
Ötən gecə Hindistanla Pakistan arasında cidd toqquşma yaşanıb.
Hindistanın atdığı raket zərbələri nəticəsində 26 nəfər həlak olub.
Bunun ardınca isə iki ölkə arasındakı toqquşmanın daha da böyüyəcəyi və hətta tərəflər arasında geniş müharibənin başlayacağı iddiaları yayılıb. Bu iddiaların fonunda da iki ölkənin hərbi gücü müqayisə olunur.
“Cebheinfo.az” Hindistan və Pakistanın hərbi gücünə nəzər salıb.
Kimin nəyi var?
Hindistan 1 milyon 455 min əsgəri və 1 milyon 155 min ehtiyat personalı ilə dünyanın ən böyük ordularından birinə malikdir. Pakistanda isə 660 min əsgər və 550 min ehtiyat hərbi qüvvə var.
Hindistanın 2080 döyüş təyyarəsi, 4201 tankı, 16 sualtı qayığı və 293 gəmisi olduğu halda, Pakistanın 498 təyyarəsi, 2627 tankı, 9 sualtı qayığı və 121 gəmisi var.
Pakistanın nüvə gücü
Nüvə gücü baxımından Hindistanın 164 döyüş başlığı, Pakistanın isə 170 döyüş başlığı var. Hindistan nüvə silahını “ilk istifadə etməmək” siyasətini qəbul edərkən, Pakistan “tam spektrli çəkindirmə” strategiyası izləyir.
Hansı ordu güclüdür?
Hindistan şəxsi heyət, hava və dəniz qüvvələri baxımından Pakistandan üstündür. Hərbi potensialı durmadan artırılan ölkə bu baxımdan əlverişli mövqedədir. Pakistan da nüvə müharibəsinin qarşısının alınması və Çinlə hərbi əməkdaşlıq vasitəsilə regionda öz hökmranlığını gücləndirmək siyasəti yürüdür. Onun taktiki nüvə silahlarını ehtiva edən müdafiə gücü var.