Gədəbəydə büdcə xərcləmələri ZÜLMƏT İÇİNDƏ - İTTİHAM
Tarix: 22-01-2019, 12:04 | Çap et
 Rəsmi sənədlərə görə, 2013-2014-cü illərdə rayonun ümumtəhsil ocaqlarının əsaslı və cari təmir işləri ilə məşğul olan “Rinat – EL” Məhdud Məsuliyyətli Cəmiyyəti qeybə çəkilib?! Bir müddət öncə Gədəbəy Rayon İcra hakimiyyətinin sabiq başçısı Ramiz Yediyarovun fəaliyyətinin araşdırılması məqsədi ilə 3 idarənin müştərək yoxlamalara başladığı xəbəri yayılmışdı. Yayılan informalsiyalarda bildirilirdi ki, Korrupsiyaya qarşı mübarizə idarəsi , Maliyyə Nazirliyi, Hesablama Palatası təftiş komissiyasının yoxlamaq üçün gəlmiş müfəttişləri rayonun təhsil şöbəsinin müdiri Baxış Nağıyevin bahalı villasında gecələmiş, sonra isə paytaxta qayıtmışlar. Hər hansı bir rayonun keçmiş icra başçısının fəaliyyəti araşdırılırsa, gələn yoxlama komissiyasının niyə təhsil şöbəsinin müdirinin evində gecələmələri, orda yeyib-içmək, məclisləri qurmaqları bizə də maraqlı gəldi. Axı keçmiş icra başçısının fəaliyyətindəki pozuntuların aşkarlanmasının təhsil şöbəsinin müdirinə nə dəxli ola bilər ki?
Qeyd edək ki, Ramiz Yediyarov ömür boyu vergilər sahəsində müxtəlif vəzifələrdə işləyib. Baxış Nağıyeviin isə bu yoxlamalar zamanı narahatlığına səbəb odur ki, keçmiş icra başçısı ilə birlikdə, külli miqdarda vəsaitin müqabilində, qabaqcadan əlbir olaraq keçirdikləri şübhəli dövlət satınalmalarının izini hələ də itirə bilməyiblər. Beləki, apardığımız araşdırmalar zamanı məlum olub ki, 2013-cü ildə, Baxış Nağıyevin təhsil şöbəsinə təyinatından sonra iki il ardıcıl, yəni 2013-2014-cü illərdə rayonun ümumtəhsil məktəblərinin binalarının əsaslı və cari təmir işlərinin satın alınması üzrə keçirilən müsabiqələrin qalibi olan şirkətlərin işi yarıtmaz olsa da, özlərinin izi-tozu yoxdur. Necə deyərlər it də gedib, ip də… Apardığımız araşdırmalar zamanı məlum olub ki, təkcə 2013-2014-cü illərdə təmir işləri üzrə keçirilən, ümumi məbləği 290 940,72 manat (iki yüz doxsan min, doqquz yüz qırx manat, yetmiş iki qəpik) dəyərində müsabiqələrin qailibi olan “Rinat-EL” MMC barəsində rəsmi mənbələrdə heç bir məlumat tapmaq olmur. Rəsmi sənədlərə əsasən məlum olur ki, “Rinat-EL” MMC 2013-cü ildə: – əsaslı təmir işlərinin satın alınması üçün – 110 376 manat ( yüz on min üç yüz yetmiş altı); – cari təmir işlərinin satın alınması üçün isə – 90 451, 41 manat (doxsan min dörd yüz əlli bir manat, qırx bir qəpik); 2014-cü ildə isə: – cari təmir işlərinin satın alınması üçün – 90 113,31 manat ( doxsan min yüz on üç manat, otuz bir qəpik) dəyərində müsabiqələrin qalibi olub. Maraqlıdır ki, Vergilər Nazirliyinin rəsmi saytında yerləşən kommersiya qurumlarının dövlət reyestri məlumatlarının bazasında belə bir şirkət barədə heç bir informasiya tapılmır. Mütəxəssislərin fikrinə görə, şirkət ləğv onunanda, bazadakı materialları tapmamaq mümkündür. Belə çıxır ki, dövlət büdcəsindən xərclənən üç yüz minə yaxın məbləğin, daha dəqiq desək, 290 940,72 manatın (iki yüz doxsan min, doqquz yüz qırx manat, yetmiş iki qəpik) aqibəti bilinmir. Bu pulun israfı müqabilində hansı məktəblərdə, hansı işləri, kimlərin necə həyata keçirdiyi böyük sual altındadır. Mövzu ilə bağlı Gədəbəy Rayon təhsil Şöbəsinin müdiri Baxış Nağıyevlə əlaqə saxladıq. O, saytımıza verdiyi açıqlamasında bütün satınalmaların şəffaf keçdiyini, bildirsə də, şirkətin barəsində bildiklərini unutduğunu söylədi: “Bütün yazılan məbləğlər, qəpiyinə qədər təyinatı üzrə xərclənib və Maliyyə Nazirliyi tərəfindən hər şey yoxlanılıb. O qədər şirkətlər, o qədər satınalmalarda qalib olub ki, yadımda qalmayıb, xatırlamıram.” Maraqlıdır ki, rayonun təhsil şefi bu təmir işlərinin hansı məktəbdə olduğunu da unutduğunu, heç birini xatırlamadığını bildirir. REPORTYOR.info

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
| • Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Bu gün, 15:46 |
|
|
|
| • Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Bu gün, 15:41 |
|
|
|
| • İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Bu gün, 15:39 |
|
|
|
| • Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Bu gün, 15:32 |
|
|
|
| • Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Bu gün, 15:30 |
|
|
|
| • Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Bu gün, 15:24 |
|
|
|
| • “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Bu gün, 13:58 |
|
|
|
| • Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Bu gün, 13:15 |
|
|
|
| • Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 13:03 |
|
|
|
| • “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Bu gün, 12:58 |
|
|
|
| • Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Bu gün, 12:55 |
|
|
|
| • Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:49 |
|
|
|
| • "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 12:45 |
|
|
|
| • Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Bu gün, 12:43 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
| • AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Bu gün, 12:37 |
|
|
|
| • Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Bu gün, 12:18 |
|
|
|
| • FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Bu gün, 12:16 |
|
|
|
| • “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Bu gün, 12:12 |
|
|
|
| • Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11 |
|
|
|
| • Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49 |
|
|
|
| • "2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42 |
|
|
|
| • “Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36 |
|
|
|
| • Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25 |
|
|
|
| • Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13 |
|
|
|
| • Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02 |
|
|
|
| • İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59 |
|
|
|
| • Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51 |
|
|
|
| • Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50 |
|
|
|
| • "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43 |
|
|
|
| • “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32 |
|
|
|
| • Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30 |
|
|
|
| • İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22 |
|
|
|
| • “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
| • Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12 |
|
|
|
| • Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11 |
|
|
|
| • İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08 |
|
|
|
| • Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01 |
|
|
|
| • AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59 |
|
|
|
| • Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58 |
|
|
|
| • Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56 |
|
|
|
| • “Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54 |
|
|
|
| • Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40 |
|
|
|
| • TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38 |
|
|
|
| • ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... - MÜRACİƏT
Bu gün, 09:34 |
|
|
|
| • Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07 |
|
|
|
| • 500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36 |
|
|
|
| • Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25 |
|
|
|
|