Dərman bazarında SÜNİ BAHALAŞMA .....                     TRIPP layihəsinin icrasına dair ABŞ-la Ermənistan arasında bəyanat qəbul olunub .....                     "Əgər bu zəruri addım atılmazsa..." .....                     'Azəriqaz'ın vətəndaşdan oğurladığı pullar .....                     Müştəri ABB-yə niyə etibar etsin ki? .....                     İranda hər şey bitib: Sırada kənar hərbi müdaxilədir .....                     "Bizə cənubumuzda ikinci Əfqanıstan lazım deyil..." .....                     Trampın zəfəranlı İranı .....                     Hökumətin yalançı SU HESABATLARI .....                     "Starlink" İranda interneti pulsuz edib .....                     Rayona gəlməyə avtobus tapmayan KƏNDLİLƏR .....                     Faiq Ələkbərlinin “Azərbaycan Türk mütəfəkkirləri” kitabı Türkiyədə nəşr olunub .....                     ABŞ SEPAH-ın hərbi məntəqələrinə raket zərbələri endirəcək .....                     İşdən qovulan icra başçısı ilə bağlı ŞOK DETAL .....                     Kino Agentliyində yeni təyinatlar olub .....                     Ermənistanın müdafiə naziri ordunun növbəti 5 illik inkişafına dair mövqeyini açıqlayıb .....                     Ermənistan Qaragöl ətrafındakı postu Azərbaycana verir? .....                     45 ildən sonra Bakıda mühüm dəyişiklik olacaq .....                     “Avant Group”la bağlı daha bir qalmaqal .....                     Molla rejimi də bunu qəbul etməli olacaq .....                     İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarılır .....                     Azərbaycan İranla ticarəti dayandıracaq? .....                     "Qanuni oğru"nun adını əlindən aldılar .....                     “Çeçenistanda varislik modeli üzərində hazırlıq gedir” .....                     Nazir generalı təqaüdə göndərdi .....                     Çindən Azərbaycana gətirilən süni saqqallar kəskin azalıb .....                     Ukraynanın müdafiə naziri vəzifəsindən azad edilib .....                     “Rufo Gəncinski” saxlanıldı .....                     Baxçalı İran rejimini müdafiə etdi .....                     Bakının İranla bağlı planı nədir: birləşmə müzakirə olunur? .....                     Azərbaycan benzininin idxalı Ermənistandakı uzunmüddətli monopoliyalara son qoyacaq .....                     “Birmarket”in (Umico) rəhbəri dəyişdi .....                     “Premiumnetaz” MMC-nin internet provayderi kimi uçotu ləğv edilib .....                     Dövlət borcu üzrə bəzi audit tələbləri icra olunmayıb .....                     Bakıda restoranda İNSİDENT: Əvvəl qıza sataşdı, sonra sahibkarı bıçaqladı .....                     Yıxılan “Rus ev”ləri .....                     "HAZIR OLUN" mesajına Bakıdan REAKSİYA .....                     Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb" .....                     “Neməti meydanda ən çox qoruyan məhz Elçibəy olub” .....                     Prokurorluq orqanlarında yeni kadr təyinatı .....                 

Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Tarix: 16-01-2025, 13:09 | Çap et
Moskva gözləntiləri doğruldur
Ötən ilin son ayının 25-də Qroznı üzərində vurulan sərnişin təyyarəmizlə bağlı Rusiyadan gözlədiyimiz reaksiyaya dair təxminlər doğrulur.

İlk gündən cinayəti, qəsdi danmaq yolu tutan Rusiya tərəfi ortada olan bu qədər dəlil-sübutdan, şahid ifadələrindən sonra yenə də “saman çöpü”nə əl ataraq, baş vermiş hadisəyə görə üzərinə düşən məsuliyyəti qəbul etməkdən imtina edir, müxtəlif bəhanələrlə, gülünc arqumentlərlə yaxasını kənara çəkməyə çalışır.

Zatən, vurulmuş təyyarənin “qara qutuları” açılmadan da, təyyarəmizin göy rəngli gövdəsindəki ağ dəlik-deşik yerləri hava maşınının başına nə gəldiyini ilk gündən göstərirdi. “Quş dəstəsi ilə toqquşma”, “içəridə qaz balonunun partlaması” kimi iddialar xəbər kirliliyi yaratmaq üçün idi və heç bir tənqidə tab gətirəcək halda deyildi. Belə şey ola bilərdimi ki, qaz balonu içəridə partlasın, sonra qəlpələr necəsə illüminatordan çıxsın, təyyarəni bayırdan deşsin. Heç fantastik filmlərdə də belə şey olmur.

RF prezidenti Putinin təyyarənin “qara qutuları”nın Qazaxıstanın əlində olması bilinəndən sonra bu ölkənin prezidenti Kasım-Jomart Tokayevlə 4 saat telefonla danışması, bundan sonra o “sirr dağarcığı”nın Braziliyaya göndərilməsi ondan xəbər verirdi ki, Braziliyadan ruslara sərf edən cavab gələcək. İndi həmin cavab Rusiyaya tam sərf edən məzmunda olmasa da, ruslar “qara qutular”dakı qeydləri özlərinə sərf edən variantda yozmaq, şərh etmək imkanı qazanıblar. Bu zaman onlar əsas məsələnin (təyyarənin Rusiya HHM-mi tərəfindən vurulması) üstündən ötür, təqsiri pilotların üstünə yıxmağa çalışırlar. Həyasızlıq normal sözlərlə ifadə ediləcək həddə deyil.

Hətta Rusiya hökumətinin inhisarında olan media qurumlarında təyyarəmizin vurulmasına görə məsuliyyəti ABŞ və Ukrayna kəşfiyyat xidmətlərinin belinə şələləyənlər də var.

Rusiyanın “Svarşiki” (“Qaynaqçılar”) adlanan Teleqram kanalı AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğramasında ABŞ və Ukraynanın xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı “təsdiqlənmiş məlumat” aldığını bildirib. Kanalın müəllifləri əmin edirlər ki, guya bu əməliyyatı hazırlamaq üçün Vaşinqton və Kiyevə 6 ay lazım olub.

TG kanalı yazır: “Xəzər dənizi yaxınlığında fəlakət baş verən gün xüsusi spotter - NATO-nun kəşfiyyat təyyarəsi əməliyyat zonasında olub. Bütün hərəkətlər əvvəlcədən hesablanıb ki, Ukrayna PUA-ları hücum edərkən Ukrayna Silahlı Qüvvələrinin “Axmat” xüsusi təyinatlı obyektinə əvvəlki hücumundan sonra Visaitovski rayonunda quraşdırılmış “Pantsir” sistemi tərəfindən təyyarənin vurulmasına səbəb olsun”.

“Svarşiki” bu hadisəyə bundan əvvəl baş vermiş hadisəni “qaynaq” edir: “Eyni ssenari 2018-ci ilin sentyabrında Rusiyanın İl-20 təyyarəsi Suriyanın S-200-dən atəşə tutulduğu zaman İsrail hərbi hava qüvvələri tərəfindən də istifadə edilib. Suriya qüvvələri İsrailin F-16 qırıcılarının Latakiyadakı hədəflərə basqını dəf edən zaman İl-20 enişdə atəşə tutulub”.

Kanal daha sonra yazır: “Aydındır ki, Qroznı yaxınlığındakı fəlakətlə bağlı vəziyyətdə dost atəşinin təşkili üçün oxşar üsullardan istifadə edilib”.

“Qaynaqçılar” hesab edirlər ki, bütün insident, çox güman ki, Rusiyaya beynəlxalq təzyiq üçün şərait yaratmaq, onun dünya miqyasında, o cümlədən ABŞ-Ukrayna danışıqları kontekstində mövqeyini zəiflətmək məqsədi daşıyıb.

Sözügedən yazıda göstərilir ki, AZAL-ın heyəti bütün qərarları təkbaşına qəbul edib, Qroznıya enməmək, Mahaçqalaya üz tutmamaq, sonra isə Bakıya qayıdıb, sonda Aktauya getmək qərarına gəlib.

Kanal yazır: “Səsyazmalardan o da məlum olub ki, pilotlar mümkün quş zərbəsi və göyərtədə qaz balonunun partlaması ilə bağlı nəzəriyyələri müzakirə ediblər. Bundan əlavə, danışıqlarda təyyarəyə xarici təsirlərdən bəhs edilir, lakin pilotlar təyyarədə fövqəladə vəziyyət elan etməyiblər”.

Göründüyü kimi, Rusiya tərəfi AZAL-ın təyyarəsinin vurulmasına və qəzaya uğramasına görə məsuliyyəti heç vəchlə üzərinə götürmür: “Təyyarəni ABŞ və Ukrayna vurdurub”, “Pilotlar “Embrarer”i Aktauya öz qərarları ilə uçublar”. Dünəndən bəri Rusiya mediası eyni arqumentləri dönə-dönə təkrarlayırlar.

Dünya birliyi və Azərbaycan rəhbərliyi isə hadisənin necə baş verdiyinə, kimin məsuliyyətinin nə qədər olduğuna dair həqiqətləri tam təfərrüatı ilə bilir.

Rusiyanın bu cür hərəkətləri o boyda dövlətin özünü, sözünü nüfuzdan salmasından başqa bir şey deyil. Dünya miqyasında etibarını itirmiş bu dövlət təsirinin güclü olduğu regionda da özünü xəcil günə qoymaqdadır.

Xalid KAZIMLI
/Musavat.Com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dərman bazarında SÜNİ BAHALAŞMA - AXI NİYƏ?..
Bu gün, 04:21
TRIPP layihəsinin icrasına dair ABŞ-la Ermənistan arasında bəyanat qəbul olunub - MƏTN
Bu gün, 04:01
"Əgər bu zəruri addım atılmazsa..." - MÜRACİƏT
Bu gün, 03:59
'Azəriqaz'ın vətəndaşdan oğurladığı pullar BƏS NƏ OLACAQ?
Bu gün, 03:43
Müştəri ABB-yə niyə etibar etsin ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:34
İranda hər şey bitib: Sırada kənar hərbi müdaxilədir - Pezeşkian da bacarmadı...
Bu gün, 03:19
"Bizə cənubumuzda ikinci Əfqanıstan lazım deyil..." - ETİRAZ
Bu gün, 03:13
Trampın zəfəranlı İranı - Az qaldı…
Bu gün, 03:09
Hökumətin yalançı SU HESABATLARI - REAKSİYA
Bu gün, 02:53
"Starlink" İranda interneti pulsuz edib - “Bloomberg”
Bu gün, 02:39
Rayona gəlməyə avtobus tapmayan KƏNDLİLƏR - NƏ ETMƏLİ?
Bu gün, 02:35
Faiq Ələkbərlinin “Azərbaycan Türk mütəfəkkirləri” kitabı Türkiyədə nəşr olunub - FOTO
Dünən, 22:09
ABŞ SEPAH-ın hərbi məntəqələrinə raket zərbələri endirəcək - şok ssenari
Dünən, 22:05
İşdən qovulan icra başçısı ilə bağlı ŞOK DETAL - Prezidentə şikayəti kim EDİBMİŞ?
Dünən, 22:01
Kino Agentliyində yeni təyinatlar olub
Dünən, 21:36
Ermənistanın müdafiə naziri ordunun növbəti 5 illik inkişafına dair mövqeyini açıqlayıb
Dünən, 17:08
Ermənistan Qaragöl ətrafındakı postu Azərbaycana verir? - AÇIQLAMA
Dünən, 17:08
45 ildən sonra Bakıda mühüm dəyişiklik olacaq – Prezident anons verdi
Dünən, 16:55
“Avant Group”la bağlı daha bir qalmaqal - Dövlət Xidməti Baş Prokurorluğa müraciət edəcək
Dünən, 16:49
Molla rejimi də bunu qəbul etməli olacaq - Merz
Dünən, 16:36
İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarılır - DETALLAR
Dünən, 16:31
Azərbaycan İranla ticarəti dayandıracaq? - AKTUAL
Dünən, 16:23
"Qanuni oğru"nun adını əlindən aldılar - SƏBƏB
Dünən, 16:19
“Çeçenistanda varislik modeli üzərində hazırlıq gedir” - ŞƏRH
Dünən, 16:09
Nazir generalı təqaüdə göndərdi - ƏMR
Dünən, 16:03
Çindən Azərbaycana gətirilən süni saqqallar kəskin azalıb
Dünən, 16:01
Ukraynanın müdafiə naziri vəzifəsindən azad edilib - "Unian"
Dünən, 15:54
“Rufo Gəncinski” saxlanıldı - Dubayda
Dünən, 15:52
Baxçalı İran rejimini müdafiə etdi - “Kəşfiyyatın əli var”
Dünən, 15:50
Bakının İranla bağlı planı nədir: birləşmə müzakirə olunur? – İsrailli politoloq kartları açdı
Dünən, 15:42
Azərbaycan benzininin idxalı Ermənistandakı uzunmüddətli monopoliyalara son qoyacaq - Paşinyan
Dünən, 15:40
“Birmarket”in (Umico) rəhbəri dəyişdi - BUNDAN SONRA...
Dünən, 15:36
“Premiumnetaz” MMC-nin internet provayderi kimi uçotu ləğv edilib
Dünən, 15:30
Dövlət borcu üzrə bəzi audit tələbləri icra olunmayıb - Hesablama Palatası
Dünən, 15:28
Bakıda restoranda İNSİDENT: Əvvəl qıza sataşdı, sonra sahibkarı bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 15:23
Yıxılan “Rus ev”ləri – Trampın “çəkməsini” geymək olar, amma...
Dünən, 15:16
"HAZIR OLUN" mesajına Bakıdan REAKSİYA - "Kimin nə mesaj verməsindən asılı olmayaraq, Azərbaycan hər şeyə hazırdır"
Dünən, 15:14
Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb" - TƏFƏRRÜAT
Dünən, 15:11
“Neməti meydanda ən çox qoruyan məhz Elçibəy olub” - Sabir Rüstəmxanlı
Dünən, 15:08
Prokurorluq orqanlarında yeni kadr təyinatı - ƏMR
Dünən, 15:04
Lahıcda həkimlərdən pul topladığı deyilən mərkəz müdiri DANIŞDI: - “Boş-boş danışmasınlar, ordan heç “spiçka” da götürmürəm, Allah cənab İlham Əliyevə cansağlığı versin”
Dünən, 15:00
AQTİ əvvəlcə at və dəvələri “birkalayacaq”, sonra isə…
Dünən, 14:57
İran Rusiyaya ballistik raketlər və dronlar SATIB
Dünən, 14:49
İranla ticarət edən ölkələr Trampın hədəfindədir - Azərbaycan üçün risk varmı?
Dünən, 14:47
İranda hakimiyyətə Səfəvilərin nümayəndəsi gələ bilər? – Azərbaycanlılarla bağlı PLAN
Dünən, 14:45
Bu, İran İslam Respublikasının sonu deməkdir - MI6-nın keçmiş rəhbəri
Dünən, 14:42
ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi - ÇÜNKİ
Dünən, 14:40
Şərur regional Tibb Mərkəzində TAM DƏRƏBƏYLİKDİR... - Direktor müavini isə...
Dünən, 14:28
Ermənistanda bu il hərbi təlimlər keçirilməyəcək
Dünən, 14:18
ARDNF FİASKOSU: Kağız üzərində milyonlar, kassada 4 min manat - NƏ BAŞ VERİR?
Dünən, 14:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru