Hacıyevin Praqa səfərinin pərdəarxası .....                     İran vuruldu, Ermənistan da hazırlıq görməlidir .....                     "Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı .....                     Fidan İsrailin İrana zərbələri ətrafındakı vəziyyəti Lavrovla müzakirə edib .....                     Bu, qurtuluş savaşıdır, qalib gələcəyik .....                     Pekin İranın yanındadır: .....                     Əbədi və əzəli Azərbaycan-Türkiyə qardaşlığı .....                     Tehran Universitetində imtahanlar təxirə salındı .....                     İran ballistik raketlərin sayını 8 minə çatdıracaq .....                     Azərbaycanda prokuror müavini vəfat etdi .....                     Azərbaycanın bu rayonları təhlükədə .....                     İsrail–İran toqquşması: Hansı tərəf üstündür? .....                     Rusiya-Ukrayna müharibəsi də belə başlamışdı .....                     Məktəb direktoru özünü QOÇU ZƏNN EDİR .....                     "Bu hərəkətə dözə bilmirəm" .....                     "İrəvanla Bakı eyni yolu istəyir, fərq işləmə mexanizmindədir" .....                     İsrail-İran qarşıdurmasında 5 ən pis ssenari mümkündür .....                     ABŞ-dən İrandaklı amerikalılara müraciət .....                     Dünyanı lərzəyə gətirən ölkə haqda bilmədiklərimiz .....                     İsrail son günlər ABŞ-dən İranla münaqişəyə qoşulmağı xahiş edib .....                     "Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı" .....                     Azərbaycanın sülhə nail olmaq istəyini görürük .....                     İran-İsrail müharibəsinin alovu sərhədimizə çatdı: Naxçıvandan raketlər görünür, insanlarımız narahatdır .....                     İran İsrailə qarşı kütləvi hücum planlaşdırır .....                     Netanyahunun oğlunun toyu təxirə salındı .....                     İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir .....                     Bu gün Bakının 550 küçəsi yuyulub .....                     İrəvan-Bakı münasibətlərində sürpriz yenilik: .....                     Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? .....                     İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib .....                     Kəlbəcərdə 2,5 milyonluq elektrik təchizatı tenderini .....                     İran ABŞ ilə bazar gününə planlaşdırılan nüvə sazişi danışıqlarını ləğv edib .....                     İmişli sakini ov tüfəngi ilə qətlə yetirilib .....                     Ermənistan Konstitusiyasının preambulasında “Miatsum”a çağırışlar var .....                     İranlı komandirlər burada səhv edib: ŞƏXSİ MESAJLAR üzə çıxdı .....                     AZAL-ın bir sıra reysləri ləğv edilib .....                     “Sərhədlərin bağlı saxlanılması həm dövlətçiliyimizin, həm də əhalimizin təhlükəsizliyi üçündür” .....                     Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir .....                     Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır .....                     İran nüvə obyektində zərəri etiraf etdi .....                 

MOSKVANIN “QARABAĞ SANCISI” BİTMİR - Kremlin rəsmi ideoloqunun açıqlaması nəyi göstərir?
Tarix: 10-06-2025, 11:16 | Çap et

Ukraynaya qarşı işğalçılıq müharibəsi Rusiyanın bu vaxta qədər apardığı pərdələnmiş imperiyaçılıq, işğalçılıq, qonşu dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlik siyasətini tam açıq müstəviyə çıxardı. Artıq qonşu ölkələrin suverenliyini birbaşa şübhə və təhdid altına almaq Rusiya siyasi hakimiyyətinin təmsilçiləri üçün adi hala çevrilib və Kreml bunu hansısa formada pərdələməyə belə çalışmır.

Məlum olduğu kimi, Ukrayna ilə vaxt uzatmağa yönələn və kapitulyasiya tələbindən başqa heç bir mahiyyət daşımayan danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən Vladimir Putinin köməkçisi Vladimir Medinski ötən gün işğal olunmuş Ukrayna ərazilərini Qarabağla eyniləşdirib: "Əgər biz cəbhə xəttində münaqişəni dayandırsaq və real sülhə razı olmasaq, sadəcə olaraq hansısa atəşkəs bağlasaq, o zaman vəziyyət bir vaxtlar Ermənistanla Azərbaycan arasındakı mübahisəli bölgə olan Qarabağı xatırladacaq. Əgər real sülh olmasa, o zaman bu bölgə (Rusiyanın işğal etdiyi Ukrayna əraziləri-red.) "böyük Qarabağa" çevriləcək. Bir müddət sonra Ukrayna NATO-ya daxil olacaq və müttəfiqləri ilə birlikdə həmin əraziləri geri qaytarmağa cəhd edəcək...”

Medinski əlavə edib ki, Moskva heç kim tərəfindən tanınmayan "böyük Qarabağ" yaradılmasını istəmir: "Buna görə də, biz dayanmaq, tam hüquqlu sülh bağlamaq və yeni ərazilərin tanınmasını istəyirik".

Yəni, Medinski həm də demək istəyir ki, ermənilər zamanında səhv edib. Onlar Qarabağ erməni işğalında olarkən bu qondarma qurumun və işğal olunmuş ərazilərimizin “tanınmasına” nail olmalı idi. İndi isə işğalçı Rusiya Ermənistanın bu “səhvini” təkrarlamaq istəmir. Ən əsası isə Putinin köməkçisi Azərbaycanın Qarabağ üzərindəki suveren haqlarını, ölkəmizin ərazi bütövlüyünü açıq şəkildə şübhə altına alır.

Nəzərə alsaq ki, Medinski hazırda təkcə Putinin köməkçisi yox, həm də Kremlin rəsmi ideoloqlarından biridir, bunu həm də Moskvanın rəsmi mövqeyi hesab etmək olar. 

Azərbaycanın bu təxribatçı açıqalmaları cavabsız qoymayacağı bəlli idi. Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Medinskinin dediklərinə bu cür cavab verib: “Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində Russia Today kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur”.

XİN rəsmisinin sözlərinə görə təəccüblü hal odur ki, Rusiya Prezidentinin köməkçisi, habelə Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri olan Medinski Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilmir. O xatırladıb ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb və tanıyır: “Eyni zamanda, sual doğuran məqam ondan ibarətdir ki, Minsk Qrupunun həmsədri olmuş ölkənin Prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir. Təəssüf ki, Rusiya Prezidentinin köməkçisi Rusiya-Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və 1 gündən az olaraq davam etmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanın işğalına son qoyulub”.

Qeyd edək ki, Medinskinin bu açıqlaması bir daha hələ də Kremlin “Qarabağ sancısı”nın bitmədiyini göstərdi. Göstərdi ki, Moskvanın bir gözü yenə Ermənistanda və Azərbaycan torpaqlarında, fikri isə bu ərazilərdə yenidən aranı qatmaqda, Ermənistanı işğalçılığa həvəsləndirməkdədir.

Xatırladaq ki, bundan bir müddət əvvəl Ermənistana səfər edən Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistanın vaxtilə Azərbaycanın Qarabağla yanaşı, ətraf yeddi rayonunu işğal etmək üçün Rusiyadan aldığı silah və texnikadan istifadə etdiyini açıq şəkildə, utanıb çəkinmədən bəyan etdi: “Xatırlatmaq istərdim ki, Ermənistan demək olar ki, müstəqillik qazandığı gündən bəri Rusiya silahlarından istifadə edir. Bu silahlar yeddi beynəlxalq səviyyədə tanınmış və Ermənistanın heç vaxt rəsmi şəkildə iddia etmədiyi rayonların işğalı zamanı da tətbiq olunub”.

İstər Lavrovun, istərsə də Medinskinin bu açıqalmaları bir daha Ukraynada bataqlığa düşmüş Rusiyanın “başı açılan kimi” bizim regionda yenidən aranı qatmağa çalışacağının siqnalları sayıla bilər. Qonşu ölkələrə yalnız qanlı münaqişələr və fitnə-fəsadlar sayəsində nəzarət etməyə çalışan Rusiyanın yaxın zamanda bu çirkin siyasətdən əl çəkəcəyini gözləməyə dəyməz. Ona görə də Azərbaycanın qardaş Türkiyə ilə strateji birlik yaratması, eləcə də ölkəmizin Rusiya-Ukrayna müharibəsi və Ukraynanın ərazi bütövlüyü məsələsində tutduğu beynəlxalq hüquqa uyğun mövqe məntiqli və ölkəmizin milli maraqlarına uyğundur…

“AzPolitika.info” 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hacıyevin Praqa səfərinin pərdəarxası – “Zəngəzurdan keçib Türkiyəyə doğru…”
Bu gün, 17:17
İran vuruldu, Ermənistan da hazırlıq görməlidir – Petrosyan təşvişə düşdü
Bu gün, 17:14
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 17:09
Fidan İsrailin İrana zərbələri ətrafındakı vəziyyəti Lavrovla müzakirə edib - TASS
Bu gün, 17:03
Bu, qurtuluş savaşıdır, qalib gələcəyik - Netanyahu
Bu gün, 17:02
Pekin İranın yanındadır: - İsrailə qarşı kəşfiyyat müharibəsi başlayır?
Bu gün, 17:00
Əbədi və əzəli Azərbaycan-Türkiyə qardaşlığı - MƏQALƏ
Bu gün, 12:24
Tehran Universitetində imtahanlar təxirə salındı
Bu gün, 10:16
İran ballistik raketlərin sayını 8 minə çatdıracaq - Kəşfiyyat
Bu gün, 09:50
Azərbaycanda prokuror müavini vəfat etdi
Bu gün, 09:48
Azərbaycanın bu rayonları təhlükədə – “Görünməz düşmən” hücuma keçə bilər
Bu gün, 09:46
İsrail–İran toqquşması: Hansı tərəf üstündür? - Markov
Bu gün, 09:42
Rusiya-Ukrayna müharibəsi də belə başlamışdı - GƏLİŞMƏ
Bu gün, 07:04
Məktəb direktoru özünü QOÇU ZƏNN EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:03
"Bu hərəkətə dözə bilmirəm" - Xalq artisti
Bu gün, 06:45
"İrəvanla Bakı eyni yolu istəyir, fərq işləmə mexanizmindədir" - deputat
Bu gün, 06:39
İsrail-İran qarşıdurmasında 5 ən pis ssenari mümkündür - TƏFƏRRÜAT
Bu gün, 06:37
ABŞ-dən İrandaklı amerikalılara müraciət - Azərbaycanla sərhəddən keçib gəlin
Bu gün, 06:34
Dünyanı lərzəyə gətirən ölkə haqda bilmədiklərimiz – İsrail niyə bu qədər güclüdür?
Bu gün, 06:29
İsrail son günlər ABŞ-dən İranla münaqişəyə qoşulmağı xahiş edib - “Axios”
Bu gün, 06:20
"Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı" - ANIM
Bu gün, 00:56
Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan
Dünən, 23:21
İran-İsrail müharibəsinin alovu sərhədimizə çatdı: Naxçıvandan raketlər görünür, insanlarımız narahatdır - TƏFƏRRÜAT
Dünən, 23:15
İran İsrailə qarşı kütləvi hücum planlaşdırır - IRIB
Dünən, 23:13
Netanyahunun oğlunun toyu təxirə salındı
Dünən, 18:04
İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir - Zelenski
Dünən, 18:01
Bu gün Bakının 550 küçəsi yuyulub - FOTO
Dünən, 17:17
İrəvan-Bakı münasibətlərində sürpriz yenilik: - Müharibə iki ölkə arasında sülh yaradır?
Dünən, 17:11
Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? – Rusiyadan ŞƏRH
Dünən, 17:05
İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib - Bu vurhavurda da DİNC DAYANMIRLAR...
Dünən, 16:57
Kəlbəcərdə 2,5 milyonluq elektrik təchizatı tenderini - BU ŞİRKƏT UDDU
Dünən, 16:43
İran ABŞ ilə bazar gününə planlaşdırılan nüvə sazişi danışıqlarını ləğv edib
Dünən, 16:34
İmişli sakini ov tüfəngi ilə qətlə yetirilib
Dünən, 16:32
Ermənistan Konstitusiyasının preambulasında “Miatsum”a çağırışlar var - Azərbaycan Prezidentinin köməkçisi
Dünən, 16:29
İranlı komandirlər burada səhv edib: ŞƏXSİ MESAJLAR üzə çıxdı - ŞOK DETAL
Dünən, 16:18
AZAL-ın bir sıra reysləri ləğv edilib - DİQQƏT!
Dünən, 16:17
“Sərhədlərin bağlı saxlanılması həm dövlətçiliyimizin, həm də əhalimizin təhlükəsizliyi üçündür” - deputat
Dünən, 13:45
Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
Dünən, 13:41
Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır - Prezidentin köməkçisi
Dünən, 13:14
İran nüvə obyektində zərəri etiraf etdi – Fordoda “məhdud dağıntı”
Dünən, 13:08
Maliyyə Nazirliyində yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 13:04
İran-İsrail gərginliyi və Azərbaycana qarşı dezinformasiya kampaniyası - Bahəddin Həzi yazır
Dünən, 13:02
"III Dünya savaşının başlayıb-başlamayacağını hadisələrin bir-iki həftə ərzindəki gedişatı göstərəcək...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 12:56
“Nur” çörəyin içindən polietilen paket çıxdı - VİDEO
Dünən, 12:52
Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:48
“Bakıdan İrana İsrail agentləri göndərilir” iddiasının hədəfi – Hacıyevdən kritik mesaj
Dünən, 12:43
SEPAH: Tezliklə İsraili elə bir raketlə vuracağıq ki, dünya şoka düşəcək - Tehran YENƏ HƏDƏLƏDİ
Dünən, 12:37
“Sevimli dad” və “MilkPro” brendləri satılıb - DETALLAR
Dünən, 12:28
Polşa Prezidenti İsrail və İran arasındakı gərginliyə görə Sinqapurda qalıb - “Polsat News”
Dünən, 12:19
İran Hörmüz boğazını gəmilərin keçidi üçün bağladı - KİV
Dünən, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru