“Onlar kafelərdə gəzə-gəzə gəlib efirlərə çıxıblar. Onlar restoranlarda kişilərin ayaqqabılarını öpənlərdir. Bu gün Azərbaycanın xalq artistlərini lüt bədənləri ilə tanıdıq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış müğənni Ülvi Qılınc deyib.
Bayağı mahnılarla efirlərdə meydan sulayan müğənniləri hədəfə alan sənətçi onların ünvanına sərt ittihamlar səsləndirib. Bu ittihamlarda bəzi xalq artistləri də yer alıb.