Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Tarix: 15-05-2025, 10:33 | Çap et
 İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış etməsi ciddi narazılıq doğurdu. Tənqidlərdən sonra məsələyə baxıldı və Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirildi. Nəticədə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi barədə qərar qəbul edildi. Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verildi.
Məlumat üçün bildirək ki, “Georgi lenti”nin tarixi 18-ci əsrə gedib çıxır. Lent 1769-cu ildə təsis olunub və “Müqəddəs Georgi” ordeninə bərkidilib. Zaman keçdikcə “Georgi lenti” müxtəlif medallara, hərbi mükafatlara taxılıb. SSRİ dönəmində Stalinin əmriylə müxtəlif sovet medallarına taxılması üçün bərpa edilib. “Georgi lenti”nin 9 may Qələbə Günü ilə əlaqələndirilməsinin səbəbi odur ki, bu lentin taxıldığı medal rekord dərəcədə çox adama, 15 milyon sovet əsgərinə, sonradan isə müharibə veteranlarına verilib. Məhz bu kütləvilik ordenin 9 mayla əlaqəsinə səbəb olub. Bir məqamı da vurğulayaq ki, “Georgi ordeni” və lentinə Azərbaycanın çar Rusiyası tərəfindən işğalında böyük rol oynamış Sisyanov və Yermolov kimi generallar da layiq görülüblər. Görünür, müstəqil Azərbaycanda hələ də keçmiş imperiya rejimlərinin, sovetin xiffətini çəkənlər də varmış.
AĞ Partiya sədri Tural Abbaslı "Şərq"ə açıqlamasında deyib ki, öz tarixini, keçmişini bilməyən və üstəlik, araşdırıb-öyrənməyən savadsız kadrların müxtəlif vəzifələrdə təmsil olunması ancaq belə xoşagəlməz mənzərələrin yaranmasına səbəb olacaq. Partiya rəhbəri vurğulayıb ki, görünür, ağsaqqal Saleh Səmədov Rusiya kanallarına daha çox baxdığı üçün "qaza gələrək" belə addım atıb:
"Yəqin ki, S.Səmədov "Georgi lenti"nin nə olduğunun, mənasını bilmir. Yaxud başı üzərinə qaldırdığı "çəkicli-oraqlı" qırmızı bayraq altında onminlərlə insanımızın qətlə yetirildiyindən xəbərsizdir. Sovet imperiyası nə qədər insanımızı məhv edib, ziyalılarımızı güllələyib, Sibirə sürgünə yollayıb, ailələri dağıdıb. Ağsaqqalın bizim torpaqlarımızın rus imperiyası tərəfindən ermənilərə peşkəş edilməsindən, repressiyalardan məlumatı varmı? Əgər bunları bilmirsə, həmin şəxsin bir rayonun Ağsaqqallar Şurasının sədrliyində nə işi var? Ora necə gətirilib? Hələ də Rusiyanın təbliğatı altında qalmışıqsa, müstəqillikdən necə danışa bilərik? Sabah Fransaya rəğbət bəsləyən biri evində Napoleonun büstünü qoyacaq, sabah kimsə Donald Trampın heykəlini saxlayacaq. Bu nə dövlətçilik anlayışıdır?! Məmurun, səlahiyyət sahibi şəxsin bunu etməsi daha dəhşətli və dözülməzdir". T.Abbaslı ümumiyyətlə, regionlarda məmur anlayışının çox aşağı səviyyədə olduğunu vurğulayıb: "İcra başçıları bu məsələlərlə maraqlanmırlar. Yeni təyinat almış icra başçıları əvvəlki kadrlarla işləməyə üstünlük verir. Heç kimi çağırıb, soruşmurlar ki, "siz kimsiz, dünya görüşünüz, yanaşmanız, baxışınız nədir?". Rayonlarda bayram günləri, özəl günlərlə bağlı keçirilən tədbirlərin protokolu varmı-yoxmu, o da bilinmir. Kəndlərdə, qəsəbələrdə tədbirlərin necə, hansı müstəvidə təşkil olunduğu bəlli deyil. Bu da yerlərdə dövlətçilik ənənəsinin hələ də formalaşmamasından irəli gəlir. Təsadüfi insanların məmurluğa gətirilməsindən qaynaqlanır. Ona görə hər zaman qeyd edirik ki, partiyaların rolu ictimaiyyətdə artırılmalıdır. Siyasi savadsızlıq, bacarıqsızlıq, idarəetmə qabiliyyətinin olmaması bir partiya məktəbinin yoxluğundan üzə çıxır. Heç kəsə sirr deyil ki, bəzi hallarda regional əhəmiyyətli vəzifələrə korrupsiya, qohumbazlıq, tayfabazlıqla yiyələnirlər. Nəticələri də belə arzuolunmaz olur, narazılıqlar yaradır. Güman edirəm ki, İmişlidə həmin şəxsin cəzalandırılması digərlərinə də dərs olar".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Yamaq vurulmuş iqtisadiyyatımız... - çataq... amma keçməyək...
Bu gün, 06:31 |
|
|
|
| • “Onların fəaliyyəti “donuz kimi hərəkət edib, bəy kimi üzr istəyir” məsəlini xatırladır” - REAKSİYA
Dünən, 17:23 |
|
|
|
| • Sülh sazişi dekabrda imzalanacaq - ƏGƏR...
Dünən, 17:21 |
|
|
|
| • Anar Rzayevi nələr gözləyir? - AYNA-da yoxlama...
Dünən, 17:16 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub - ƏMR
Dünən, 17:11 |
|
|
|
| • Paşinyanın “dili açıldı”: - Nikol bizi nəylə təhdid edir?
Dünən, 17:05 |
|
|
|
| • Kölgədə aparılan müharibə: - Azərbaycana qarşı kimlər hibrid hücum təşkil edir?
Dünən, 17:03 |
|
|
|
| • Paşinyan DÖYÜŞƏ TƏK GEDİR... - NƏ BAŞ VERİR?
Dünən, 17:00 |
|
|
|
| • Paşinyan alternativi olmadığına görə qələbə qazanacaq - ŞƏRH
Dünən, 16:57 |
|
|
|
| • ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Dünən, 16:51 |
|
|
|
| • Jak Şirakın həyat yoldaşı vəfat edib
Dünən, 16:49 |
|
|
|
| • Süni intellekt planetin resurslarını səssizcə “udur” – Bu, başlanğıcdır
Dünən, 16:47 |
|
|
|
| • “Mən barışmaq istədim, o, kobud cavablandırdı” – Qubada baş verən hadisənin təfərrüatı
Dünən, 16:46 |
|
|
|
| • Paşinyan "sükut günü"nü belə dəyərləndirir - VİDEO
Dünən, 16:38 |
|
|
|
| • ABŞ və Qərbin gizli oyunu "sülh masası"nı dağıdır: - Kreml ''görüş qapısı"nı qapadır, savaşın ssenarisi yenə dəyişir
Dünən, 16:35 |
|
|
|
| • Tramp Maskla barışıb
Dünən, 16:29 |
|
|
|
| • Paşinyanın seçkidən sonra həbs anonsu – İrəvanda gərginlik artır
Dünən, 15:11 |
|
|
|
| • Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - FOTO
Dünən, 15:07 |
|
|
|
| • Tapşırıq... qohumbazlıq... HARA QƏDƏR? - "Biabırçı bir vəziyyətdir!"
Dünən, 15:04 |
|
|
|
| • Yasamal RİH İZAHAT VERDİ
Dünən, 13:43 |
|
|
|
| • Ermənistan üçün sonun başlanğıcı, yoxsa... - AKTUAL
Dünən, 13:16 |
|
|
|
| • Zelenskidən Moskvaya ağır ZƏRBƏ ANONSU
Dünən, 13:14 |
|
|
|
| • Medvedevdən İrəvan barədə sensasion bəyanat: - "Bu rüsvayçılığı heç Vaşinqtonla Brüssel də bağışlamaz"
Dünən, 12:52 |
|
|
|
| • Əvvəl gətirirlər, sonra birdən “yoxa çıxır” – Apteklərdəki “analoji” dərmanların QORXUNC RİSKLƏRİ
Dünən, 12:44 |
|
|
|
| • Sankt-Peterburq sakinləri baş vermiş partlayışlardan panikaya düşdü.... -FOTO
Dünən, 12:42 |
|
|
|
| • Gənclər və İdman Nazirliyi 55 minlik gül alır
Dünən, 12:39 |
|
|
|
| • Bakıda məşhur ticarət mərkəzi MÜFLİS OLUB? - Sahibkarlar ÇƏTİN DURUMDA!
Dünən, 12:31 |
|
|
|
| • Putinlə görüşən “Rusiya Qəhrəmanı” Ukraynada öldürüldü
Dünən, 12:23 |
|
|
|
| • İran ABŞ ilə danışıqlarda Livanı "sövdələşmə vasitəsi" kimi qəbul etmir - Abbas Əraqçi
Dünən, 12:20 |
|
|
|
| • Taleyi o mərasimdə bəlli olacaq: - Oğlu Xameneyinin dəfninə gedəcək?
Dünən, 12:08 |
|
|
|
| • Paşinyan Rusiyadan seçkilərə gələn kişilərin ölkədən çıxışını qadağan etdi - BUNA GÖRƏ...
Dünən, 11:59 |
|
|
|
| • Şou-biznes ulduzlarının fantastik TOY QİYMƏTLƏRİ - SİYAHI
Dünən, 11:57 |
|
|
|
| • “Seçkilərdən sonra Koçaryan həbs olunmalıdır” - “Armenpress”
Dünən, 11:54 |
|
|
|
| • Razi Nurullayev heç yerdə demədiklərindən danışdı - SENSASİON MÜSAHİBƏ
Dünən, 11:50 |
|
|
|
| • Azərbaycanlı qadınlar avtomobildə GÜLLƏLƏNDİ: biri öldü - TƏFƏRRÜAT
Dünən, 11:27 |
|
|
|
| • NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər - "Politico"
Dünən, 11:20 |
|
|
|
| • "ƏN BÖYÜK MOBİL OPERATORUMUZ" rabitəsini itirib... - BU NƏDİ BELƏ?..
Dünən, 11:18 |
|
|
|
| • Astroloqdan Paşinyanla bağlı PROQNOZ: - "Çətin olacaq..."
Dünən, 11:08 |
|
|
|
| • Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı 6 üzvünü həbs etmək hüququ verilib
Dünən, 10:59 |
|
|
|
| • Seçki kampaniyasında qan töküldü – Paşinyanın tərəfdarı maşını kütlənin üstünə sürdü
Dünən, 10:57 |
|
|
|
| • “Paşinyanı həddindən artıq ideallaşdırmadan proseslərə daha realist yanaşmaq lazımdır...” - ŞƏRH
Dünən, 10:55 |
|
|
|
| • Moskvadan gələn erməni: - Səs verib geri qayıdacağıq, vəziyyət qarışa bilər
Dünən, 10:50 |
|
|
|
| • Bakı ilə bağlı müəmma: - Moskva “erməni kartı”nı işə saldı, qəribə ismarış göndərdi
Dünən, 10:45 |
|
|
|
| • ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib
Dünən, 10:42 |
|
|
|
| • 13 sahibkarın mülkünə dövlət adından BASQI... - NARAZILIQ VAR...
Dünən, 10:28 |
|
|
|
| • İrəvanın sürpriz layihəsi - Ermənistan Türkiyə sərhədinə yol çəkir
Dünən, 10:17 |
|
|
|
| • Pentaqonda İsrail kəşfiyyatının ABŞ məmurlarına qarşı fəaliyyətindən ehtiyat edirlər - "NBC News"
Dünən, 10:08 |
|
|
|
| • Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi - KİV
Dünən, 10:02 |
|
|
|
| • Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: - "Vəziyyət son dərəcə təhlükəlidir!"
Dünən, 10:00 |
|
|
|
| • "Putin mənim tərəfdaşım, Makron və Tramp isə dostumdur..." -Paşinyandan seçkiqabağı ilginc açıqlama...
Dünən, 09:52 |
|
|
|
|