Ölkədə on milyon adam var. Onun beş milyonu Bakıda yaşayır. Bu, hər iki nəfərdən birinin Bakıda yaşaması deməkdir. Niyə? Çünki rayonlarda demək olar ki, heç nə yoxdu. Sən də yazırsan ki, hamı qayıtsın öz kəndinə. Elə bil gələnlər miqrantdı, əfqanıstandan, suriyadan gəlir.
Əlini vicdanına qoy. Səndən cəmi yüz kilometr uzaqlıqdakı rayonlara bax. Gör səndə olanların neçə faizi onlarda var? İndi deyək sən meqapolis sakinisən, səndə olanların rayonlarda olmaması normaldır. Bəs fikirləş gör orada olmalı olanlar varmı?
Rayonlarımızda əkin üçün torpaq varmı?
Əkdiyini suvarmağa su varmı?
Məhsulunu araçılar olmadan satmağa bazar varmı?
Sənə nə var, arsz-gorsuz adamsan. Deyəcəksən ki, əkməsin, canı çıxsın, getsin maldarlıqla məşğul olsun. Yaxşı.
Maldarlıq üçün otlaq sahəsi varmı?
Peşəkar baytarlar varmı?
6-7 manatlıq ot presini almağa imkan varmı?
Lap imkan var, o fermer 6-7 manatlıq preslə saxlanılan heyvandan qazanc əldə edə biləcəkmi?
Sən informasiya əsrində yaşayırsan axı. Hər şeydən, hər yerdən xəbərdarsan.
Dağətəyi kəndlərin əksəriyyətində qaz olmadığını bilirsən. "Qaz yoxdursa, odun yandırsın" demə. Meşədən odun gətirməyin qadağan olduğunu da bilirsən.
Mən əminəm ki, sən iş yerlərinin də olmadığından xəbərdarsan. Zavod yox, fabrik yox... yox oğlu yox.
Sən ki bu qədər bilirsən. Bir çıxış yolu da göstər. De görək, neyləsin bu camaat? Hara getsin?
Səddam Laçın - "DİA-AZ"