Rektor özünə yeni müşavir təyin etdi .....                     "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim" .....                     İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" .....                     Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır .....                     Əjdər Ol azadlığa buraxılıb? .....                     Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb .....                     Xalq artisti Şuşaya gedə bilmədi: .....                     Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir .....                     Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar .....                     “Space FM”in rəhbəri işdən çıxarıldı .....                     Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi .....                     Tahir Kərimlidən Vüsal Aslanova cavab: .....                     “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... .....                     Dünyanın ən nüfuzsuz siyasətçisi .....                     Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər .....                     AZAL Dubay reyslərini bərpa edib .....                     74 milyonluq şirkətə qoşulma: .....                     Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub .....                     Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir .....                     Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti .....                     İcra bacılarına yeni tapşırıq verildi .....                     Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi .....                     Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR .....                     Sosial yardım üçün müraciətlərə niyə GEC CAVAB VERİRLƏR? .....                     Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi .....                     Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının tikintisinə görə 3.6 milyon alacaq .....                     Nazir onu rəis müavini təyin etdi .....                     Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı .....                     Qardaşı oğlunu öldürən müəllim: “Mismarçıxaranla onun baş nahiyəsindən zərbə vuraraq qətlə yetirdim” .....                     “Həmin rejissora görə zalı tərk etdilər, tamaşaya qadağa qoyuldu” .....                     Gecə saatlarında sərxoş əri tərəfindən döyülən qadın: .....                     Azərbaycanın şərab şirkətinin rəhbərliyi yenidən seçiləcək .....                     Xəzərin coğrafi xəritəsi dəyişir? .....                     Çin ABŞ-yə üç sahədə qalib gəlib .....                     Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb .....                     Burda vətəndaşı rəsmən BOĞAZA YIĞIRLAR... .....                     “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın Direktorlar şurasın tərkibi yenidən seçiləcək .....                     Vasif Talıbovun TƏBLİĞATI GEDİR: Prezidentə ÇAĞIRIŞ... .....                 

İlham Əliyevin icrası bayramdan-bayrama təxirə salınan sərəncamı...
Tarix: 24-03-2014, 12:11 | Çap et
İlham Əliyevin icrası bayramdan-bayrama təxirə salınan sərəncamı...
Prezident İlham Əliyevin 2011-ci ilin aprel ayında imzaladığı sərəncam hələ də axıra qədər yerinə yetirilməyib. Söhbət Sabunçu rayonunda tikilən tibb ocağından gedir...

Belə ki, İlham Əliyev 2011-ci il, aprelin 27-də Sabunçu rayonunda görülən işlərlə tanış olarkən sakinlərlə də görüşmüş və onların problemləri ilə tanış olaraq onların ehtiyac və istəklərini də dinləmişdi. Sakinlər söhbət zamanı rayon ərazisində uşaqlar və böyüklər üçün fəaliyyət göstərən 12 və 18 saylı poliklinikaların istifadəyə yararsız olması haqda prezidentə məlumat vermişdilər.

Bundan sonra İlham Əliyevin sərəncamı ilə yeni poliklinikanın tikintisinə başlanılmışdı. Tibb müəssisəsi tikilməyinə tikildi, amma açılmadı...

Prezidentin 2011-ci ilin aprel ayında yeni poliklinikanın tikilməsi haqda sərəncamın verməsindən sonra 18 saylı poliklinika söküldü və bir neçə ay ərzində onun yerində ikimərtəbəli yeni bina tikildi. Binanın hazır olmasından 2 ildən çox vaxt keçməsinə baxmayaraq o, hələ ki, istifadəyə verilmir. Səbəb isə bir neçə cür izah olunur. Bu səbəbləri köhnə poliklinikanın yararsız vəziyyətindən şikayət edən sakinlərdən soruşduq.

Rayon sakinləri virtualaz.org saytına dedilər ki, poliklinika tikildikdən sonra bir neçə səlahiyyətli şəxs gəlib binaya baxış keçirdilər: “Deyəsən, görülən işlərdən razı deyildilər. Tikiliyə baxdılar, narazı şəkildə çıxıb getdilər”.

Başqa bir sakin isə deyir ki, poliklinikanın bir neçə metr yaxınlığında 3 saylı Sabunçu Mərkəzi Rayon Xəstəxanası (MRX) var və həmin xəstəxananın ərazisi genişdir: “Bu poliklinikanı da söküb xəstəxananın həyətində tikmək istəyirlər”.

“Poliklinika söküləcək” deyən sakinin bu sözlərindən sonra bir məsələni də qeyd edək ki, 3 saylı Sabunçu MRX-da hazırda yenidənqurma və təmir işləri aparılır. Xəstəxana tam hazır olduqdan sonra prezidentin iştirakı ilə açılış mərasiminin keçiriləcəyi də gözlənilir.

Köhnə poliklinikaların xidmətindən bezən sakinlər deyir ki, Sabunçu Rayon İcra Hakimiyyətinə (RİH) bir neçə dəfə müraciət ediblər: “Gah bu bayram, gah da o bayram açılış olacaq deyərək bizi yola salıblar”.

Poliklinikanın yüz faiz söküləcəyini iddia edən sakinlər də var.

Sakinlərlə söhbət edib onların fikirlərini dinlədikdən sonra 3 ilə yaxındır tikilən və qapısına “İşləmir” yazılmış lövhə asılan poliklinikanın taleyi haqda rəsmi məlumat öyrəndik.

İlk rəsmi məlumatı Səhiyyə Nazirliyindən aldıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli virtualaz.org-a açıqlamasında bildirdi ki, poliklinika Sabunçu RİH tərəfindən tikilib: “Bəzi texniki problemlər olduğundan poliklinikanın açılışı bu vaxtadək uzanıb. Amma Novruz bayramı ərəfəsində, ya da ondan sonra açılış olacaq”.

A.Qədirlinin bu açıqlamasından belə aydın olur ki, poliklinikanın açılmaması rayon icra hakimiyyətindən asılı olan məsələdir.

Sabunçu Rayon İcra Hakimiyyətindən aldığımız cavab isə maraqlı oldu. İcra başçısının müavini Arzu Məmmədova virtualaz.org-a açıqlamasında bildirdi ki, poliklinikanın istifadəyə verilməsi Sabunçu RİH-in səlahiyyətində deyil: “Doğrudur, prezidentin sərəncamı ilə Sabunçu rayonunda yeni poliklinika inşa olunub. Amma həmin poliklinikanı Sabunçu Rayon İcra Hakimiyyəti tikdirməyib”.

A.Məmmədova poliklinikanın tikilməsinin RİH-in səlahiyyətləri daxilində olmadığı üçün onun nə zaman istifadəyə veriləcəyi haqda da dəqiq məlumatının olmadığını söylədi. RİH nümayəndəsi poliklinikanın Novruz bayramı ərəfəsində və ya ondan az sonra açılacağından xəbərsiz olduqlarını da dedi.

Önəmli bir məsələni də xatırladaq ki, yeni tikilən binaya çoxdandır lazımi qurğular, müasir tibbi avadanlıqlar da gətirilib.

Qeyd edək ki, böyüklər üçün nəzərdə tutulan 18 saylı poliklinika 1898-ci ildə tikilən binada, 12 saylı uşaq poliklinikası isə 1925-ci ildə tikilən binada fəaliyyət göstərirdi. 18 saylı poliklinika söküldükdən sonra yerində prezidentin sərəncamı ilə yeni bina tikilib. Hələlik böyüklər üçün olan poliklinika fəaliyyətini 12 saylı poliklinika ilə birlikdə köhnə binada davam etdirir.

Araşdırmalarımız zamanı poliklinikanın açılmamasının səbəbi haqda başqa bir maraqlı məlumat da əldə etdik.

Bu məqamı qeyd etməmişdən əvvəl prezident İlham Əliyevin sərəncamını prezidentin rəsmi saytına istinadən təqdim edirik:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Sabunçu qəsəbəsində yeni poliklinikanın tikintisi və onun lazımi avadanlıqla təchizatı üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı şəhərinin Sabunçu Rayonu İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin

maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev

Azərbaycan

Respublikasının Prezidenti

Bakı şəhəri, 29 aprel, 2011-ci il”.

Sərəncamdan da göründüyü kimi, poliklinikanın tikintisi üçün 2 milyon manat vəsait ayrılıb. Maraqlı məqam isə ondan ibarətdir ki, ölkə başçısı bu sərəncamı imzalayarkən Sabunçu RİH-in başçısı Əlibaba Əliyev idi. Əlibaba Əliyev prezidentin 14 aprel, 2012-ci il tarixli sərəncamla vəzifəsindən uzaqlaşdırılıb. 2012-ci ilin aprel ayında isə prezidentin sərəncamı ilə Adil Vəliyev Sabunçu RİH başçısı vəzifəsinə təyin edilib.

Ola bilsin ki, yeni icra başçısı əvvəlki həmkarının işini davam etdirməyib və ya bu məsələyə məsuliyyətsiz yanaşıb. Əldə etdiyimiz məlumata görə, əvvəlki icra başçısı Əlibaba Əliyevin işdən çıxarılmasının səbəbi vəzifəsini layiqincə yerinə yetirməməsi olub.

Məqsədimiz köhnə və təzə icra başçılarının vəzifəsini necə icra etdiyini araşdırmaq deyil, maraqlı olan prezident tərəfindən ayrılan 2 milyon manat vəsaitin necə xərclənməsi və 3 ilə yaxındır ki, inşa olununan poliklinika binasının taleyinin necə olacağıdır. Çünki burada daha diqqətçəkən və qaranlıq qalan məqam məhz əhalinin rahatlığı və dövlət başçısının bunun üçün ayırdığı dövlət vəsaitinin taleyidir...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Bu gün, 12:57
"Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Bu gün, 12:54
İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Bu gün, 12:41
Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Bu gün, 12:40
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Bu gün, 12:26
Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Bu gün, 12:19
Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 12:16
Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Bu gün, 12:11
Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Bu gün, 12:09
Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Bu gün, 12:07
“Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Bu gün, 12:03
Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Bu gün, 11:58
Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Bu gün, 11:56
“UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bu gün, 11:51
Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Bu gün, 11:49
Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:21
AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Bu gün, 11:19
74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Bu gün, 11:17
Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Bu gün, 11:15
Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03
Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01
İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59
Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56
Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44
Sosial yardım üçün müraciətlərə niyə GEC CAVAB VERİRLƏR? - ETİRAZ VAR!
Bu gün, 10:37
Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 10:21
Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının tikintisinə görə 3.6 milyon alacaq
Bu gün, 10:18
Nazir onu rəis müavini təyin etdi - ƏMR
Bu gün, 10:13
Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə
Bu gün, 10:10
Qardaşı oğlunu öldürən müəllim: “Mismarçıxaranla onun baş nahiyəsindən zərbə vuraraq qətlə yetirdim” - TƏFƏRRÜAT
Bu gün, 10:07
“Həmin rejissora görə zalı tərk etdilər, tamaşaya qadağa qoyuldu” - Məlahət Abbasovadan şok ETİRAF
Bu gün, 10:03
Gecə saatlarında sərxoş əri tərəfindən döyülən qadın: - “O, məni vurandan sonra gedib yatdı”
Bu gün, 10:00
Azərbaycanın şərab şirkətinin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 09:52
Xəzərin coğrafi xəritəsi dəyişir? - AÇIQLAMA
Bu gün, 09:49
Çin ABŞ-yə üç sahədə qalib gəlib - Çzin Çanjun
Bu gün, 09:47
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Bu gün, 09:45
Burda vətəndaşı rəsmən BOĞAZA YIĞIRLAR... - GİLEY
Bu gün, 09:43
“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın Direktorlar şurasın tərkibi yenidən seçiləcək - GÖZLƏNTİ
Bu gün, 09:35
Vasif Talıbovun TƏBLİĞATI GEDİR: Prezidentə ÇAĞIRIŞ... - "...Naxçıvanı ona tapşırın!"
Bu gün, 09:23
Konstantin Zatulin: Soçinin erməni kütləsi üçün "faydalı axmaq" - FAKT BUDUR!
Bu gün, 09:14
Ukrayna ərazilərini geri alır, bu isə Putin üçün... - CNN
Bu gün, 07:27
Azərbaycanda bu karqo şirkətləri ilə bağlı pis xəbər - SİYAHI
Bu gün, 07:25
ABŞ və İsrail diplomatiyaya xəyanət edib - İran
Bu gün, 07:22
Varlı balasına "hə", kasıba "yox" deyən müşavirin sonu - Nəcibə Nəsibova niyə qovuldu?
Bu gün, 07:20
Estoniya Hörmüz boğazına hərbi heyət göndərməyi planlaşdırır - ERR nəşri
Bu gün, 06:59
"İçində “şor kərə, Göyərti” olduğu bilinən bir bağlama niyə 60 saata çatdırılsın ki?" - NARAZILIQ VAR...
Bu gün, 06:57
SOCAR-ın İtaliyada aldığı şirkətə korrupsioner gürcü təyin edilib - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
"Ən maraqlısı o 25 faizlik qaranlıq hissədir" - ŞƏRH
Bu gün, 06:32
Pentaqon rəhbərinin qərarı müttəfiqləri şoka salıb - “Politico”
Bu gün, 06:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru