Çərşənbə, 9 iyul 2025, 13:45:48  
   Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                     Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib .....                     Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi .....                     İranda ETİRAZLAR BAŞLADI: .....                     Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır .....                     Sabah bəzi yerlərdə az yağış yağacaq... .....                     Hüquqşünasdan ağır sözlər: .....                     Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? .....                     "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? .....                     Bakıda falçı evini satan qadının başına OYUN AÇDI .....                     Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... .....                     Afət həmkarlarına MEYDAN OXUDU: .....                     “Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. .....                     "Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" .....                     Ermənistan ordusunda 8 yaralı .....                     Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ .....                     İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib .....                     Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` .....                     Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... .....                     Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib .....                     London Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur .....                 

Tehranın Zəngəzur XOFU - FAKT BUDUR!
Tarix: 8-06-2025, 12:32 | Çap et

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra regionda yeni reallıq yaranıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, Laçına səfəri zamanı səsləndirdiyi fikirlər də Cənubi Qafqazda yeni bir geosiyasi mərhələnin başlandığını göstərir. Onun "Biz artıq Cənubi Qafqazda sülh və əmin-amanlıq görmək istəyirik" bəyanatı təkcə Bakı ilə İrəvan arasında sülh prosesinə dəstək kimi yox, həm də Türkiyənin bu bölgəyə baxışındakı dəyişiklik kimi dəyərləndirilir. Türkiyə Prezidenti Ərdoğanın sözlərindən bəlli olur ki, Türkiyə Cənubi Qafqazda sülhü yalnız siyasi baxımdan deyil, iqtisadi və nəqliyyat baxımından da düşünür.

Zəngəzur dəhlizi artıq sadəcə yol layihəsi deyil, bu, Ankaranın Türk dünyası ilə birləşmək strategiyasının əsas prinsiplərindən biridir. Ərdoğanın “Türkiyə üzərindən Türk dünyasına uzanan inteqrasiya xətti” fikri göstərir ki, bu baxış artıq real infrastruktur planlarına çevrilir. Bu isə o deməkdir ki, sülhə yalnız Bakı-İrəvan deyil, Bakı-Ankara-Mərkəzi Asiya prizmasından da baxmaq lazımdır. İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Səid Xətibzadə “Danışıqlara platforma verməyə hazırıq” desə də, hiss edilir ki, bu diplomatik balansı qorumaq üçün səslənən cümlədir.

Tehran həm “sülhə dəstək” verdiyini deyir, həm də Zəngəzur dəhlizi məsələsində ehtiyatlı davranır. Bəzən bu məsələdə açıq qısqanclıq edir. Çünki Tehran yaxşı bilir ki, bu dəhliz açılsa, İranın bölgədəki logistik əhəmiyyəti azalar, geoiqtisadi təsiri zəifləyər. İran fayda gətirə biləcək layihədən ona görə uzaq durur ki, bu dəhliz "Azərbaycan-Türkiyə-Türk dünyası" xəttini gücləndirəcək və özü bu prosesdən kənarda qalacaq.

Halbuki Ərdoğanın “İranın da bu addımları dəstəkləyəcəyini gözləyirik” sözləri Tehrana açıq şəkildə “gəl, bir yerdə olaq” mesajıdır. Türkiyə “qazan-qazan” yanaşması təklif edir, amma İran bu çağırışa ehtiyatla, öz siyasi və ideoloji çərçivələri içindən cavab verir. Söhbət təkcə Ermənistanla münasibətlərin normallaşmasından getmir. Söhbət bütövlükdə regionda yeni iqtisadi-siyasi düzənin qurulmasından gedir. Bu yeni düzəndə həm İran, həm də Ermənistan üçün seçim var: ya bu sistemin içində olub əməkdaşlıq edəcəklər, ya da tədricən təcrid olunmaq riski ilə üz-üzə qalacaqlar.

İranın Zəngəzur dəhlizi ilə bağlı ehtiyatlı və bəzən əngəlləyici mövqeyinin kökündə geoiqtisadi narahatlıqlar dayanır, yoxsa bu, daha çox geosiyasi "Türk blokuna" qarşı strateji bir manevrdir? 

“Radikal və sərt ritorika ilə çıxış etmir, amma…”

"Cümhuriyyət"-ə açıqlamasında siyasi ekspert Ülviyyə Zülfüqar bildirib ki, İran Zəngəzur dəhlizinin açılmasını regionda Türkiyə və ümumilikdə Türk qüvvələrinin gücünün artması kimi qiymətləndirir və bu səbəbdən Rusiya ilə eyni mövqedən çıxış edir:

"Onların bu məsələyə yanaşması tam eyni xətt üzərindədir demək çətin olsa da, ən azından paralel mövqe sərgilədikləri müşahidə olunur. Bəli, İran hazırda əvvəlki rəhbərliyin sərgilədiyi sərt mövqedən fərqli bir yanaşma nümayiş etdirməyə çalışır, ən azı, görüntü olaraq Azərbaycan və Türkiyə ilə münasibətləri istiləşdirmiş və ya yumşaltmış kimi görünür. Lakin bu yanaşmanın arxasında öz maraqları dayanır. İran Zəngəzur dəhlizinin açılmasına ehtiyatla yanaşır və əvvəlki sərt mövqedən tamamilə geri çəkildiyini söyləmək hələ tezdir.

Eyni zamanda, İranın alternativ dəhliz ideyaları axtarması bu məsələ ilə bağlı qeyd etdiyim fikirləri müəyyən qədər təsdiqləyir. İran da yaxşı bilir ki, bu alternativ dəhlizlər Zəngəzur dəhlizinə geosiyasi baxımdan əvəz ola bilməz. Lakin mövcud siyasi şəraitdə bu dəhlizin qarşısını almaq və ya balans yaratmaq məqsədilə belə təşəbbüslərlə çıxış edir. Bununla belə, İran əvvəlki dövrlərdə olduğu kimi, bu məsələdə radikal və sərt ritorika ilə çıxış etmir. Bu da onu göstərir ki, gələcəkdə, Zəngəzur dəhlizi açıldıqdan sonra İranın mövqeyində müəyyən yumşalma müşahidə oluna bilər".

Rusiya ilə konkret razılaşma?

Ekspert hesab edir ki, bütün bunlara baxmayaraq İran hələ də Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Çünki bu dəhliz Azərbaycanın, Türkiyənin və ümumiyyətlə, Türk dünyasının birliyini gücləndirəcək, onların bir-birinə daha sıx bağlanmasını təmin edəcək:

“Uzun illər bölgədəki quru və logistik yolların bloklanması bu əlaqələri zəiflətmişdi. İndi isə bu əngəllərin aradan qalxması İran üçün müəyyən təhlükə kimi görünür. Bu səbəbdən İran tərəfi öz mövqeyini qoruyub saxlayır”. 

Ekspert qeyd edir ki, bu məsələdə Rusiya ilə konkret razılaşma və ya açıq ittifaq mövcud deyil:

“İran və Rusiya eyni mövqeyi bölüşsələr də, aralarında bu istiqamətdə hər hansı razılaşmanın olduğu qənaətində deyiləm. Amma gələcəkdə Zəngəzur dəhlizi ilə bağlı konkret razılaşmalar əldə olunsa və proses irəliləsə, İran-Rusiya mövqelərinin daha da yaxınlaşması mümkündür. Çünki onların bu və digər məsələlərdə daha əvvəl də müttəfiq kimi çıxış etdikləri hallara rast gəlinib. Bu təcrübəyə əsaslanaraq, gələcəkdə də belə bir yaxınlaşma ehtimalını istisna etmirəm".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Bu gün, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Bu gün, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Bu gün, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Bu gün, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Bu gün, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Bu gün, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Bu gün, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Bu gün, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Bu gün, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Bu gün, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Bu gün, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Bu gün, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Bu gün, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Bu gün, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Bu gün, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Bu gün, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Bu gün, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Bu gün, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Bu gün, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Bu gün, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Bu gün, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Bu gün, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Bu gün, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Bu gün, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Bu gün, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Bu gün, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Bu gün, 11:28
Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Bu gün, 11:17
“Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Bu gün, 11:13
"Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Bu gün, 11:09
Ermənistan ordusunda 8 yaralı - Biri polkovnik-leytenantdır
Bu gün, 11:05
Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ - GƏLİŞMƏ
Bu gün, 11:01
İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib – Gizli görüş
Bu gün, 10:58
Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` - Fuad Nəcəfli ƏNCAM ETMƏLİDİR...
Bu gün, 10:55
Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... - TƏFƏRRÜAT
Bu gün, 10:49
Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:45
London Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur - AKTUAL
Bu gün, 10:41
Tramp Moskva və Pekini bombalamaqla hədələyib - CNN
Bu gün, 10:39
Nazirliyin 5 milyonluq tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 10:37
“Ks Baku”da qanun HƏRLƏYƏN YOXDUR...
Bu gün, 10:20
"Ermənistan Elektrik Şəbəkələri"nin ofisində axtarışlar siyasi motivlidir - “Taşir” Şirkətlər Qrupu
Bu gün, 10:13
ETSN-nin NƏZƏRİNƏ: Lənkəranda camaatı boğurlar... - NARAZILIQ VAR...
Bu gün, 10:12
Paytaxtın mənzil bazarındakı qiymətlər payızdakı artıma hazırlaşır - Bir yandan sökürlər, bir yandan tikirlər...
Bu gün, 09:50
Göyçə gölü sahilində 900-dən çox mülk yoxlanılır... -Baş pokuror
Bu gün, 09:42
Fərid Əhmədov Mirsaleh Seyidovu HƏDƏFƏ ÇEVİRİBMİ? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:36
Fermerə 95 minlik dələduzluq edən “Hacı Telman”la bağlı QƏRAR
Bu gün, 09:20
Azərbaycanda krediti 5 faizlə də vermək olar: - İKİ YOL
Bu gün, 09:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru