INTERNATIONAL BOKT “YAŞAT” Fonduna 10 000 manat pul köçürdü
Tarix: 8-01-2021, 17:14 |
Çap et
DİA.AZ: - INTERNATIONAL BOKT hərbi əməliyyatlar nəticəsində zərərçəkmiş vətəndaşların sosial müdafiəsi və bu məqsədlə dövlət tərəfindən həyata keçirilən tədbirlərə həmçinin yeni yaradılmış “YAŞAT” Fonduna dəstək verməyi özünə mənəvi borc hesab edərək, sözü gedən quruma vəsait ayırıb.
DİA.AZ xəbər verir ki, bununla bağlı, təşkilatın rəhbərliyi tərəfindən maddi dəstək olaraq Fondun hesabına 10 min manat məbləğində vəsaitin köçürülməsinə qərar vermişdir.
Qeyd edək ki, “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmışdır. Burada məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin olunmasıdır.