Zelenski istefa versə, danışıqlar başlayacaq .....                     BU NƏDİ BELƏ: Mənə kart lazım deyil... .....                     Si Cinpinin ABŞ-yə səfərinə hazırlıq davam edir .....                     Klublarımız Avrokuboklarda rəqiblərini tanıyacaq .....                     “Tramp yolu”: “Rusiya bundan öz məqsədləri üçün istifadə edə...” .....                     Nifrətin ixracı, izolyasiyanın idxalı: yeni oyanmısınız? .....                     İran hələ də raket və dronlara malikdir .....                     Neft qiymətləri kəskin dönüş etdi .....                     Nəcəflinin kadrları NİYƏ İSTEFA VERİR? .....                     Körfəz ölkələri Hörmüzün təhlükəsizliyi üçün ABŞ-yə sərmayə qoymağa razılaşıb .....                     Saatlıda büdcə hara xərclənib? .....                     SEPAH Hörmüz boğazında iki tankerin partlaması barədə məlumat yayıb .....                     ABB-dən öz bankomatına KOMİSSİYA HAQQI .....                     Vaşinqton İranla genişmiqyaslı müharibəyə hazırlaşır .....                     SEPAH ABŞ-nin İordaniyadakı hərbi təyyarələrinə zərbə endirdiyini açıqlayıb .....                     Avropa Rusiyaya görə "parçalanır"... .....                     Azərbaycanda qalmaqallı qadağa .....                     Gözünü qan bürüyən Rusiya... .....                     "Azercell" Azərbaycanın ərazi bütövlüyünü ŞÜBHƏYƏ ALIR? .....                     "Jurnalistlərin Prezidentə yazdığı kollektiv müraciətdə adımı görəndə redaktor az qala mikroinfarkt keçirdi..." .....                     Almaniyada təhsil... AZ QALA PULSUZDUR! .....                     "Təmir deyil e, binanın anasını ağladırlar..." .....                     "Yol budur, başqa yol da olmayacaq..." .....                     AzəriQaz-da İMTAHAN MÜƏMMASI .....                     ABŞ İrana qarşı ardıcıl doqquzuncu gecə hücumları dalğasını başa çatdırıb .....                     Məleykənin təhsil MƏLAKƏLİYİ bitir? .....                     Əmrullayev də bu təhsil xarabalığından MƏZUN OLUR... .....                     "Azərbaycan ikili standartlarla deyil, beynəlxalq hüquqla hərəkət edir" .....                     Rusiyanın Xəzərlə bağlı araşdırması qorxuya saldı: 5 ölkə hərəkətə keçir? .....                     Özümüz yandırmayaq, daha çox qazanaq .....                     İspaniya millisi FIFA reytinqində birinci yerə yüksələcək .....                     Tramp Çinlə seçkilərə müdaxilə iddialarını müzakirə etməyə hazırdır .....                     Naxçıvanda NƏ İŞLƏR ÇEVRİLİR?.. .....                     "Aylardır ödənilməyən ezamiyyə pullari nə vaxt ödəniləcək..." .....                     Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR .....                     Nə qədər ki, Babək Hüseynov vəzifə başındadır... .....                     Məqsədləri müştəri məmnuniyyəti deyil ki... .....                     Bakıda piyadalar kütləvi şəkildə cərimələnə bilər... .....                     Bakıda evi başına uçurulan vətəndaşın səhhəti pisləşdi .....                     ABŞ-ın İrana hücumları davam edir... .....                 

ABŞ və Qərbin gizli oyunu "sülh masası"nı dağıdır: - Kreml ''görüş qapısı"nı qapadır, savaşın ssenarisi yenə dəyişir
Tarix: 6-06-2026, 16:35 | Çap et

Avropada təhlükəsizlik sistemi, NATO-Rusiya qarşıdurması və qlobal güc balansı uğrunda mübarizə Ukrayna savaşı üzrə "sülh prosesi"ni bloklayır... Ona görə də, Rusiya və Ukrayna münaqişənin sülh yolu ilə həlli üçün hələ də eyni geopolitik xəritəyə baxmağa qətiyyən həvəs göstərmirlər...

Ukrayna və Rusiya arasında sülh diplomatiyası dalana dirənib. Belə ki, son məlumatlara görə, Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə “birbaşa görüş qapısı"nı bağlayıb. Hər halda, Rusiya liderinin Ukrayna prezidentinin açıq məktubuna reaksiyası Kreml və rəsmi Kiyev arasında mümkün sülh danışıqları ilə bağlı yeni situasiya yaradıb. Kremlin sahibi həmin məktubda “ədəbsizlik elementləri” olduğunu bildirərək, hazırda prezident Volodimir Zelenski ilə birbaşa görüşə ehtiyac görmədiyini vurğulayıb.

Məsələ ondadır ki, prezident Vladimir Putinin mövqeyinə görə, liderlər səviyyəsində birbaşa görüş yalnız əvvəlcədən müəyyən edilmiş siyasi çərçivə və konkret nəticə ehtimalı olduqda önəmli ola bilər. Kremlin yanaşmasına görə, əvvəlcə münaqişənin əsas siyasi və təhlükəsizlik məsələləri üzrə razılaşma əldə edilməlidir. Və məhz yalnız bundan sonra iki ölkənin prezidentləri səviyyəsində birbaşa təmas baş tutmalıdır.

Onu da qeyd etmək lazımdır ki, Kremlin bu mövqe Rusiyanın Ukrayna ilə danışıqlara taktiki deyil, daha çox strateji yanaşdığını göstərir. Kreml hesab edir ki, yalnız görüş keçirilməsi müharibənin dayandırılması üçün kifayət deyil. Və əsas məsələ mövcud münaqişəni doğuran ciddi səbəblər, eləcə də, onun nəticələri ilə bağlı razılaşdırılmış modelin formalaşdırılmasıdır.

Eyni zamanda, prezident Vladimir Putin hesab edir ki, “Rusiya və Ukrayna əsas məsələləri öz aralarında həll etməlidirlər. Digər tərəflər isə yalnız bu iki ölkə arasında sülh müzakirələrinə şərait yarada və qarant kimi çıxış edə bilərlər”. Rusiya liderinin bu açıqlaması isə Kremlin sülh prosesində vasitəçilərin roluna yönəlik mövqeyini açıq şəkildə ortaya qoyur. Yəni, Kreml vurğulayır ki, müharibənin əsas tərəfləri Rusiya və Ukraynadır. Və yekun razılaşma da məhz onların arasında əldə edilməlidir.

Göründüyü kimi, xarici aktorlardan, xüsusilə də ABŞ və Avropa ölkələrindən isə yalnız sülh danışıqları üçün siyasi-diplomatik mühitin yaradılması istənilir. Üstəlik, Kremlin bu yanaşması ABŞ prezidenti Donald Trampın son açıqlamaları fonunda xüsusilə diqqəti çəkir. Çünki Ağ Ev sahibi Ukrayna və Rusiya liderlərinin birbaşa görüş keçirməsinin vacibliyini vurğulayaraq bildirib ki, müharibənin dayandırılması üçün əsas addımı məhz Zelenski və Putin atmalıdır.

Prezident Donald Trampın “qoy, Zelenski və Putin münaqişəni özləri həll etsinlər, mən artıq onlara yetərincə kömək etmişəm” məzmunlu açıqlaması Ağ Evin bu savaşa yanaşmasında müəyyən dəyişiklik ehtimalını da göstərir. ABŞ lideri Ukraynaya göstərilən hərbi və maliyyə dəstəyin həlledici rol oynadığını da qeyd edib. Üstəlik, bundan sonrakı mərhələdə əsas məsuliyyətin məhz Kreml və rəsmi Kiyevin üzərinə düşdüyünü vurğulayıb.

Təbii ki, Ağ Ev sahibinin bu açıqlaması eyni zamanda, ABŞ-ın vasitəçilik rolunu müəyyən qədər yenidən formatlamağa çalışdığını da göstərir. Belə ki, ABŞ əvvəllər əsasən Ukraynanın mövqeyini gücləndirən tərəf kimi çıxış edirdisə, indiki mərhələdə siyasi-diplomatik məsuliyyəti birbaşa münaqişə tərəflərinin üzərinə yönəltmək üzrə mesajlar verir. Halbuki, Rusiya və Ukraynanın "sülh danışıqları masası"na yanaşma tərzi arasında hələ də ciddi fərqlər mövcuddur.

Belə ki, rəsmi Kiyev üçün əsas məsələ Ukraynanın ərazi bütövlüyünün və dövlət suverenliyinin qorunmasıdır. Ona görə də, rəsmi Kiyev mümkün danışıqlar ehtimalını yalnız müharibənin dayandırılması və Ukrayna üçün təhlükəsizlik təminatlarının əldə olunması kontekstində görür. Rusiya isə təhlükəsizlik maraqlarının, yeni regional reallıqların və özünün irəli sürdüyü siyasi şərtlərin mütləq nəzərə alınmasını tələb edir.

Bu səbəbdən də, əslində, Zelenski-Putin görüşü ilə bağlı məsələ sadəcə, iki liderin şəxsi münasibətləri ilə bağlı deyil. Yəni, əsas problem görüşün baş tutub-tutmaması yox, həmin görüşün hansı gündəlik əsasında keçiriləcəyi ilə bağlıdır. Ona görə də, əgər, tərəflər əvvəlcədən fundamental məsələlərdə yaxınlaşma əldə etməsələr, onda liderlərin görüşü yalnız siyasi-diplomatik görüntü xarakteri daşıya bilər. Və əksinə, əgər, müəyyən çərçivə razılaşması formalaşarsa, onda belə bir görüş münaqişənin siyasi həllinə aparan mərhələnin başlanğıcına da çevrilə bilər.

Ancaq hazırkı vəziyyətdə Kreml hələlik yalnız “əvvəl razılaşma, sonra görüş” prinsipindən çıxış edir. Rəsmi Kiyev isə “əvvəl görüş, sonra razılaşma axtarışı” yanaşmasına üstünlük verir. Və ona görə də, bu iki yanaşma tərzi arasındakı kəskin ziddiyyətlər isə "sülh prosesi"nin qarşısında əsas əngəllərdən biri hesab olunur.

Maraqlıdır ki, bu prosesdə digər önəmli faktor isə Rusiya və Qərb arasındakı daha genişmiqyaslı geopolitik rəqabətlə birbaşa bağlıdır. Çünki Ukrayna savaşı hazırda yalnız iki ölkə arasındakı hərbi qarşıdurma xarakteri daşımır. Bu, eyni zamanda, Avropa məkanında təhlükəsizlik sistemi, NATO-Rusiya münasibətləri və qlobal güc balansı uğrunda mübarizə ilə bağlı prosesin də tərkib hissəsidir.

Bütün bunları nəzərə aldıqda, Putin-Zelenski görüşünün taleyi yalnız Kreml və rəsmi Kiyevin qərarından asılı görünmür. Yəni, bu, həm də ABŞ-ın, Avropa ölkələrinin və digər beynəlxalq aktorların sülh prosesində hansı rolu qəbul edəcəyindən də asılı olacaq. Buna baxmayaraq, münaqişə tərəflərinin son açıqlamaları onu göstərir ki, hər halda, siyasi-diplomatik kanallar hələ tam bağlanmayıb. Halbuki, münaqişə tərəfləri hələ də eyni geopolitik xəritəyə baxmağa qətiyyən həvəs göstərmirlər.

Belə anlaşılır ki, Rusiya tərəfi liderlərin görüşünə qədər Ukrayna savaşının yekun şərtlərini əvvəlcədən müəyyənləşdirmək istəyir. Rəsmi Kiyev isə sülh danışıqları masası arxasında həmin şərtlərin dəyişdirilməsinə ümid bəsləyir. Və bu kəskin ziddiyyətlər aradan qalxmadan, liderlər səviyyəsində görüş ideyası böyük ehtimalla yalnız siyasi-diplomatik müzakirələrin mövzusu olaraq, qala bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zelenski istefa versə, danışıqlar başlayacaq - Jurova
Bu gün, 08:45
BU NƏDİ BELƏ: Mənə kart lazım deyil... - ETİRAZ
Bu gün, 08:43
Si Cinpinin ABŞ-yə səfərinə hazırlıq davam edir
Bu gün, 08:35
Klublarımız Avrokuboklarda rəqiblərini tanıyacaq - BU GÜN...
Bu gün, 08:32
“Tramp yolu”: “Rusiya bundan öz məqsədləri üçün istifadə edə...” - GƏLİŞMƏ
Bu gün, 08:28
Nifrətin ixracı, izolyasiyanın idxalı: yeni oyanmısınız? - İNCƏLƏMƏ
Bu gün, 08:26
İran hələ də raket və dronlara malikdir - Tramp belə deyir...
Bu gün, 08:20
Neft qiymətləri kəskin dönüş etdi
Bu gün, 08:17
Nəcəflinin kadrları NİYƏ İSTEFA VERİR? - "Bu nə rəzalətdir, bu nə idarəçilik formatıdır?"
Bu gün, 08:16
Körfəz ölkələri Hörmüzün təhlükəsizliyi üçün ABŞ-yə sərmayə qoymağa razılaşıb - Rubio
Bu gün, 08:00
Saatlıda büdcə hara xərclənib? - NARAZILIQ VAR...
Bu gün, 07:59
SEPAH Hörmüz boğazında iki tankerin partlaması barədə məlumat yayıb
Bu gün, 07:50
ABB-dən öz bankomatına KOMİSSİYA HAQQI - "Bu nə oyundur belə..."
Bu gün, 07:40
Vaşinqton İranla genişmiqyaslı müharibəyə hazırlaşır - "The Washington Post"
Bu gün, 07:26
SEPAH ABŞ-nin İordaniyadakı hərbi təyyarələrinə zərbə endirdiyini açıqlayıb - "Press TV"
Bu gün, 07:24
Avropa Rusiyaya görə "parçalanır"... - "Faynənşl Tayms"
Bu gün, 07:22
Azərbaycanda qalmaqallı qadağa – Qanun icazə verir, marketlər “olmaz” deyir
Bu gün, 07:20
Gözünü qan bürüyən Rusiya... DAVAM EDİR...
Bu gün, 07:06
"Azercell" Azərbaycanın ərazi bütövlüyünü ŞÜBHƏYƏ ALIR? - BU LAP AĞ OLDU...
Bu gün, 07:00
"Jurnalistlərin Prezidentə yazdığı kollektiv müraciətdə adımı görəndə redaktor az qala mikroinfarkt keçirdi..." - Bu, hekayə deyil... HƏYATDIR!
Bu gün, 06:54
Almaniyada təhsil... AZ QALA PULSUZDUR! - ARAŞDIRMA
Bu gün, 06:50
"Təmir deyil e, binanın anasını ağladırlar..." - BÜDCƏ PULUNA YAĞI MÜNASİBƏTİ...
Bu gün, 06:47
"Yol budur, başqa yol da olmayacaq..." - ÇAĞIRIŞ
Bu gün, 06:42
AzəriQaz-da İMTAHAN MÜƏMMASI - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
ABŞ İrana qarşı ardıcıl doqquzuncu gecə hücumları dalğasını başa çatdırıb - CENTCOM
Bu gün, 06:22
Məleykənin təhsil MƏLAKƏLİYİ bitir? - İDDİA
Bu gün, 06:21
Əmrullayev də bu təhsil xarabalığından MƏZUN OLUR... - BACARMADI!
Bu gün, 06:18
"Azərbaycan ikili standartlarla deyil, beynəlxalq hüquqla hərəkət edir" - deputat
Bu gün, 06:05
Rusiyanın Xəzərlə bağlı araşdırması qorxuya saldı: 5 ölkə hərəkətə keçir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:02
Özümüz yandırmayaq, daha çox qazanaq - AKTUAL
Bu gün, 06:01
İspaniya millisi FIFA reytinqində birinci yerə yüksələcək - SİYAHI
Bu gün, 05:59
Tramp Çinlə seçkilərə müdaxilə iddialarını müzakirə etməyə hazırdır - KİV
Bu gün, 05:55
Naxçıvanda NƏ İŞLƏR ÇEVRİLİR?.. - "Hakimiyyət dəyişən kimi..."
Dünən, 08:50
"Aylardır ödənilməyən ezamiyyə pullari nə vaxt ödəniləcək..." - MÜRACİƏT
Dünən, 08:41
Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR - BU DA FAKT...
Dünən, 08:27
Nə qədər ki, Babək Hüseynov vəzifə başındadır... - BELƏ HARA GEDİRİK?
Dünən, 08:19
Məqsədləri müştəri məmnuniyyəti deyil ki... - GİLEY
Dünən, 07:54
Bakıda piyadalar kütləvi şəkildə cərimələnə bilər... - "Bunu etmək belə çətindir?"
Dünən, 07:41
Bakıda evi başına uçurulan vətəndaşın səhhəti pisləşdi - FOTO
Dünən, 07:37
ABŞ-ın İrana hücumları davam edir... - TƏFƏRRÜAT
Dünən, 07:27
Bizdə 'biznes' deyəndə niyə ağıla ilk olaraq gələn kafe-restorandır... - REPLİKA
Dünən, 07:24
Ruslardan özlərinə layiq yarışma... - BU NƏDİ BELƏ?
Dünən, 07:19
"Dondurmanı istənilən iş adamı ölkəyə gətirə bilir, ya yox?!" - Natiq Cəfərli
Dünən, 07:14
Qadınlar kimə gözəl görünmək istəyir? - AKTUAL
Dünən, 07:11
"Tamaşacı da soruşa bilər ki, nəyi və niyə izləsin..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:05
Naxçıvanda yaşıllığa DÜŞMƏN MÜNASİBƏTİ - AXI NİYƏ?..
Dünən, 07:01
"Bizim insanlar, qadınlı-kişili, çox vaxt sevişmir, sadəcə cütləşir" - Çinarə Abbasova
Dünən, 06:48
Zülfəli İsmayılov özünə QƏZZA YARADIB - həm də şəhərin mərkəzində...
Dünən, 06:38
Tanınmış teleaparıcı kitab nəşr etdirdi - FOTO
Dünən, 06:24
"Ukrayna Krımı Rusiyadan "təcrid edir" - yarımadada enerji və yanacaq böhranı dərinləşir"
18-07-2026, 13:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru