
Azərbaycanda baha qiymətə Quran kitabı satılır.
Bu barədə elan saytlarının birində məlumat paylaşılıb.
Kitaba nə az, nə çox 700 min manat qiymət qoyulub. Qeyd olunub ki, müqəddəs kitab 1907-ci ildə çapdan çıxıb.
Hazırda sözügedən Quran kitabı Bakı şəhərindədir. Satışa qoyulan kitab barədə ətraflı məlumat verilməyib.
/Lent.az

