"Azercell"in "GəncOL" paketi çərçivəsində bəzi dəyişikliklər ediləcək
Tarix: 22-12-2020, 09:40 |
Çap et
DİA.AZ: - Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" şirkətinin "GəncOL" paketi çərçivəsində bəzi dəyişikliklər ediləcək.
DİA.AZ xəbər verir, 25 yanvar 2021-ci il tarixindən etibarən fakturasız ("SimSim") xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan "GəncOL2" və "GəncOL6" tarif paketləri çərçivəsində "WhatsApp" tətbiqində, "GəncOL9" tarif paketi çərçivəsində isə "WhatsApp", "Telegram", "Viber", "Twitter" və "Facebook Messenger" tətbiqlərində mətnli yazışmalar üçün, ilk növbədə, 1Gb pulsuz internet həcmindən, sonra "GəncOL" paketi çərçivəsində təqdim olunan əsas internet həcmindən istifadə imkanı təqdim ediləcək.
"GəncOL" paketi çərçivəsində təqdim olunan əsas internet həcmi istifadə müddətindən əvvəl bitdikdə və hər hansı əlavə internet paketi sifariş edilmədikdə, müvafiq dövrün sonunadək yuxarıda göstərilən mətn yazışmaları üçün 16 Kbit/s sürət həddində 10 Gb pulsuz internet həcmindən yararlanmaq mümkün olacaq.