`Sədərək` Yusif Mingəçeviri SATIN ALIB? - İSTƏDİYİNİ EDİR...
Tarix: 24-08-2022, 12:35 | Çap et
 Məlumdur ki, cənab Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün mühüm proqramlar hazırlanıb. Bəllidir ki, faydalı qazıntı yataqları, neft, qaz zaman keçdikcə tükənir. Bu hər yerdə belədir. Ona görə də dövlətin gələcəyi üçün mütləq digər sektorlar da inkişaf etdirilməlidir. Azərbaycanda tarixən aqrar sahə ənənəvi olub. Və son illər bu sahəyə, pambıqçılığa, üzümçülüyə, tütünçülüyə, baramaçılığa önəm verilir. Digər tərəfdən dünyada ən gəlirli sahələrdən biri də turizmdir. Bir çox dövlətlər il ərzində turizm biznesindən milyardlarla gəlir götürür. Çox təəssüf ki, hətta yaxın qonşularımızla müqayisədə turizm biznesi bizdə zəif inkişaf edib. Çox şükür ki, yenə də cənab Ptezidentin təşəbbüsü ilə bu sahədə son illər xeyli irəliləyiş var. Birincisi, turizmin inkişafı üçün mütləq infrastuktur sahələr inkişaf etməli, rahat yollar salınmalı, otellər tikilməli, servis mədəniyyəti inkişaf etməlidir. Bütün bunlardan sonra ölkəmizə turist axını ola bilər. Maşallah, ölkəmizin dilbər guşələri, görməli, istirahət etməli yerləri kifayət qədərdir. Amma… Əmması odur ki, turist pul xərcləyirsə, yüksək, keyfiyyətli xidmət tələb edəcək, əgər bu olmasa, o turisti bir də ölkəmizdə görə bilmərik. Məlumdur ki, əhali sayına görə Azərbaycanın dördüncü böyük şəhəri hesab olunan Mingəçevir Kür çayının sahilində yerləşir. Elə şəhərin gəzməli, görməli yeri də məhz bu sahildir. Mingəçevirə gələn qonaqlar, turistlər mütləq Kürün sahilində salınmış parka baş çəkir. Son illər sahildə tikilən otel, kafe və restoranların hər nə qədər istirahət imkanlarının artmasına səbəb olduğu deyilsə də, yerli sakinlərin əksəriyyəti bu vəziyyətdən narazıdır. Səbəb də bu tikililərin çayın içərisinə doğru getməsi, çayın görünüşünün qarşısının alınmasıdır. Təsəvvür edirsiniz, Kür çayının üzərində tikilən restoranlar, kafelər öz tullantlarını kür çayına buraxır. Bu hələ harasıdır..? Kür çayının üzərindəki restoranların tualetləri Kür çayına ifrazat, nəcis axıdır. Birincisi və ən dəhşətlisi odur ki, Kür çayının suyu bir çox rayonların sakinləri üçün içməli su mənbəyidir. Biz nə üçün vətəndaşlarımıza nəcis iyi verən su içirtməliyik..? Yaxud bu iyrənc mənzərəni görən turist bir də Mingəçevirə, ümumiyyətlə, ölkəmizə gələrmi..? Ümumiyyətlə, bu mənzərəni görən əcnəbilər millətimiz barədə nə düşünər..? Bəs, televizora çıxan kimi ANA TƏBİƏT deyib, coşursunuz, şeir qondarır, mahnı oxuyursunuz. Adam olan kəs ANASINI bu günə qoyarmı..? Ümumiyyətlə, Mingəçevirdə Kürün ətrafı və üstü bəzi məmurlar tərəfindən zəbt, daha doğrusu işğal olunub. Çayın üzərində müxtəlif adla “Liman” kafesi, “İnci” restoranı və daha nələr fəaliyyət göstərir. Kürün bir sahilində “Ağsaray” oteli gecə-gündüz işləyir, çirkab sular Kürə axıdılır. Biz otelin-filanın əleyhinə deyilik. Əksinə yuxarıda qeyd etdiyimiz kimi otellər olmalıdır ki, turist cəlb edə biləsən. Amma otelin normal kanalizasiya sistemi olmalıdır. Yeri gəlmişkən, Kürün üzərindəki və ətrafındakı obyektlərin çoxunun iş adamı, “Sədərək Yusif” kimi tanınan şəxsə, “Deka” şirkətinə” məxsus olduğu deyilir. Və bütün bu obyektlərin tikintisinə, Mingəçevir icra hakimiyyəti, Ekologiya Nazirliyi icazə verib. Təsəvvür edirsiniz, elə ərazilər zəbt olunub ki, birbaşa mühafizə zolağına aiddir. Heydər Əliyev adına parkın xeyli hissəsi zəbt olunub və ora giriş pulludur. Yerli sakinlər də buna etiraz edirlər. Amma onların etirazını eşidən yoxdur. Sakinlər iş adamı Yusif müəllimdən çox şikayət edirlər. Və deyirlər ki, Yusif müəllim deyib ki, camaatın acığına Kürün üstündə ikimərtəbəli şadlıq sarayı tikəcəm. Bəli, gəlib-gedən icra başçıları Yusif müəllimin pulunu alıb qeyri-qanuni sərəncamlar verirlər. Sakinlər isə, dövlət qurumlarına, Ekologiya naziri Muxtar Babayevə və başqa instansiyalara şikayət ərizələri yazmaqda davam edirlər. Biz də bir media olaraq ekonazirdən soruşuruq ki, hara baxırsan, Muxtar Babayev, Mingəçevirdə Kür çayı üfunət iyi verir... //gundelik-baku.com//

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi QƏRAR VERƏCƏK
Dünən, 18:02 |
|
|
|
| • Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir - KİV
Dünən, 17:58 |
|
|
|
| • “Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb - DETALLAR
Dünən, 17:56 |
|
|
|
| • Çarukyanın nələri varmış?! – Milyardları müsadirə edilir
Dünən, 17:42 |
|
|
|
| • Asiya İnkişaf Bankına yeni vitse-prezident TƏYİN EDİLİB
Dünən, 17:37 |
|
|
|
| • “Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” - Tural İrfan
Dünən, 17:31 |
|
|
|
| • Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? – Bəzi detallar açıqlanıb
Dünən, 17:23 |
|
|
|
| • Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? - ARAŞDIRMA
Dünən, 17:19 |
|
|
|
| • Qaqauzlar Türkiyədən dəstək istədi: - Ankara nə edəcək?
Dünən, 17:08 |
|
|
|
| • Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb - TƏFƏRRÜAT
Dünən, 17:04 |
|
|
|
| • AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır - BAZAR OLSUN...
Dünən, 17:03 |
|
|
|
| • Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi - DETALLAR
Dünən, 17:01 |
|
|
|
| • "Villa Inn" otelində sevgilisini döydü - Məhkəmədə bağışlandı
Dünən, 17:01 |
|
|
|
| • “İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” - “Qarabağ bülbülləri”nin solisti doğum günündə XATIRLANDI
Dünən, 16:49 |
|
|
|
| • İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb - “Reuters”
Dünən, 16:45 |
|
|
|
| • “ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var? - ARAŞDIRMA
Dünən, 16:29 |
|
|
|
| • “Rosatom”u Argentinadan qovdular - Yeni Prezident ABŞ-ni seçib
Dünən, 16:22 |
|
|
|
| • Zəngəzur dəhlizində işlərin başlanacağı TARİX
Dünən, 16:15 |
|
|
|
| • Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib
Dünən, 16:09 |
|
|
|
| • Körfəzdə dava düşür, amma turist sayı təkcə Azərbaycanda azalır: NİYƏ? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:04 |
|
|
|
| • Əməkdar jurnalist komaya düşdü - Vəziyyəti ağırdır
Dünən, 15:59 |
|
|
|
| • Paşinyandan ermənilərə “Nənə-baba” zərbəsi - News.am
Dünən, 15:47 |
|
|
|
| • Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub
Dünən, 15:46 |
|
|
|
| • "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir - ŞƏRH
Dünən, 15:28 |
|
|
|
| • Tovuz bələdiyyəsinin xərcləri proqnozu aşdı – 22 min manat "LUKOIL"a xərcləndi
Dünən, 15:23 |
|
|
|
| • Həbsdə olan jurnalistin səhhəti pisləşdi - AÇIQLAMA
Dünən, 15:16 |
|
|
|
| • Şirkətlər bu bankdan niyə qaçır? - 260 milyonu geri çəkdilər
Dünən, 15:05 |
|
|
|
| • İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi - “Hraparak”
Dünən, 14:58 |
|
|
|
| • NATO-nun Bakıdakı təmas səfirliyi regiona nə vəd edir? - ŞƏRH
Dünən, 14:56 |
|
|
|
| • "O pul mənim üçün çox böyük puldur..." - NARAZILIQ VAR...
Dünən, 14:45 |
|
|
|
| • Ekspertdən ETN və MÜTDA-ya sərt sözlər: - “Milyardlar xərclənir, nəticə yoxdur”
Dünən, 14:31 |
|
|
|
| • "Deyirlər, elə mahnı oxu ki, tamaşaçının “damarını tutsun” - Şölə
Dünən, 14:28 |
|
|
|
| • Bağça-məktəb arasında qalan uşaqlar: Valideynlər narazıdır - NƏ BAŞ VERİR?
Dünən, 14:25 |
|
|
|
| • Fələstinli nazir Bakıda nə istəyib? – “Koka-kola” planına möhtəşəm CAVAB
Dünən, 14:22 |
|
|
|
| • Yeni model Bakıdakı bu məktəblərdə tətbiq olunacaq - SİYAHI
Dünən, 14:08 |
|
|
|
| • "Hamının evində anası-bacısı var” - Novella Cəfəroğludan Taleh Yüzbəyova
Dünən, 14:03 |
|
|
|
| • Vəzifə, ev, bahalı avtomobil vədi ilə milyonluq oyun - Dələduzluq sxemi ifşa olundu
Dünən, 13:58 |
|
|
|
| • Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi - Texniki İstismar şöbəsi ləğv edildi
Dünən, 13:54 |
|
|
|
| • "Çiçəklənən Ermənistan"ın lideri Tsarukyanın zavodu dövlətin idarəçiliyinə verilib
Dünən, 13:48 |
|
|
|
| • Ukraynanın yeni Baş naziri təyin edilib - “RBK-Ukraine”
Dünən, 13:47 |
|
|
|
| • "Azərpoçt"un sabiq şöbə müdiri 14 min manatı mənimsədi – MƏHKƏMƏ
Dünən, 13:04 |
|
|
|
| • Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb - “Ynet”
Dünən, 13:02 |
|
|
|
| • ADSEA Lökbatanda qazdığı yolu niyə asfaltlamır? - Sakinlərdən narazılıq
Dünən, 12:58 |
|
|
|
| • Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: “Aylıq 300-400 dollar ödənilib” – MƏHKƏMƏ
Dünən, 12:44 |
|
|
|
| • IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu - MƏQALƏ
Dünən, 12:37 |
|
|
|
| • 4 min verib aldığımız “iPhone” deyilmiş - AÇIQLAMA
Dünən, 12:33 |
|
|
|
| • Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:24 |
|
|
|
| • Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi” - İTTİHAM VAR...
Dünən, 12:18 |
|
|
|
| • Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
Dünən, 12:14 |
|
|
|
| • Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib - “News.am”
Dünən, 12:04 |
|
|
|
|