ABŞ-dan daha bir KUBA HƏMLƏSİ .....                     "Onlar gərginlikdən bəslənirlər..." .....                     Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı .....                     Xalq artistləri "Turan marşı"nı təqdim edəcək .....                     Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı .....                     Gah yol çəkir, gah da lift quraşdırır... .....                     Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                     Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən .....                     "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? .....                     Paşinyan müxalifəti hədələdi .....                     Energetik içkilər azyaşlılara hələ də satılır .....                     Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır .....                     Ramil Əmənova vəzifə verildi .....                     Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir .....                     WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir .....                     Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı .....                     S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub .....                     SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib .....                     Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib .....                     Paşinyan Xocalı canisini küçələrə salıb .....                     Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur .....                     Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı .....                     Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? .....                     “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək” .....                     Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, .....                     Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb .....                     Məktəbdə “zona” qanunları .....                     “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib .....                     Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                 

Azərbaycanın vergi sistemi ilə futbol oynayanlar - İLGİNC
Tarix: 10-02-2021, 15:14 | Çap et
Azərbaycanın vergi sistemi ilə futbol oynayanlar
Azərbaycanda məmurların rüşvət və korrupsiyaya görə həbsi adiləşib. O qədər adiləşib ki, adam hər gün hansısa məmurun həbsini, ən pis halda işdən uzaqlaşdırıldığı xəbərini eşitməyəndə qəribə hiss edir. Bu ölkədə nə bitsə, tükənsə də, səlim müslümovlar, vüqar səfərlilər bitib-tükənməz.

Rüşvət, korrupsiya az qala hər sahədə var. Elə çoxunun “əşşi, futboldur da” dediyi futbolda da. Hə, futbolu Azərbaycanda oynayırlarsa, “top yumru, meydan düzdür” deyiminə arxayın olmayacaqsan, düz meydanın, yumru topun arxasındakı əyrilikləri, eybəcərlikləri görəcəksən, ya da ən azı görməyə çalışacaqsan. Çox uzağa getmək lazım deyil, Azərbaycanın futbol klublarına rəhbərlik edənlərin, çalışanların bildiyi, sirr kimi qorumağa çalışdığı, əslində çoxdan sirr olmaqdan çıxan bir məsələ var. O məsələ ki, bizdə futbol klublarında futbolçularla ikili müqavilələr imzalanır və... Bunu bu ölkədə futbolla maraqlanan, bu sahədə yazan əksəriyyət danışır.

Nədir ikili müqavilə?

Futbol klubu transfer etdiyi futbolçu ilə iki müqavilə bağlayır. Birinci sənəd dövlətin aidiyyatı qurumlarına təqdim olunan, ikincisi də futbolçu ilə klub arasında olan, gizli saxlanılan. Birinci sənəddə futbolçunun tutaq ki, aylıq 1000 manat məvacib alacağı göstərilirsə, gün üzünə çıxmayan ikinci sənəddə klubun oyunçuya məsələn, ayda 5 min manat ödəyəcəyi yazılır. Bu, vergidən yayınmaq, maliyyə cinayəti hesab olunmalıdır. Hər halda, İspaniyadan hansısa futbolçu durub Azərbaycana gəlirsə, burda aylıq 500-1000 manata oynamaq üçün gəlmir. Yaxşı, bəs Azərbaycan futbolu tarixində olubmu ki, hansısa futbolçunun klubla imzaladığı müqavilənin şərtləri, detalları mətbuata, ictimaiyyətə açıqlansın? Olmayıb! Ola da bilməz! Nəyi açıqlayacaqlar? Durub Braziliyadan Azərbaycana gələn futbolçunun aylıq məvacibinin 1000 manat olduğunu? Buna kim inanar? Axı hətta Azərbaycan kimi futbol çempionatı zəif olan ölkələrdə də futbolçular qəpik-quruşa oynamırlar.

Burda sadəcə bir məqsədin olduğu görünür: klublar qəpik-quruşa oynamayan futbolçularla əlbir olub, vergidən yayınır. Azərbaycan Premyer Liqasında 8 klubun çıxış etdiyini, hər klubda da ortalama 20 futbolçunun forma geyindiyini nəzərə alsaq, görün, hansı məbləğdə pullar vergidən yayındırılır.

Maliyyə cinayətlərindən çıxarılmalı „dərs“lər

Futbolçuların, klub rəhbərlərinin vergidən yayınması, ya da buna cəhd etməsi halları Avropada da olur. Amma Azərbaycandan fərqli olaraq, Avropada futbol klublarının maliyyə cinayətlərinə yol verməməsi üçün işlək mexanizm var. Məsələn, 2014-cü ildə Almaniyanın “Bavariya” klubunun prezidenti Uli Höness vergidən yayındığı üçün həbs edilmişdi. Özü də, nə az, nə çox, 3 il 6 ay müddətinə. Həmin Uli Höness ki, Almaniya futbolunun tarixinə adını qızıl hərflərlə yazdırmışdı, milli komandanın heyətində 1972-cü ildə Avropa, 1974-cü ildə dünya çempionu olmuşdu. Ancaq ad-san, futbolçu kimi qazandığı uğurlar, titullar da onu qanunun sərt üzünü görməkdən xilas edə bilmədi. “Bavariya” kimi böyük klubun prezidenti, özü də yetərincə məşhur olan Höness vergiyə görə dəmir barmaqlıqlar arasına düşürsə, bu, Almaniyada, hətta Avropada başqaları üçün də dərsdir. Azərbaycan isə bu “dərs”dən çox uzaqdır, lap çox.

"Artıq bu sindromdan yaxa qurtarmağın vaxtıdır“

Tovuzun “Turan” klubunun sabiq icraçı direktoru, AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü Yaşar Sultanov uzun müddət futbol sahəsində çalışıb. Sultanov, belə desək, Azərbaycan futbolunun astarına da, üzünə də bələddir. O, ölkənin futbol klublarının vergidən necə yayındıqlarını bilir və artıq bundan yaxa qurtamağın lazım olduğunu düşünür:

“Bu, ciddi maliyyə pozuntusudur. Vergidən yayınmaq və futbolçunu (məşqçi və ya digər əməkdaşları) əlavə stimullaşdırmaq məqsədi daşıyır. İstənilən futbolçuya rəsmi müqavilədəki məbləğin on dəfə artığını digər klub təklif etsə, yaxın durmayacaq. Çünki faktiki olaraq ikili müqaviləsində məbləğ yüz dəfə artıq olur. Artıq bu sindromdan yaxa qurtarmağın vaxtıdır. İlk növbədə, klub rəhbərliyi futbolçu ilə maliyyə münasibətlərinə aydınlıq gətirməli, verginin mahiyyətini, verginin şərəfli bir borc olduğunu, vergi öhdəlikləri qarşısında futbolçunun məsuliyyətini əsaslı izah etməlidir. Heç bir futbolçu və ya digər idmançilar vergi öhdəlikləri ilə bağlı xüsusi imtiyazlara malik deyillər. Əsas məsuliyyət klub rəhbərlərinin üzərinə düşür”.

Futbol klublarının vergidən yayınmasında AFFA hansısa məsuliyyəti daşıyırmı? Sultanov bu məsələdə federasiyanın günahkar olmadığını deyir:

“Bu hallar üzrə hər hansı araşdırma aparılarsa, burda məsuliyyət ancaq klub rəhbərlərinin üzərində qalacaq. AFFA digər hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət edə bilməz. AFFA bu məsələdə yalnız milli komanda ilə bağlı olan ödənişlərə, bununla bağlı yaranmış sosial ayırmalara və vergi ödənişlərinə cavabdehdir”.

"Ümumilikdə son illərdə belə şey yoxdur“

Uzun illərdir futbol meneceri kimi fəaliyyət göstərən Vaqif Heydərli isə klubların, futbolçuların vergidən yayınma hallarının artıq keçmişdə qaldığını deyir:

"İkili müqavilələr və ya bir məbləğin danışılıb, başqasının yazılması ola bilər ki, əvvəlki klubların vaxtında olsun, ancaq indi yoxdur. Çünki son dövrlərdə problemlər ortaya çıxdı. Ümumilikdə son illərdə belə şey yoxdur. Razılaşılan məbləğ nədirsə, PFL-ə təqdim olunur. Mən menecer olaraq belə şeylərlə rastlaşmamışam, çünki müqavilə bağlayanda diqqət edirəm ki, sabahısı gün problem olsa, futbolçu çətin vəziyyətdə qalmasın, ona çatacaq məbləğ və deyilən şərtlər yerinə yetirilsin".

Heydərli hesab edir ki, futbolçunun məvacibinin sirr kimi saxlanması onun şəxsi işidir:

"Futbolçu istəyə bilər ki, onun maaşı açıqlanmasın. Bu, tək futbola deyil, digər peşələrə da aiddir. Ümumi ola bilər ki, kiminsə məvacibinin bu məbləğlə o məbləğ arasında olduğu deyilsin. Xarici ölkələrdə hansı futbolçunun maaşı açıqlanır? Klub siyahı açıqlamır ki, kim nə qədər alır. 3-5 ulduz futbolçu var ki, maliyyə feyr-pleyinə görə onların məbləği açıqlanır. Lakin futbolçuların maaşlarının açıqlanmamasına görə kiməsə nəsə deyə bilməzsən. Çünki bu, futbolçuların hüququdur. Onlar məvaciblərinin məbləğini açıqlamaya bilərlər".

Xarici mətbuatda tez-tez Avropa klublarında forma geyinən futbolçuların transfer qiymətləri, məvacibləri açıqlanır. Məsələn, indiyədək açıqlanan rəqəmlərə görə, Lionel Messi, Kriştiano Ronaldo, Neymar kimi futbolçuların aylıq məvacibləri haqda məlumata sahib olmaq çətin deyil. „Transfermarkt.ru“ saytından futbolçular haqqında bütün bu məlumatları almaq mümkündür:

Lionel Messi ("Barselona") – aylıq 23,316,625,25 milyon manat

Neymar (PSJ) - aylıq 10,847,702,08 milyon manat

Kriştiano Ronaldo ("Yuventus") - aylıq 9,735,117,25 milyon manat

Eden Hazard ("Real") - aylıq 5,249,244,75 milyon manat

Luka Modriç ("Real") - aylıq 3,865,539,00 milyon manat

Kilian Mbappe (PSJ) - aylıq 3, 389,046,92 milyon manat

İş Azərbaycan klublarına gələndə, futbolçularla imzalanan müqavilələrin detalları tam açıqlanmadığı üçün onların məvacibləri haqda hansısa təsəvvürə malik olmaq çətindir. "Tansfermarkt"da Azərbaycan Premyer Liqasında çıxış edən ən bahalı futbolçuların da siyahısı var. Düzdür, burda açıqlanan rəqəmlər tam dəqiq deyil, təxmini qiymətlərdir, amma bu rəqəmlər belə, Azərbaycanda oynayan futbolçuların məvacibləri barədə fikir formalaşdıra bilər. Qiyməti 1 milyon avro olan futbolçu aylıq 600-800 manat məvaciblə futbol oynamaz:

Abdullah Zubir ("Qarabağ") - 1,2 milyon avro

Qara Qarayev ("Qarabağ") - 1 milyon avro

Mahir Emreli ("Qarabağ") - 1 milyon avro

Bədavi Hüseynov ("Qarabağ") - 1 milyon avro

Uroş Matiç ("Qarabağ") - 1 milyon avro

Filip Ozobiç ("Qarabağ") - 1 milyon avro

Emin Mahmudov ("Neftçi") - 900 min avro

Riçard Almeyda ("Zirə") - 750 min avro

Ramil Şeydayev ("Sabah") - 450 min avro

Beləcə, Azərbaycanın futboluna hər il ətək-ətək pullar gəlir, gedir, dəqiq rəqəmlər ictimaiyyətdən gizlədilir. Bunu hətta ömründə bir dəfə yolu stadiona düşməyən, amma savadı, ağlı, məntiqi yerində olan istənilən şəxs bilir, bircə Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bilmir. Ya da bilirlər, özlərini bilməzliyə vururlar, bu barədə açıqlama belə vermək istəmirlər...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45
"Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38
Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Dünən, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Dünən, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Dünən, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Dünən, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Dünən, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Dünən, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Dünən, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Dünən, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Dünən, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Dünən, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Dünən, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Dünən, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Dünən, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Dünən, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Dünən, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Dünən, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Dünən, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Dünən, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Dünən, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Dünən, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Dünən, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Dünən, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru