Məmurların bahalı toy mərəzi... - Hələ də tərgidə bilmirlər
Tarix: 28-02-2014, 14:42 | Çap et
 Ötən il ölkə başçısı İlham Əliyevin “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirdiyi fikirlər uzun zaman mətbuatın müzakirə predmetinə çevrildi. Dövlət başçısının həmin çıxışında toxunduğu problemlərdən biri də dəbdəbəli ziyafət, məmurların öz övladlarına təmtəraqlı toy etmələri ilə bağlı idi.
“Təmtəraqlı toylar, ad günləri, bahalı hədiyyələr - bunları yığışdırın. Bəsdirin. Və kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu həm yerli icra orqanlarına aiddir, mərkəzi icra rəhbərlərinə də aiddir. Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər”,- deyə ölkə başçısı bildirmişdi. Bəs görəsən, aradan keçən müddətdə məmurlar bahalı toy etmək mərəzindən xilas ola biliblərmi? Təəssüf ki, müşahidələrimiz hələ də imkanlı vəzifəli şəxslərin övladlarına dəyəri həddən artıq yüksək rəqəmlərlə ölçülən toylar etməkdən vaz keçmədiyini göstərir. Məsələn, bu gün də Bakı küçələrində sıralarında dəyəri yüz minlərlə manatla ölçülən avtomobillərin hərəkət etdiyi toy kortejlərini görmək olar. Bundan başqa, bir çox şadlıq evlərində, xüsusilə də lüks restoranlarda gecə saatlarında, yəni toy bitdikdən sonra elə bir atəşfəşanlıq başlayır ki, təkcə belə bir atəşfəşanlığa nə qədər pul xərcləndiyini düşünəndə həmin toyun nə qədər bahalı toy olduğuna şübhə yeri qalmır. Sadə vətəndaşların belə bir atəşfəşanlığa imkanlarının heç bir halda çatmayacağını düşünsək həmin toyların sahiblərinin kimlər ola biləcəyini təxmin etmək çox asandır. Bir çox restoranlarda isə xidmətlərin qiymətləri hələ də gözqamaşdıran rəqəmlərlə müşaiyət edilir. Həmin qiymətlərin aşağı düşməməsi onu deməyə əsas verir ki, tələbat qalır. Tələbatın qalması isə məmurların “bahalı toy” mərəzindən xilas ola bilmədiklərinin əyani göstəricisidir. Belə restoranların işçilərinin özləri də qeyri-rəsmi söhbətlərdə etiraf edirlər ki, onların çalışdıqları şadlıq saraylarının, restoranların xidmət haqları orta statistik gəliri olan azərbaycanlının cibinə uyğun deyil. Məkanlar ancaq imkanlı şəxslər üçün uyğundur. Bununla belə, müştəri qıtlığı yaşamadıqlarını da bəyan edirlər. Bu da bir daha onu göstərir ki, Azərbaycanda müəyyən vəzifəli şəxslər ölkə rəhbərliyinin qəti göstərişinə və sərt xəbərdarlığına baxmayaraq hələ də öz övladlarının xeyir işi üçün istənilən qədər “səxavət” nümayiş etdirirlər. Məsələn, Bakının ənbərkgedən restoranlarından olan “Hollywood”un 2 menyusu var. Birinci “Standrat” adlanır, qiyməti 120 manatdan başlayır. Digər menyu isə “Premium”dur. Azərbaycan dilinə tərcümədə “Mükafat” olan menyunun qiyməti 150 manatdan start götürür. Əmək pensiyalarının orta məbləğindən cəmi 20 manat aşağı olan menyunun nəyinin “Mükafat” olmasını isə bir sahibkar bilir, bir də bu ideyanı onun başına qoyan ağıllı. Yeri gəlmişkən menyulara əlavə xidmətlər daxil deyil. Yəni fotoqrafı, musiqiçiləri, video çəklişləri toy sahibinin özü təşkil etməlidir. İndi gəlin açıq danışaq: azərbaycanda orta statistik vətəndaşın belə ağır xərclər altında toy etmək imkanı varmı? Elə isə bu restoranda qiymətlərin belə yüksək olması və buna rəğmən də müştəri sarıdan əziyyət çəkməməsini nə ilə izah etmək olar? Əlbəttə, hələ də bir çox imkanlı vəzifəli şəxslər öz xeyir məclislərini təmtəraqla, dəbdəbə ilə keçirməsələr bu suala da ehtiyac qalmazdı. Belədə nə menyülərin dəyəri belə fantastik rəqəmlə müşaiyət olunar, nə də adıçəkilən restoran sadə vətəndaşlar üçün əlçatmaz bir ünvan olaraq qalardı. Daha bir maraqlı məqam əksər lüks restoranlarda sonuncu dəfə orada hansı məmurun övladının toyunun təşkil edildiyinə dair sorğuları cavablandırmaq istəməmələridir. Bir az da konkretləşdirsək, onlara bu barədə hər hansı məlumat verməyin qəti şəkildə yasaqlandığını deyirlər. Belə bir yasağın mövcud olması da, Bakıda bahalı məmur toylarının səngimədiyini düşünmək üçün əsas verən ehtimalları qüvvətləndirir. Bütün bu yazılanlardan isə ümumi bu nəticəyə gəlirik ki, ölkə rəhbərliyinin tapşırığına rəğmən Azərbaycanda bir çox məmurlar bahalı toy etmək ənənəsindən əl çəkmirlər. Onlarda bu arxayınçılığı nəyin yaratdığını demək isə çox çətindir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı - KİV
Dünən, 17:47 |
|
|
|
| • Bu qurumda bir neçə şöbə ləğv edildi: Yeni idarə yaradıldı - TƏFƏRRÜAT
Dünən, 17:45 |
|
|
|
| • Şagirdlər üçün yeni vəziyyət – 315 manat cərimə gələcək?
Dünən, 17:43 |
|
|
|
| • Rayonlarda kredit və əmanət faizləri arasında dəfələrlə fərq var – Tam siyahı
Dünən, 17:32 |
|
|
|
| • Rusiyadan Ermənistan 5 milyardlıq ŞANTAJ
Dünən, 17:29 |
|
|
|
| • DMA-nın bir şöbəsinin müdiri işdən çıxdı, digərinə rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 17:20 |
|
|
|
| • Paşinyandan KURYOZ manevr: milyonlarını və evli olduğunu NİYƏ açıqladı? - İLGİNC
Dünən, 17:14 |
|
|
|
| • Zərərli çiyələk yetişdirənlər HƏBS olunsun - ÇAĞIRIŞ
Dünən, 17:06 |
|
|
|
| • "E-Kredit" BOKT-un lisenziyası ləğv edilib
Dünən, 17:04 |
|
|
|
| • 30 illik diplomatik riyakarlıq iflas etdi: - İlham Əliyev Minsk Qrupunun "ölüm hökmü"nü necə imzaladı?
Dünən, 17:00 |
|
|
|
| • Burda sıravi işçinin aqibəti... KİMSƏNİN UMRUNDA BELƏ DEYİL... - GİLEY...
Dünən, 16:57 |
|
|
|
| • AZAL ilə Böyük Britaniya arasında səmərəli əməkdaşlıq müzakirə edilib - FOTO
Dünən, 16:47 |
|
|
|
| • AzTV-nin 22 min manatlıq müqavilə qalmaqalı: “Mənə cəmi 150 manat verirlər” - TƏFƏRRÜAT
Dünən, 16:40 |
|
|
|
| • Prezidentin təltif etdiyi Baxış Babayev kimdir? - DOSYE
Dünən, 16:39 |
|
|
|
| • Polkovnikdən ŞOK SÖZLƏR - "Bizim o bəzi DEPUTATLARA demək lazımdır ki..."
Dünən, 16:37 |
|
|
|
| • Azərbaycan vətəndaşları Türkiyədə 4 ayda 250 mənzil alıb - DETALLAR
Dünən, 16:34 |
|
|
|
| • Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb - FƏRMAN
Dünən, 16:32 |
|
|
|
| • “Nvidia”nın bazar dəyəri 5,5 trilyon dolları keçdi – ARDNF-yə də təsir edəcək
Dünən, 15:12 |
|
|
|
| • Azərbaycanda iki yeni institut yaradılıb
Dünən, 15:10 |
|
|
|
| • Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq - Bu aydan etibarən
Dünən, 15:04 |
|
|
|
| • Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına - 10 il 6 aylıq cəza verildi
Dünən, 14:59 |
|
|
|
| • BRİKS sammitində gərgin anlar - İran və BƏƏ nümayəndələri üz-üzə gəldi
Dünən, 14:57 |
|
|
|
| • Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
Dünən, 14:55 |
|
|
|
| • Paşinyandan Köçəryanla bağlı SƏRT AÇIQLAMA - Polis hərəkətə keçdi
Dünən, 14:49 |
|
|
|
| • Mayis Musayev vəzifəsindən ayrıldı - AÇIQLAMA
Dünən, 14:48 |
|
|
|
| • Çin gəmilərinin Hörmüz boğazından keçidi başlayıb - “Fars”
Dünən, 14:45 |
|
|
|
| • Makron epizodu Cənubi Qafqaz diplomatiyasında hansı reallıqları ortaya çıxardı? – Deputatdan açıqlama
Dünən, 13:17 |
|
|
|
| • "Mənim İbrahim Tatlısəs olmağım mümkün deyil"
Dünən, 13:15 |
|
|
|
| • Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... - VİDEO
Dünən, 13:12 |
|
|
|
| • Azercell-dən qiymət artımı: "Onların xətti də Hörmüzdən keçib gəlirdi?" - NARAZILIQ VAR...
Dünən, 13:03 |
|
|
|
| • Valdas Dambrauskas Azərbaycanda "qızıl dubl" edən ilk əcnəbi baş məşqçi olub
Dünən, 12:59 |
|
|
|
| • Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq - ÇÜNKİ...
Dünən, 12:58 |
|
|
|
| • Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv edib - ADLAR
Dünən, 12:53 |
|
|
|
| • İlk tramvay Bakıya nə vaxt qayıdacaq? - AKTUAL
Dünən, 12:51 |
|
|
|
| • Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Dünən, 12:36 |
|
|
|
| • Yeni lizinq şirkəti təsis edildi
Dünən, 12:20 |
|
|
|
| • Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək - SİYAHI
Dünən, 12:18 |
|
|
|
| • Ceki Çanın iştirakı ilə "Tanrının yaraqları 4" filminin bir hissəsi Azərbaycanda çəkiləcək
Dünən, 12:14 |
|
|
|
| • Gürcüstanda yol qəzasında ikisi qardaş olmaqla, altı azərbaycanlı gənc ölüb - TƏFƏRRÜAT
Dünən, 12:08 |
|
|
|
| • "Bu peşəkarlıq əlavələrinin verilməsindən sonra hasilatda HANSI CİDDİ ARTIM OLUB?" - Rövşən Nəcəfə HAQLI SUALLAR...
Dünən, 12:07 |
|
|
|
| • Ter Timofey, 102-ci baza və Kremlin köhnə “Qarabağ oyunu” - NƏ BAŞ VERİR?
Dünən, 11:56 |
|
|
|
| • Akif İslamzadə xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 11:39 |
|
|
|
| • Sülh yolunda PAKİSTAN KÖRPÜSÜ... olduqca kövrəkdir... - İNCƏLƏMƏ
Dünən, 11:36 |
|
|
|
| • “Normallaşma” İllüziyası - Ermənistan reallıq qarşısında, Azərbaycan oyunun qaydalarını yazır
Dünən, 11:32 |
|
|
|
| • Rəna Soltanovanın klinikasında qəfil yoxlama - Yenə cərimələndi
Dünən, 11:29 |
|
|
|
| • Səfərbərlik Xidmətində yenilik: bu rayon şöbələri birləşdirildi - YENİ RƏİS İSƏ...
Dünən, 11:22 |
|
|
|
| • Nazirdən bu quruma yeni təyinat - ƏMR
Dünən, 11:18 |
|
|
|
| • Azərbaycanın ən uğursuz siyasətçisi - Saffari yazır...
Dünən, 11:14 |
|
|
|
| • Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb - ARAŞDIRMA
Dünən, 11:03 |
|
|
|
| • Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxdı, daha bir dələduzluğu ifşa edildi - İnam Kərimova MÜRACİƏT
Dünən, 11:01 |
|
|
|
|