscidlərə Tolstoyun, Dostoyevskinin kitablarının alınmasına komitə sədrindən REAKSİYA .....                     Biz Ermənistanı “banan dövləti” olmaqdan qurtardıq .....                     Ukrayna ordusu Qroznıda hərbi hissələrə dron zərbəsi endirib .....                     Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb .....                 

Rusiyadan “pomidor” həmləsi - Fermerlər deyir ki...
Tarix: 9-08-2025, 08:38 | Çap et

Xaçmazlı fermerlər min bir əziyyətlə əkib becərdikləri pomidor məhsullarını sata bilmirlər. Buna səbəb qiymətlərin kəskin şəkildə aşağı düşməsidir. “Xəzər-Xəbər”in hazırladığı süjetdə bu problem işıqlandırılıb. Hər il bu vaxtı bazarlarda aktivlik müşahidə edilsə də, hazırda durğunluq var. Məhsul bol olsa da, alıcı yoxdur.

Təsərrüfat sahibləri bildirirlər ki, ötən illə müqayisədə hazırkı qiymətlər onları qane etmir. Ötən il yeşiyi 15 manata olan pomidorun indi qiyməti 5-6 manat arasında dəyişir.

Bir çox təsərrüfat sahibləri isə məhsulu bazara deyil, birbaşa ucuz qiymətə zavodlara verirlər. “Eşidirik ki, Bakıda marketlərdə 1 manat, 1,20 manatdır. Burada 30 qəpiyə alan yoxdur. Əziyyət çəkirik, 5 aydır əlləşirik, amma deyirlər ki, Rusiya bazarı bağlıdır, daxili bazarda da alan yoxdur”, - deyə fermer bildirib.

Qeyd edək ki, bu ilin əvvəlindən Azərbaycan Rusiyaya 28,7 min ton pomidor tədarük edib. Hər il təqribən 200 min tona yaxın pomidor ixrac edirik və bunun əsas hissəsi Rusiyaya gedir. Rusiya bəzi hallarda bu asılılıqdan siyasi alət kimi də istifadə edir. Adətən, may ayında ixrac daha çox olurdu. Son vaxtlar Azərbaycanla Rusiya arasında yaranan siyasi narazılıqlar bu məsələdə də özünü göstərir.

“Rosselxoznadzor” Dağıstan ərazisində Azərbaycandan 152 ton məhsulun idxalına qadağa qoyub. Bundan başqa, başqa bir gömrük postunda 400 ton məhsul Azərbaycana qaytarılıb. 2023-cü ildə Azərbaycandan Rusiyaya 137.4 min ton, 2024-cü ildə isə 117.2 min ton pomidor ixrac olunub. Keçən il ümumən 438.8 ton pomidor idxal etmiş Rusiyaya ən böyük tədarükçülər Azərbaycan, Türkiyə, Türkmənistan, Ermənistan, Qazaxıstan və Özbəkistandır.

Bəli, bu məsələyə kənd təsərrüfatı mütəxəssisləri də müxtəlif aspektlərdən yanaşır və ümumiyyətlə, bu vəziyyətin həm iqtisadi, həm də strateji tərəflərinə diqqət yetirirlər. Belə mütəxəssislərin rəyində aşağıdakı əsas məsələlərə toxunulub:

Mütəxəssislər hesab edirlər ki, ilk növbədə yerli istehsalın artırılması və daha çox müxtəlif məhsulun yetişdirilməsi vacibdir. Pomidor kimi məhsullara güvənmək bir bazardan asılı olmaq riskini artırır. Onlar həmçinin, yeni məhsul növləri və tərəvəzlərə də üstünlük verilməsini, həmçinin heyvandarlıq sahəsində inkişafı təklif edirlər. Bu cür şaxələndirilmiş təsərrüfatlar, bazar çöküşləri və idxal qadağaları zamanı daha dayanıqlı olur. Eyni zamanda, Azərbaycan üçün yeni bazarların araşdırılmasının vacibliyi vurğulanır. Rusiya bazarına olan asılılığı azaltmaq üçün daha çox Türkiyə, Yaxın Şərq və Asiya bazarlarına diqqət yetirmək lazımdır.

Bu regionların tələbatı artan məhsullar üçün əlverişli ola bilər və həmin bazarlara daxil olmaq daha az riskli ola bilər. Digər tərəfdən mütəxəssislər bu qənaətdədirlər ki, fermerlər və sahibkarlar ixracat strategiyalarını düzgün planlamalıdırlar. Sahibkarlara məhsulların keyfiyyətini yüksəltmək, brendləşdirmə və marketinq sahəsində daha çox iş görmək tövsiyə edilir. Əgər Azərbaycan məhsulları, məsələn, pomidor, beynəlxalq bazarlarda tanınırsa, bu, həmin məhsulun dəyərini artırar və bazar şərtləri dəyişdikdə tədarükçülərin daha çevik olmasına imkan tanıyır. Avropa bazarlarına çıxmaq istəyən fermerlər üçün mütəxəssislər, xüsusi olaraq, qida təhlükəsizliyi və məhsul sertifikatları məsələsinə diqqət yetirirlər. Avropa bazarları daha sərt qaydalar tətbiq edirlər və burada yerli istehsalçıların tələblərinin qarşılanması vacibdir. Nəzərə almaq lazımdır ki, bu məsələ yalnız iqtisadi aspektdən deyil, həm də siyasi risklərdən asılıdır.

Bir sözlə, Rusiya ilə əlaqələrin gərginləşməsi qısa müddətli zərərlərə yol aça bilər, lakin strateji baxımdan digər bazarlara çıxış, yerli istehsalı artırmaq və müxtəlif məhsullar üzərində işləmək daha stabil gələcək perspektivlər yarada bilər.

İqtisadçı Xalid Kərimli “Yeni Müsavat”a şərhində bildirdi ki, Rusiya ilə münasibətlərdə siyasi ritorikanın gərginləşməsi müşahidə olunur. İqtisadçı vurğuladı ki, Rusiya zaman-zaman idxal məsələlərindən təzyiq vasitəsi kimi istifadə edib:

“Cəmiyyət də bilir ki, Rusiya Azərbaycana təzyiq etməyə çalışanda ya orada yaşayan azərbaycanlılar sıxışdırır ya da kənd təsərrüfatı məhsullarının idxalı ilə əlaqədar çətinliklər yaradır. Təəssüf ki, Rusiya bu kimi vasitələrlə manipulyasiya etməyə çalışır. Rusiya deyil, hansı ölkə olur-olsun, bir bazardan asılı olmaq ciddi riskdir. Sahibkarların ixrac etdiyi məhsulların demək olar ki, 90 faizi Rusiya bazarlarına çıxarılır. Bu da ciddi risk yaradır. Adətən, bir bazardan asılılıq 25 faiz səviyyəsində olmalıdır. Bu həddi keçmək risk yaradır. Buna görə də hesab edirəm ki, sahibkarlarımız başqa bazarlara çıxış imkanlarını nəzərdən keçirməlidirlər. Əks halda, biznesin dayanıqlılığı üçün risk yaranır. Bir bazardan bu qədər asılı olduğumuz müddətdə bu risklər qalacaq. Yəni, günahı təkcə Rusiyada görməməli, sahibkarların səhvlərinə də diqqət çəkməliyik. Çıxış yolu dünya bazarlarına çıxmaqdır. Bu məsələ dövlətdən çox, sahibkarlardan asılıdır. Məhsulu yetişdirməklə yanaşı, onun satışını da təşkil etmək lazımdır”.

İqtisadçı hesab edir ki, Rusiyadan asılılığın obyektiv və subyektiv səbəbləri var:

“Rusiya bazarına çıxmaq daha asandır, çünki keçmişdən qalan ənənələr var. Rusiyada yaşayan soydaşlarımız topdan satış məntəqələri yaradıblar. Dil bilgisi, şəxsi əlaqələr, məhsulumuzun müsbət imicinin olması kimi məsələlər də Rusiyanı sahibkarlar üçün cəlbedici bazara çevirir. Onu da nəzərə almaq lazımdır ki, Rusiya bazarı çox böyük bazardır. Azərbaycanın istehsal etdiyi təxminən 120 milyon dollarlıq pomidor Rusiya üçün çox kiçik rəqəmdir. Risk yarandıqda isə qazancın aşağı düşmə ehtimalı olur. O ki qaldı azərbaycanlı sahibkarların Avropa bazarlarına maraq göstərməməsinə, bəlli qaydalar, şərtlər var. Bizim sahibkarlar üçün Avropa ölkələrində dil baryeri mövcuddur, üstəlik qida sənayesi sahəsində çox sayda sıxışdırıcı, sərt qaydalar qoyulub. Avropa ölkələri təhlükəsiz yaşayış üçün qida standartları müəyyən ediblər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan merindən ermənilərə çağırış: - Sülhə sahib çıxın
Bu gün, 16:09
"İçərişəhər"dəki işindən çıxdı, Parisdə yeni vəzifəyə təyin edildi - FOTO
Bu gün, 16:05
805 manat hesab gəldi, restoranı tənqid etdi - FOTO
Bu gün, 16:03
Ermənistan Rusiyanın göndərdiyi “İskəndər”lərdən imtina edir - “The New Indian Express”
Bu gün, 15:58
Görəvdən alınan Vəliyev KİMDİR... - TƏFƏRRÜAT
Bu gün, 15:55
Maliyyə Monitorinqi Xidmətində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Bu gün, 15:48
“Qarabağ”ın agentlərə xərclədiyi pul 14 dəfə artıb
Bu gün, 15:44
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
Bu gün, 15:42
İran yenidən BƏƏ-yə raket və dron zərbələri endirib, yaralılar var
Bu gün, 15:36
Köhnə avtomobillərin ölkəyə gətirilməsi dayandırılmalıdır - Ekologiya korlanır
Bu gün, 15:30
Xanlar Vəliyevin qardaşı işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:29
PAŞA Holding struktur transformasiyası çərçivəsində “PAŞA Ventures Company” MMC-ni təsis edib - AÇIQLAMA
Bu gün, 15:24
Bu... Fransanın NEÇƏNCİ BANIDIR? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:22
AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: - "Dolabda dollar "paçka"ları vardı"
Bu gün, 15:20
"Xınalıq" restoranında 63 yaşlı ofisiant qəfil öldü
Bu gün, 13:56
Ermənistan müxalifətinin lideri: - Müharibə qapısını bağlamalıyıq
Bu gün, 13:53
İsrail ordusunun 3 əsgəri İrana casusluqda şübhəli bilinir
Bu gün, 13:06
Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ - İLGİNC FAKTLAR...
Bu gün, 12:47
860 minlik ev cəmi 12 manata satılır - Beləsi olmamışdı
Bu gün, 12:34
"Paşa-K"nın keçmiş əməkdaşları təhdid olunduqlarını iddia edirlər - İTTİHAM VAR...
Bu gün, 12:30
Musiqili Teatra məni qəbul etmədilər ki, səsim yoxdur - Lalə Süleymanova
Bu gün, 12:27
Taleh Şahsuvarlı İTV-ni hansı modeldə görür? - DETALLAR
Bu gün, 12:24
FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı - TƏFƏRRÜAT
Bu gün, 12:18
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru ilə bağlı qərar verildi
Bu gün, 12:15
Sabah binada yanğın baş versə... ÖLÜM QAÇILMAZDIR! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:08
“Çarəsiz”in LƏMANI: “Yazırlar ki, ay həyasız, ay ifritə...” - VİDEO
Bu gün, 11:58
Azərbaycanda özəl “qocalar evi” açmaq olar?
Bu gün, 11:56
Rusiya XİN-də Ermənistan səfiri ilə sərt söhbət aparılıb - RT
Bu gün, 11:54
“Bakıxanov-Çörək” şirkəti səhmdarlarına dividend verəcək
Bu gün, 11:47
"Sizin yeriniz...”
Bu gün, 11:37
2026-cı ilin ölkə çempionu ADA Universitetində - FOTO
Bu gün, 11:34
Yaroslavlda neft obyekti vurulub - Zelenski
Bu gün, 11:28
"Su-Kanal İdarəsi deyir ki, guya hər şey qaydasındadır..." - NARAZILIQ VAR...
Bu gün, 11:22
Bacısının evindən 16 min manat oğurlandı - AÇIQLAMA
Bu gün, 11:09
Apteklərdə “Pascorbin” TAPILMAYACAQ – Alternativ dərman VARMI?
Bu gün, 11:04
Xanlar Vəliyevin qızı vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Bu gün, 11:01
Məscidlərə Tolstoyun, Dostoyevskinin kitablarının alınmasına komitə sədrindən REAKSİYA - “Təsbeh layihəsi keçirək?”
Bu gün, 11:00
Biz Ermənistanı “banan dövləti” olmaqdan qurtardıq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:55
Ukrayna ordusu Qroznıda hərbi hissələrə dron zərbəsi endirib
Bu gün, 10:53
Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb - İLGİNC FAKTLAR
Bu gün, 10:50
Azərbaycanla sülh istəyirik, Rusiyanın köləsi olmaq istəmirik - Marqaryan
Bu gün, 10:44
Tovuz sakini yaşamağın mümkünsüz olduğunu deyir... - MÜRACİƏT
Bu gün, 10:41
Ukrayna Rusiyada aeronaviqasiya binasına dron zərbəsi endirib, 13 aeroportun fəaliyyəti dayandırılıb
Bu gün, 10:35
Paşinyan seçki kampaniyasına Qərbi Zəngəzurdan başladı
Bu gün, 10:33
ABB Özbəkistandakı “Davr Bank”da pay alıb
Bu gün, 10:26
46 Azərbaycan vətəndaşı xaricdə insan alverinin qurbanı olub - RƏSMİ
Bu gün, 10:16
“Övladları Almaniyada əlindən alınan azərbaycanlı ailənin övladlarını geri aldıq” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Rusiyadan Azərbaycana qarşı BÖYÜK TƏXRİBAT - Görün Qarabağla bağlı nə etdilər...
Bu gün, 10:10
“Atamın ürəyinə stent qoyuldu” - Akif İslamzadənin oğlu
Bu gün, 10:07
İsrailin Azərbaycandakı səfiri Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət edib - FOTO
Bu gün, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru