Bakı və Abşeronda internetin sürəti 30% artırılacaq
Tarix: 1-11-2021, 08:23 | Çap et
 DİA.AZ: - Müasir zamanda mobil internetə olan əsas tələb - bağlantının sürətli və kəsintisiz olmasıdır. “Azercell Telekom” elə bu ehtiyacı əsas tutaraq Azərbaycan üzrə LTE şəbəkəsinin əhatə dairəsini getdikcə daha da artırır. Hazırda Azercell-in LTE şəbəkəsinin coğrafi baxımdan əhatə dairəsi ötən ilə nisbətən təxminən 7% daha artıqdır. Ümumilikdə 2021-ci ilin 9 ayı müddətində şirkətin quraşdırdığı yeni stansiyalarının fəaliyyəti nəticəsində LTE şəbəkəsinin əhali üzrə əhatə dairəsi 85.65%-ə, coğrafi əhatə dairəsi isə 74.3%-dək artıb. Xatırladaq ki, şirkətin ümumilikdə səs və mobil internet xidmətlərinin əhatəsi baxımından son göstəriciləri: ölkə ərazisi üzrə 94,25%, ölkə əhalisi üzrə isə 98,73% təşkil edir. Bütün bunlarla yanaşı, Azercell yaxın zamanda Bakı və Abşeronda internet tutumunu və sürətini daha 30% artırmağı planlaşdırır.
DİA.AZ xəbər verir ki, LTE şəbəkəsinin təkmilləşdirilməsi üzrə görülən işlər Azercell-in təqdim etdiyi xidmətlərin keyfiyyətinə, mobil internetin sürətinə də güclü təsir göstərib. Hazırda Bakı şəhərində ən yüksək sürətli LTE şəbəkəsi də məhz şirkətə aiddir. Bunu paytaxtda aparılan sürət testləri (Drive Test) dəfələrlə sübut edib. Son 3 il ərzində Azercell-in şəbəkəsi üzərindən endirmə sürəti 2.5 dəfə artıb. Belə ki, 2018-ci ildə Bakı və Abşeron yarımadası üzrə orta sürət bu sürət 19 Mbit/s təşkil edirdisə, ötən il 41 Mbit/s, bu il isə 51 Mbit/s olub. Lakin Azercell yalnız paytaxtda deyil, bütün ölkə üzrə abunəçilərini sürətli və keyfiyyətli mobil internetlə təmin edir. Hazırda Azercell-in LTE şəbəkəsi ilə 240 Mbit/s qədər endirmə (download), 95 Mbit/s qədər isə yükləmə (upload) sürəti əldə etmək mümkündür. Son 1 il ərzində Azercell şəbəkəsi üzrə LTE texnologiyası ilə ötürülən data trafikin həcminin də 1.7 dəfə artdığını xüsusilə qeyd etmək lazımdır. Mühüm göstəricilərdən biri də şəbəkə üzrə ötürülən ümumi data trafikin təxminən 71%-nin məhz LTE texnologiyası üzərindən daşınmasıdır. Bu da o deməkdir ki, bu sürətlə Ultra HD 4K keyfiyyətli videonu onlayn şəkildə heç bir kəsinti olmadan rahatlıqla izləmək mümkündür.
Mobil operator mütəmadi olaraq ölkə üzrə radio baza stansiyalara LTE texnologiyasını əlavə etməklə onların işini təkmilləşdirir, həmçinin öz şəbəkəsini daha keyfiyyətli, daha çox tutuma malik yeni texnologiyaların tətbiqinə hazırlayır. Bu məqsədlə təkcə 2021-ci ildə mövcud 50 radio baza stansiyaya LTE texnologiyası əlavə olunub, 246 sayda stansiyada təkmilləşdirmə işləri aparılıb, 150 stansiyanın isə ümumi internet tutumu artırılıb. 2021-ci ilin yanvar ayından bu günə kimi LTE texnologiyası üzərindən çalışan 76 ədəd yeni radio baza stansiya quraşdırılıb. Hazırda şirkət ölkə ərazisindəki ümumi olaraq 2846 stansiyası ilə abunəçilərini müasir və yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin edir.
Azercell işğaldan azad olunmuş ərazilərimizdə də mobil telekom infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. İndi işğaldan azad olunmuş torpaqlarımızda Azercell şirkətinə məxsus 65-dən artıq radio baza stansiyası fəaliyyətdədir. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər ərazilər artıq Azercell şəbəkəsi ilə əhatə olunub.
“Azercell Telekom”-un Bakı metropolitenində apardığı tədbirlər nəticəsində artıq metro sərnişinləri qatarın hərəkətdə olduğu zaman da internetsiz qalmırlar. İndiyədək Bakı metropoliteninin mövcud 24 stansiyası və 23 tunelində LTE-Daşıyıcı Birləşdirmə sistemi aktivləşdirilib. Yaxın zamanda Bakı metropoliteninin artıq bütün tunelləri Azercell LTE şəbəkəsi ilə əhatə ediləcək.
Xatırladaq ki, dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericsson-un apardığı bençmarkinq araşdırmaları göstərir ki, bir çox keyfiyyət göstəricilərinə görə Azercell dünya üzrə yüksək nəticə göstərərək “Best in class” kateqoriyasına daxil olub.
“Azercell Telekom” MMC-nin əsas prioritet istiqamətlərindən biri abunəçilərini hər zaman keyfiyyətli mobil rabitə ilə təmin etməkdən ibarət olub. Azercell LTE şəbəkəsini təkmilləşdirməklə abunəçilərinə daim onlayn olmaq, böyük həcmli videoları daha yüksək keyfiyyətdə izləmək, bu faylları daha tez yükləyib ötürmək, kəsintisiz səsli zənglər etmək imkanını yaradır.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ermənilərin 2 sentyabr TƏDARÜKÜ...
Bu gün, 17:54 |
|
|
|
| • Abxazlar gürcülərə nifrət edirlər, bu məsələnin həlli yoxdur - Saakaşvili
Bu gün, 17:52 |
|
|
|
| • Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? – ƏCAİB QİYMƏTLƏR
Bu gün, 17:37 |
|
|
|
| • Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb - "Pakdad"da nə baş verir?
Bu gün, 17:25 |
|
|
|
| • İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
Bu gün, 17:13 |
|
|
|
| • “VNT-Azərbaycan Logistik” şirkəti kapitalını kəskin azaltdı
Bu gün, 17:05 |
|
|
|
| • Yevlaxda 657 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 17:04 |
|
|
|
| • “Azərbaycan Sənaye Bankı”nın sədri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Bu gün, 16:57 |
|
|
|
| • Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi - AÇIQLAMA
Bu gün, 16:52 |
|
|
|
| • Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı – Son qiymətlər
Bu gün, 16:50 |
|
|
|
| • SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
Bu gün, 16:44 |
|
|
|
| • Putin və Pezeşkian Tehran və Vaşinqton münasibətlərindəki problemləri müzakirə ediblər - "İnterfaks"
Bu gün, 16:41 |
|
|
|
| • Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 16:33 |
|
|
|
| • "Xadimə və satıcı eyni adamdır" - "Bravo"dan şikayət
Bu gün, 16:24 |
|
|
|
| • Müharibə iştirakçıları veteranlıq statusu tələb edir: - Ziddiyyətlər aradan qaldırılmalıldır
Bu gün, 16:15 |
|
|
|
| • Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Bu gün, 16:08 |
|
|
|
| • Tanınmış aparıcı “Azərcell”dən ŞİKAYƏTÇİDİR - “Buna görə məndən etibarnamə tələb edirlər”
Bu gün, 16:04 |
|
|
|
| • Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
Bu gün, 16:00 |
|
|
|
| • Revanşistlərin “separatçı sevgisi” -Parisdə sərgi, AHİM-ə şikayət, Zonabendin səfər istəyi
Bu gün, 15:58 |
|
|
|
| • Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? - ARAŞDIRMA
Bu gün, 15:57 |
|
|
|
| • Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı - nəyin TƏDARÜKÜDÜR?
Bu gün, 15:54 |
|
|
|
| • Putinlə görüşdə bunları müzakirə edəcəyik - Paşinyan
Bu gün, 15:52 |
|
|
|
| • Qarşıdurmadan dialoqa: - Ermənistan Dünya Köçəri Oyunlarında
Bu gün, 15:50 |
|
|
|
| • “Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:48 |
|
|
|
| • İRİA-nın şöbə müdiri işdən çıxdı - ƏMR
Bu gün, 15:46 |
|
|
|
| • Bu qurumda yeni təyinatlar oldu - ADLAR
Bu gün, 15:44 |
|
|
|
| • "Məni ad gününə, toylarınıza da çağırmayın" - Xalq artisti
Bu gün, 15:42 |
|
|
|
| • İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - GƏLİŞMƏ
Bu gün, 15:37 |
|
|
|
| • AZPROMO sığortaçı seçib
Bu gün, 15:20 |
|
|
|
| • İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
Bu gün, 15:18 |
|
|
|
| • Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış - 34 il əvvəl törədilən qətlin TƏFƏRRÜATI
Bu gün, 15:14 |
|
|
|
| • Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb – Rayonlar üzrə siyahı
Bu gün, 15:09 |
|
|
|
| • Məşhur məmurun kürəkəni əliqandallı Bakıya gətirildi – 13 il əvvəl törədilən qətl işi məhkəməyə göndərildi
Bu gün, 15:07 |
|
|
|
| • “Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” – Rəşad Ergün
Bu gün, 13:04 |
|
|
|
| • Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın həbsinə order verilib
Bu gün, 13:02 |
|
|
|
| • İlham Əliyev Putinlə söhbətləşdi - FOTO
Bu gün, 13:01 |
|
|
|
| • İran bu tarixdə BOMBARDMAN ediləcək – Azərbaycan üçün RİSKİ…
Bu gün, 12:57 |
|
|
|
| • "Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" - Mətanət Əsədova
Bu gün, 12:51 |
|
|
|
| • Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 12:49 |
|
|
|
| • Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
| • Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:42 |
|
|
|
| • Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı – QƏRAR
Bu gün, 12:38 |
|
|
|
| • Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
| • İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq - Zərdüşt Əlizadə belə deyir...
Bu gün, 12:23 |
|
|
|
| • “300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” - Video
Bu gün, 12:20 |
|
|
|
| • Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır - DETALLAR
Bu gün, 12:12 |
|
|
|
| • “Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” - Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA
Bu gün, 12:11 |
|
|
|
| • Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir - KİV
Bu gün, 11:55 |
|
|
|
| • “Express Lombard” 2 dəfə kiçilib - Mənfəəti azalıb
Bu gün, 11:53 |
|
|
|
| • Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı – MƏHKƏMƏ
Bu gün, 11:47 |
|
|
|
|