Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR .....                     Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ .....                     Bloqqerlər və BİZ ! .....                     Təhsilin evini BELƏ YIXIRLAR .....                     Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                 

"Bu tələblərimiz qarşısında Azərbaycana təzyiq edildi" - deputat
Tarix: 7-03-2025, 08:38 | Çap et
"Bu tələblərimiz qarşısında Azərbaycana təzyiq edildi"
Mülki təyyarəmizin vurulmasından sonrakı bir aydan artıq müddətdə Rusiya-Azərbaycan münasibətlərində soyuqluq qismən yerini müsbət tendensiyaya verməkdədir. Son günlər bu istiqamətdə baş vermiş müsbət hadisələrdən biri Rusiyanın “Alfa Sığorta” şirkətinin təyyarə qəzası ilə bağlı sığorta ödənişlərini tam şəkildə həyata keçirməsini xatırlamaq olar. Bildirilib ki, şirkət həmçinin sərnişinlərə də dəyən zərərə görə ödənişləri həyata keçirməyə başlayıb.

Bu arada Moskvada Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin abidəsi qoyulacağı ilə bağlı Moskva hökumətinin hərəkətə keçməsi də diqqət çəkməyə bilməz. Abidə Azərbaycanın Moskvadakı səfirliyinin yaxınlığındakı bağda yerləşəcək. “Yeni Müsavat” qeyd edir ki, təntənəli mərasimdə Rusiya yüksək səviyyədə təmsil olunub: Moskva meri Sergey Sobyanin, Rusiya baş nazirinin müavini Vitali Savelyev tədbirdə iştirak və çıxış ediblər. O da faktdır ki, Rusiyanın mərkəzi telekanalları və rəsmi agentlikləri bu mövzuya xüsusi diqqət ayırıblar. “Rusiya Azərbaycanla mədəni əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir”, - Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova belə deyib. “Rusiya ilə Azərbaycan arasında mədəni əməkdaşlıq möhkəm ənənələrə və çoxillik qarşılıqlı fəaliyyətə əsaslanır. Biz mədəniyyət müəssisələrimiz və yaradıcı kollektivlərimiz arasında əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirərək, onu daha da inkişaf etdirməyə çalışırıq”, - Lyubimova bildirib.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Novruz bayramı ərəfəsi Azərbaycana səfər edəcəyi xəbəri də bu qəbildəndir. Çünki məlum qəzadan sonra Matviyenko Azərbaycana səfər edəcək ən yüksək vəzifəli şəxs olacaq. Məlumata görə, Rusiya parlamentinin yuxarı palatasının sədri, ölkənin siyasi iyerarxiyasında təmsil olunan Matviyenko Bakıda Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparacaq. Matviyenko Rusiyanın təcrübəli dövlət xadimlərindən biridir, 2011-ci ildən də Rusiya Federasiya Şurasının sədridir. Matviyenkonun Azərbaycanla münasibətləri hər zaman normal olub və güman ki, onun gözlənilən səfəri də münasibətlərdəki soyuqluğu aradan qaldırmağa köməyi olacaq.

Doğrudur, onun İrəvana da səfəri nəzərdə tutulub. Hətta bu gediş “Rusiya-Ermənistan münasibətlərinin inkişafına təkan vermək məqsədi daşıyır”, - deyə xarakterizə olunub. Habelə, Federasiya Şurasının sədrinin Türkiyə səfərini qeyd etmək olar. Lakin bu siyasi marşruta baxmayaraq, Matviyenkonun Azərbaycana gəlişi xüsusi əhəmiyyətə malikdir. Yuxarıda da deyildiyi kimi, mülki təyyarənin vurulmasından sonra Rusiyadan ölkəmizə gələn ən yüksək ranqlı rəsmi şəxs olacaq. Buna qədər də bəzi addımların atılması müşahidə edilirdi. Misal üçün, Çeçenistan liderinin təyyarədə rəşadət göstərənləri təltif etməsindən, rəsmi Moskva adından danışan Mariya Zaxarovanın və Kreml sözçüsü Dmitri Peskovun yumşaq diplomatiya ritorikasından hiss olunurdu ki, Rusiya Azərbaycanla yaranmış gərginliyi daha da dərinləşdirməyə həvəsli görünmür. Sözsüz ki, Bakının tələbləri qalır - Rusiyanın özünün təzminat ödəməsi və atəş açanların, əmri verənlərin məsuliyyətə cəlb edilməsi. Lakin bu tələblərdən ziyadə sadalanan addımların atılması göstərir ki, Moskva Bakı ilə “buzları əridir”. Matviyenkonun səfərinin isə münasibətlərdə nə kimi təsir oyadacağı növbəti addımlarda bilinəcək.

Münasibətlərdə gərginliyin əlamətlərindən biri də Rusiyaya məxsus informasiya-mədəniyyət mərkəzi - Azərbaycandakı “Rossotrudniçestvo” nümayəndəliyi olan “Rus evi”nin hüquqi şəxs kimi qeydiyyatdan keçmədiyi və Azərbaycanın qanunvericiliyini pozduğu barədə Rusiya tərəfi məlumatlandırıldıqdan sonra, 3 fevral 2025-ci ildə Rusiya tərəfinə “Rus evi”nin fəaliyyətinin dayandırılması ilə bağlı nota göndərilməsi idi. Daha sonra “Rossiya Seqodnya” (Sputnik) agentliyinin Azərbaycandakı nümayəndəliyi ləğv edilib. Onlar yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilərlər. Bundan əlavə, Azərbaycan əleyhinə çağırışlar Rusiya mediasında başlasa da, daha sonra rusiyalı deputatlar və ekspertlər də “xor”a qoşulmuşdular. Son bir aydan artıq müddətdə isə Rusiya rəsmiləri loyal bəyanatlar verməklə diqqət çəkirdilər.

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Musayev “Yeni Müsavat”a dedi ki, Azərbaycan təyyarəsinin vurulmasından dövlət rəhbərliyinin və ictimaiyyətin mövqeyi qətiyyətli, haqlı idi. Deputatın sözlərinə görə, Azərbaycan kompensasiya ödənilməsini, günahkarların cəzalandırılmasını tələb edib: “Bu tələblərimiz qarşısında Azərbaycana təzyiq edildi. Ancaq geri çəkilmədik və haqlı mövqeyimizi müdafiə etdik. Bizim Rusiya ilə gərginlikdə heç zaman marağımız olmayıb. Sadəcə, problemin üzərinə getdik. İndi isə Matviyenkonun səfəri və digər addımların atılması ondan irəli gəlir ki, Rusiya Azərbaycanla gərginliyin dərinləşməsində maraqlı deyil. Bunun da bir sıra siyasi-iqtisadi səbəbləri var. Bunun davamını gözləyirik və təyyarəni vuranların məsuliyyətə cəlb edilməsi mütləqdir”. E.Musayev bildirdi ki, Azərbaycan-Rusiya əlaqələrində təyyarənin vurulmasına qədər dinamik inkişaf müşahidə edilirdi, indi bu əlaqələrin qaldığı yerdən davam etməsi üçün rəsmi Moskva tələbləri tam icra etməlidir.

Deputat Arzuxan Əlizadə də “Yeni Müsavat”a bildirdi ki, iki ölkə arasında gərginliyin ən pik dövründə belə Rusiyanın Azərbaycana yönəlik bəzi jestlər edəcəyini proqnozlaşdırmışdı: “Çünki Rusiya Qərblə müharibə vəziyyətindədir. Hazırkı şəraitin nə zaman normallaşacağı qeyri-müəyyəndir. Ukraynada gedən müharibə Avropa ilə Rusiyanın əlaqələrini pozub. Bu kontekstdə Türkiyə və Azərbaycan Rusiya üçün nəfəslik rolu oynayır. Rusiya da heç zaman bu nəfəsliyi bağlamaq istəməz. Ona görə də münasibətlərdə yumşalmaya gedəcəyi gözlənilən idi”. Deputat əlavə etdi ki, Azərbaycanın haqlı tələbləri gec-tez yerinə yetirilməlidir: “Ona görə həm Matviyenkonun səfəri, həm sığorta ödənişi, həm mərhum Heydər Əliyevə Moskvada abidə qoyulması Rusiyanın əlaqələri yumşaltmaq istiqamətində atdığı addımların bir hissəsidir”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Dünən, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Dünən, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Dünən, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Dünən, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Dünən, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Dünən, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Dünən, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Dünən, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Dünən, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Dünən, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Dünən, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Dünən, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Dünən, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Dünən, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Dünən, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Dünən, 12:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru