" "Baku Electronics"-dən narazıyam və artıq bilmirəm ki, şikayətimi hara edim..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Dünya Əliyeva adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "12.03.2026 tarixində generatorlu ütü almışam. Evə gəldik ütünü açıb işlətmək istəyərkən gördük ki, ütü bloka düşür hər 1-2 dəqiqədən bir. Açıb ərp yerini filtr suyuyla yuduq, su xəzinəsi dolu olduğuna baxmayaraq təkrar-təkrar yenidən bloka düşür və ütü sönür. Mağazaya yaxınlaşdıq. Servisə göndərdilər, sonra rəy o oldu ki, ütü normaldır. Antiinhisar dövlət agentliyinə şikayət etdik, eyni rəyi bizə göndərdilər hansı ki, "Baku Electronics" onlara da göndərib ki, guya ütüdə qüsur yoxdur. Videoları əlavə edirəm. Başına belə bir problem gələn varsa xahiş edirəm mənimlə bölüşsün. Həqiqətən bu ütünün iş prinsipi budurmu? Bu nə qədər absurd bir fikirdir. 2 dəqiqədən bir ütü niyə sönsün axı. Daha yuxarı qurumlara şikayətimi bildirəcəyəm. Sadəcə istədim siz də biləsiniz ki, bu mağazadan aldıqda 2 dəfə yox 10 dəfə düşünəsiz. Servis də müştərinin xeyrinə rəy vermir..."
Video BURADA: https://www.facebook.com/share/v/1Gp7yZH63K/








