Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi tullantı qutularının alınması üçün keçirdiyi tenderin qalibini açıqlayıb.
32gun.az xəbər verir ki, tenderin qalibi "EPTAL GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkət bu iş üçün 297.360 manat təklif edib və qalib seçilib.
Açıq məlumatlara əsasən, "EPTAL GROUP" MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin qanuni təmsilçisi Bəhadur Əhmədli Rövşən oğludur.
Qeyd edək ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin rəhbəri isə Talıbov Ramin Tariyel oğludur.