Özünü "ölkənin ən böyük mobil operatoru" adlandıran "Azercell" son günlər abunəçilərinə davamlı problemlər yaratmaqdadır. İş o həddə çatıb ki, bir zamanlar həqiqətən də rabitə üstünlüyü ilə seçilən bu şirkətin abunəçiləri hətta iri şəhərlərdə belə keyfiyyətsiz xidmətdən gileylənirlər.
"DİA-AZ" olaraq bu qəbildən olan növbəti narazılığı təqdim edirik. Tanınmış jurnalist Afət Yaqubova özünün sosial şəbəkə hesabında belə yazır:
"Əziz Azercell! Fakturasını hər ayın 26-27-də qoyduğunuz və 13 aylıq ödəniş sisteminə çatdırdığınız mobil rabitə xidmətiniz Gəncədə biabırçılıqdır. Həm də bunu hamı bilir. "Sizdə Azercell-dir? A, yox, Azercell burda yaxşı tutmur" xəbərdarlıqları səviyyəsində..."
Qeyd edək ki, bu məsələ sosial şəbəkələrdə geniş müzakirə olunub və ancaq etiraz dolu rəylər... İş o həddə problemlidir ki, hətta abunəçilərdən biri "Azercell"in Binəqədi ərazisində belə doğru-dürüst xidmət göstərməməsindən gileylənir...
Məsələ diqqətimizdədir...








