Bu gün Ermənistanda ölkənin ən yüksək dövlət hakimiyyəti orqanı olan parlamentə seçkilərdə bütün təşviqatların qadağan olunduğu "sükut günü"dür.
"DİA-AZ" "Unikal"a istinadən xəbər verir ki, parlamentə namizəd olan Ermənistanın baş naziri Nikol Paşinyan seçkiqabağı jurnalistlərin obyektinə tuş gəlib.
Belə ki, siyasətçi Ermənistan Parlamentinin spikeri Alen Simonyanla birlikdə İrəvanda restoranların birində görüntülənib.








