Bakı Dövlət Universiteti 2024/2025-ci tədris ili üçün “Məzun Günü” tədbirinin təşkili və keçirilməsi ilə bağlı tender elan etmişdir.
FED.az xəbər verir ki, tenderin qalibi “Admedia.az” MMC seçilib. Şirkətə bu iş üzrə 158.627,4 AZN ödəniləcək.
Lakin tenderin ehtimal dəyəri 219.849,73 AZN olaraq müəyyən edilmişdi. Beləliklə, “Admedia.az” MMC şirkəti ehtimal olunan dəyərdən 61.222,33 AZN az qiymət təklif etmiş oldu. Bu, təxminən 27,85 faiz azalma deməkdir. Başqa sözlə, şirkət tenderin ilkin ehtimal dəyərinə nisbətən təxminən 28 faiz az pul qazanacaq.