Rusiya Qazaxıstan neftinin Qara dəniz limanlarına daşınmasını dayandırıb.
"DİA-AZ"ın Qazaxıstan mətbuatına istinadən məlumatına görə, Rusiyanın Qərbin sanksiyalarına cavab olaraq xarici neft tankerlərinə tətbiq etdiyi yeni məhdudiyyətlər səbəbindən Qazaxıstan neftinin ixracı pozulub.
Söhbət Qazaxıstan və Rusiyanın da iştirak etdiyi Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə tədarüklərdən gedir. Qazaxıstan neftinin 80%-i CPC boru kəməri ilə ixrac olunur.