
NATO-nun baş katibi Mark Rütte Litvada itkin düşmüş ABŞ hərbçilərinin həlak olduğunu bildirib və onların ailələrinə başsağlığı verib.
O bildirib: "Bizdə hələlik geniş məlumat yoxdur, detalları bilmirik. Bu, dəhşətli xəbərdir, bizim fikirlərimiz həlak olanların doğmaları və yaxınlarının yanındadır".
Xatırladaq ki, az əvvəl Pentaqon hərbçilərin həlak olması barədə xəbərləri təkzib edib. ABŞ quru qoşunlarının rəsmi təmsilçisi axtarışların dacam etdirildiyini bildirib.
***
02.25
Litvadakı hərbi təlimlər zamanı iktin düşmüş ABŞ hərbçilərinin zirehli maşını tapılıb.
Teleqraf xəbər verir ki, məlumatı ABŞ ordusunun Avropadakı komandanlığından yayıblar.
Söhbət təmir-təhliyə maşınından gedir. Press-relizdə deyilir: "İtkin düşmüş dörd amerikalı hərbçi təlim zamanı "M88 Hercules" zirehli təmir-təhliyə maşınında olub. Onların maşını Litvadan tapılıb".
Rəsmi məlumata görə, maşın poliqon yaxınlığında yerləşən şəlaləyə düşüb. Lakin hərbçilərin cəsədi tapılmayıb. İtkin düşmüş şəxslərin axtarışları davam edir.
Hərbçilər Litvanın Pabrada ərazisindəki təlimlərdən qayıdarkən - martın 25-də itkin düşüblər.