“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Tarix: 6-02-2025, 19:00 | Çap et
 Azərbaycan hökuməti Rusiya Federasiyasına məxsus “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisindəki fəaliyyətinə xitam verilməsi barədə rəsmi qərar qəbul edib və bu barədə diplomatik kanallar vasitəsilə Moskvaya bildiriş göndərib. Bu qərar iki ölkə arasında mövcud olan diplomatik münasibətlər fonunda ciddi rezonans doğurub və müxtəlif səviyyələrdə müzakirə olunur. “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Bakıda Rusiya mədəniyyət mərkəzinin (Rus Evi) qeydiyyata alınmasının zəruriliyi ilə bağlı Azərbaycandan nota aldığını təsdiqləyib. Bu barədə “Rossiya-24” telekanalının efirində bildirib. “Rossotrudniçestvo” – rəsmi adı ilə Rusiya Xaricdə Yaşayan Həmvətənlərlə İş üzrə Federal Agentlik, 2008-ci ildə yaradılıb. Bu qurumun əsas məqsədi Rusiyanın xarici ölkələrdə mədəniyyətini, dilini və təhsilini təşviq etmək, eyni zamanda, xaricdə yaşayan rus icmaları ilə əlaqələri gücləndirməkdir. Rusiya bu agentlik vasitəsilə “yumşaq güc” siyasətini həyata keçirərək postsovet məkanında və digər regionlarda nüfuzunu artırmağa çalışır. Lakin Azərbaycan tərəfi “Rossotrudniçestvo”nun fəaliyyəti ilə bağlı uzun müddətdir narahatlıq ifadə edirdi. Agentliyin yerli icmalar və QHT-lərlə əməkdaşlıq adı altında Azərbaycanın daxili işlərinə müdaxilə etdiyi, xüsusilə də etnik və mədəni məsələlər üzərindən siyasi təsir göstərməyə çalışdığı iddiaları səsləndirilirdi. Təhsil və Mədəniyyət Sahəsində Təsir “Rossotrudniçestvo” vasitəsilə Rusiyanın Azərbaycanda təhsil proqramları və mədəni tədbirlərlə rus dilini və mədəniyyətini təşviq etməsi bəzən ölkənin milli maraqları ilə ziddiyyət təşkil edirdi. Azərbaycan hökuməti təhsil və mədəniyyət sahəsində daha müstəqil siyasət yürütməyə çalışır və xarici təsirləri minimuma endirmək istəyir. Azərbaycan hökuməti son illərdə milli suverenliyin qorunması və xarici təsirlərin azaldılması istiqamətində ciddi addımlar atır. Bu kontekstdə “Rossotrudniçestvo”nun fəaliyyəti ölkənin daxili işlərinə xarici müdaxilə kimi qiymətləndirilə bilər.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a söyləyib ki, “Rus Evi”nə bənzər qrumlar uzun illərdir Azərbaycan daxilində ölkəmiz əleyhinə fəaliyyət göstərir:
“Eyni zamanda özlərinə məxsus bəlli şəbəkələr yaradaraq vətəndaşlarımızı ora cəlb edə biliblər. Əlbəttə, Azərbaycan Rusiya ilə dostluq və strateji əməkdaşlıq münasibətlərini nəzərə alaraq həmin ölkənin xətrinə dəyməmək yolunu tutub. Yəni Azərbaycan çalışıb ki, bir dövlət olaraq qonşu ölkə ilə münasibətlərimiz pisləşməsin. Amma Rusiya Azərbaycanla eyni mövqedə çıxış etməyib. Rusiya Azərbaycana münasibətdə ən sərt addımları atıb və atmağada davam edir. Həmçinin Rusiya öz daxilində olan Azərbaycan diasporunu darmadağın edib və ölkəminiz ən öndə gedən ziyalılarını küncə sıxışdırıb. Hazırda da Rusiya tərəfindən soydaşlarımızın başına gətirilməyən oyunlar qalmayıb. Eyni zamanda Azərbaycan və digər türk dillərinin Rusiyada dövlət səviyyəsində açıq şəkildə sıxışdırılması gedir. Belə bir şəraitdə Azərbaycanın Rusiyaya qucaq açması doğru olmazdı. Ona görə də Azərbaycan dövləti belə zərərli fəaliyyətlərin qarşısını almaq üçün hərəkətə keçməkdə haqlıdır”.
Ekspert qeyd edib ki, illər öncə Azərbaycanda İranın da buna bənzər fəaliyyətlərinin olduğunu xatırlatmaq lazımdır: “İran ölkəmizdə mədəniyyət mərkəzi adı altında müxtəlif işlər görür, şəbəkələr yaratmaqla dövlətə qarşı hərəkatlanmalar aparırdı. Həmin hərəkatlanmaların qarşısını Azərbaycan dövləti nəhayət almaq məcburiyyətində qaldı. Hazırda Azərbaycan Rusiya ilə münasibətlərin normal müstəvidə qalmasında maraqlıdır, lakin Kreml bundan sui-istifadə etməyə çalışır. Rus dilində təhsillə bağlı müzakirələr aparan zaman üstümüzə xeyli insanlar gəlir. Bunların hamısını Rusiyanın müvafiq xidmətləri vaxtilə şəbəkələşdiriblər. Həmin prosesdə “Rus Evi” də yaxından iştirak edir. Bu isə dövlət təhlükəsizliyi məsələsinə qədər yüksəlib və Azərbaycan dövləti isə bununla bağlı lazimı addımları atmalıdır”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Bu gün, 12:10 |
|
|
|
| • XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Bu gün, 12:05 |
|
|
|
| • Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Bu gün, 12:03 |
|
|
|
| • Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:00 |
|
|
|
| • Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Bu gün, 11:49 |
|
|
|
| • Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:44 |
|
|
|
| • Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Bu gün, 11:40 |
|
|
|
| • Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Bu gün, 11:34 |
|
|
|
| • Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq - SİYAHI
Bu gün, 11:31 |
|
|
|
| • Bu icra başçıları yola salına bilər, yerinə isə... - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
| • Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş – Qalibafın səfərinin PƏRDƏARXASI
Bu gün, 11:25 |
|
|
|
| • Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır - MƏQALƏ
Bu gün, 11:12 |
|
|
|
| • "Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
Bu gün, 11:10 |
|
|
|
| • Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - DİQQƏT!
Bu gün, 11:02 |
|
|
|
| • CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər
Bu gün, 11:00 |
|
|
|
| • "Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Bu gün, 10:59 |
|
|
|
| • “Jurnalist-bloger” həbs edildi - 10-dan çox şikayətçi var
Bu gün, 10:54 |
|
|
|
| • ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? - Bred Şerman yenə yalanları sıralayıb
Bu gün, 10:18 |
|
|
|
| • Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun – Onu Quba ilə nə bağlayırdı?
Bu gün, 10:10 |
|
|
|
| • “TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - 4 il həbs cəzası
Bu gün, 10:05 |
|
|
|
| • Ermənistanda həbslər davam edir, "Ayakve"nin koordinatoru Avetik Çalabyan saxlanılıb
Bu gün, 09:59 |
|
|
|
| • Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib
Bu gün, 09:48 |
|
|
|
| • Azərbaycan nefti 79.76 dollara ticarət olunur
Bu gün, 09:45 |
|
|
|
| • ”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:33 |
|
|
|
| • Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Bu gün, 09:28 |
|
|
|
| • 400 illik pivə şirkəti müflis oldu - «Bild»
Bu gün, 09:20 |
|
|
|
| • ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd - “Tramp yolu”nda kimlər olacaq?
Bu gün, 09:10 |
|
|
|
| • ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib
Bu gün, 09:05 |
|
|
|
| • Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib - FOTO
Bu gün, 09:03 |
|
|
|
| • Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 08:10 |
|
|
|
| • AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
Bu gün, 08:08 |
|
|
|
| • Neft 4 aydan sonra yenidən BU QİYMƏTƏ OLDU
Bu gün, 08:06 |
|
|
|
| • Tramp Ukrayna üçün hazırdır - Detallar razılaşdırılacaq
Bu gün, 08:04 |
|
|
|
| • DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
Bu gün, 07:45 |
|
|
|
| • "Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" - Zaur GİZLİNLƏRİ AÇDI
Bu gün, 07:38 |
|
|
|
| • Putin artıq xalqı aldada bilmir - Britaniyalı polkovnik
Bu gün, 07:31 |
|
|
|
| • Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz…
Bu gün, 07:30 |
|
|
|
| • Kəmaləddin Qafarovun Onkologiya Mərkəzindəki səlahiyyətləri əlindən alınıb? - Belə deyirlər...
Bu gün, 07:28 |
|
|
|
| • İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
Bu gün, 07:25 |
|
|
|
| • Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
Bu gün, 07:15 |
|
|
|
| • Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? - TƏBİB ARAŞDIRIR
Bu gün, 07:08 |
|
|
|
| • Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər - ARAŞDIRMA
Bu gün, 07:04 |
|
|
|
| • "Əsl ustad elə Arif Babayevdir" - Xalq artisti
Bu gün, 06:58 |
|
|
|
| • TRİPP "3+3"-ü arxa plana atdı - Görünəni odur ki...
Bu gün, 06:44 |
|
|
|
| • Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:42 |
|
|
|
| • "Son zəng" üçün hər şagirddən 1800 MANAT! - BU NƏDİ BELƏ?
Bu gün, 06:40 |
|
|
|
| • Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 06:33 |
|
|
|
| • Kremlin Paşinyanı devirmək planı yoxdur - ŞƏRH
Bu gün, 06:31 |
|
|
|
| • Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır - DETALLAR
Bu gün, 06:29 |
|
|
|
| • Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə - NƏ BAŞ VERİR?
Bu gün, 06:27 |
|
|
|
|