Rusiya Azərbaycana qarşı köhnə taktikanı işə salır .....                     “Azercell”in AKart YALANÇILIĞI... .....                     Ermənistanın SÜLH adı altında MEYMUNLUĞU... .....                     "Belə məntiqsiz xidmət görməmişəm..." .....                     Sumqayıtda `Sevgilim` sarayında DÜŞMƏNÇİLİK .....                     Tamam! Banklar bizim pulumuzu qorumağa zəmanət vermir... BƏS BİZƏ NƏ OLUB?!! .....                     LAÇIN ZİRVƏSİ... ZİRVƏDƏ LAÇIN... .....                     “Finex Kredit” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək .....                     Rusiyadan HOQQABAZLIQ: Vətəndaşımıza sığınacaq verdi .....                     Bakıda daha bir təhlükə: ölümcül ola bilər .....                     Məleykə Abbaszadəmin sədr olduğu DİM may ayında 221 min manatdan artıq pul köçürüb .....                     "23 ay yaşasa..." .....                     Azərbaycan Rusiyanı qıtlıqdan xilas edə bilər? .....                     Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq möhkəmlənməkdə davam edir .....                     İmtahandan kəsilən müəllimlərin aqibəti necə oldu .....                     Səhiyyə Komitəsindən sensasiyalı tələb .....                     "OBA" marketlər şəbəkəsi ilə “Keyfiyyət Assosiasiyası” arasında əməkdaşlıq memorandumu imzalanıb .....                     DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ RÜŞVƏTXORLUQ BAŞ ALIB GEDİR .....                     Sahib Məmmədovun özünəməxsus kadr oyunları… .....                     100 nömrəli məktəbdə rüşvət və hədə-qorxu qalmaqalı .....                     Fransa XİN başçısını Ermənistana aparan səbəblər? .....                     Azərbaycan ilk dəfə Ukraynaya açıq dəstək verir, Rusiya susur .....                     Ukrayna üçün dörd ssenari .....                     Azərbaycan-Türkiyə-Pakistan strateji bir üçbucaq təşkil edir .....                     "Ola bilər ki, onlar müstəqilliklərini tam həcmdə tətbiq edə bilməyiblər..." .....                     Tramp Rusiyaya qarşı addımlar atmağa yaxındır .....                     Budapeştdən Bakı və İrəvana təklif: Sülh sazişi üçün… .....                     Bu gün Azərbaycanın Müstəqillik Günüdür .....                     Akopyanın Simonyana Qarabağ “cavabı” .....                     Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb .....                     “Sən mütləq general olacaqsan!..” .....                     Milli dövlətçilik ənənələrinin yeni səhifəsi .....                     Azərbaycan Rusiyanı qıtlıqdan xilas edə bilər? .....                     Fidan Moskvada Putinlə danışıqların bəzi detallarını açıqlayıb .....                     Sülh bəyanatları ilə paralel silahlanma .....                     Şamil Basayevin dəstəsinin daha 4 üzvü tutuldu .....                     Şəhid anası yeni video yaydı .....                     Bayrağımızın rəngləri belə qarışıq düşür... .....                     Apostrofun ləğvi qəzəlin dilinə də çox təsir edir .....                     Fidanla danışıqlarda yüksək səviyyəli razılaşmaların yerinə yetirilməsini müzakirə etdik .....                 

Dövlət Komissiyası 18 hərbçimizlə bağlı müraciət etdi - SİYAHI
Tarix: 9-12-2016, 08:51 | Çap et
Dövlət Komissiyası 18 hərbçimizlə bağlı müraciət etdi
“Dövlət Komissiyası itkin düşmüş şəxs kimi adları qeydiyyatda olan vətəndaşlarla bağlı dəqiqləşdirmə işini bu gün də davam etdirir. Dəqiqləşmə prosesində təbii ki, yeni-yeni məqamlar da üzə çıxır. Misal üçün, bu il ərzində aparılmış araşdırmalar zamanı itkin düşmüş 3118 hərbçinin arasında 1979-1989-cu illərdə Sovet ordusunun tərkibində Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirmiş və Qarabağda torpaqlarımızın müdafiəsi uğrunda hərbi əməliyyatlarda itkin düşmüş 18 hərbçinin adını müəyyən etdik. Ümumiyyətlə, bu, çox həssas və çoxşaxəli problemdir və araşdırdıqca yeni çalarlar ortaya çıxır. Bu gün Dövlət Komissiyasını itkin düşmüş 18 Əfqanıstan veteranının taleyi çox düşündürür”.

diaaz.space xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov Trend-ə müsahibəsində deyib.

“Sizin vasitənizlə xüsusilə Əfqanıstanda döyüş yolu keçmiş MDB ölkələrinin bu sahədə fəaliyyət göstərən təşkilatlarına və harada yaşamasından asılı olmayaraq, beynəlmiləl ruhu ilə yaşayan hər bir “əfqanlı”ya müraciət edirik. Onlardan xahiş edirik ki, döyüş yoldaşlarının taleyinə biganə qalmasınlar və onların taleyinin müəyyən edilməsi işində yardımçı olsunlar. MDB ölkələrindəki təşkilatlara ona görə müraciət edirik ki, onların qarşı tərəfə ən azından söz demək, təmas yaratmaq imkanları var. Əgər bu sahədə qeyd etdiyim təşkilatlar və insanlar bizə kömək edərsə və heç olmasa, bircə insanın da taleyi müəyyən edilərsə, biz o insanlara minnətdar olarıq. Mən şübhə etmirəm ki, səsimizə səs verən tapılacaq. İndi axtardığımız həmin 18 nəfərin bəlkə də vaxtilə Əfqanıstanda ölümdən qurtardığı cəbhə, səngər yoldaşları hazırda başqa bir ölkədə, başqa bir şəhərdə yaşayır. Əminəm ki, bu müsahibəmdən sonra onlar səngər dostlarının taleyinə biganə qalmayacaqlar. Çox çətin də olsa, söyləyim, bəlkə də 18 nəfərdən bəziləri bu gün həyatda yoxdur. Amma, heç olmasa, onların ruhu qarşısında bir dost, yoldaşlıq borcunu qaytarmış olarlar”-deyə o bildirib.

1979-1989-cu illərdə Sovet ordusunun tərkibində Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirmiş və Qarabağda torpaqlarımızın müdafiəsi uğrunda hərbi əməliyyatlarda itkin düşmüş 18 hərbçimiz barədə məlumatları təqdim edirik:

1. Abbasov Rəfael Soltan oğlu – 1968-ci ildə Ermənistan Respublikası, Amasiya rayonu, Mağaracıq kəndində anadan olmuş, Ermənistandan qovulmuş Rəfael ailəsi ilə Azərbaycanda məskunlaşmış və itkin düşənədək Bakı şəhərində yaşamışdır. Hərbi hissədə zirehli döyüş maşınının sürücü-mexaniki vəzifəsində xidmət etmiş, 8 may 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğalı zamanı ağır yaralı vəziyyətdə köməksiz qalan Rəfael ermənilər tərəfindən əsir götürülmüşdür. Bir neçə mənbədən alınmış məlumata əsasən, Rəfael əvvəl Yerevan şəhər həbsxanasında saxlanılmış, sonra Sovetakana (bəzi məlumatlarda bu yer Sovetaşen kimi də göstərilir) göndərilmişdir.

2. Əliyev Əliyar Fərrux oğlu – 1961-ci ildə Ağdam rayonunda anadan olmuş, itkin düşənədək Bakı şəhərində yaşamış, 08.05.1992-ci il tarixdə Şuşa şəhəri ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.

İtkin düşənədək Əliyev Əliyar Fərrux oğlu Suraxanı Rayon Hərbi Komissarlığının qeydiyyatında olmuşdur.

3. Əliyev Rəsul Arif oğlu – 1960-cı ildə Sumqayıt şəhərində anadan olmuş, itkin düşənədək Sumqayıt şəhərində yaşamış, 28.10.1993-cü il tarixdə Füzuli rayonunun Kürdmahmudlu kəndi yaxınlığında çiynindən yaralanaraq əsir götürülmüşdür.

4. Hacıyev Azər Nəriman oğlu – 1962-ci ildə Şuşa şəhərində anadan olmuş, itkin düşənədək Bakı şəhərində yaşamış, 13.02.1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.

5. Həmidov İlqar Şahgəldi oğlu – 1965-ci ildə Lerik rayonunun Livədirgə kəndində anadan olmuş, itkin düşənədək Lerik rayonunun Livədirgə kəndində yaşamış, 02.10.1992-ci il tarixdə Laçın rayonunun Səfiyan kəndi ətrafında gedən döyüşlərdə itkin düşmüşdür. Bir neçə mənbədən alınmış məlumata əsasən, İlqar yaralı vəziyyətdə ermənilər tərəfindən əsir götürülmüş və Ermənistan ərazisində saxlanılmışdır.

6. Qarayev Şakir İmdad oğlu – 1964-cü ildə Ağdam rayonunda anadan olmuş, itkin düşənədək Ağdam rayonunun Muradbəyli kəndində yaşamış, 23.07.1993-cü il tarixdə Ağdam rayonunda gedən döyüşlərdə itkin düşmüşdür.

7. Qarayev Rasim İmdad oğlu – 1962-ci ildə Ağdam rayonunda anadan olmuş, itkin düşənədək Ağdam rayonunun Muradbəyli kəndində yaşamış, 23.07.1993-cü il tarixdə Ağdam rayonunda gedən döyüşlərdə itkin düşmüşdür.

8. Həsənov Əsədulla Nuşirəvan oğlu – 1963-cü ildə Qubadlı rayonunun anadan olmuş, itkin düşənədək məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmış, 13.02.1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.

9. Qasımov Əli Baloğlan oğlu – 1967-ci ildə Salyan rayonunun Boranıkənd kəndində anadan olmuş, itkin düşənədək Salyan rayonunun Boranıkənd kəndində yaşamış, 09.02.1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.

10. Quliyev Sadıq Əli oğlu – 1966-cı ildə Tərtər rayonunun Kəngərli kəndində anadan olmuş, itkin düşənədək Mingəçevir şəhərində yaşamış, 04.01.1994-cü il tarixdə Ağdam rayonunun Çeyil yüksəkliyi ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.

11. Cabbarov Əli Telman oğlu – 1971-ci ildə Bakı şəhərində anadan olmuş və itkin düşənədək Bakı şəhərində yaşamışdır. 8 may 1992-ci ildə Şuşanın Ermənistan hərbçiləri tərəfindən işğalı zamanı yaralı vəziyyətdə əsir götürülmüşdür. Bir neçə mənbədən alınmış məlumata əsasən, Əli əvvəl Yerevan şəhər həbsxanasında saxlanılmış, sonra Sovetakana (bəzi məlumatlarda bu yer Sovetaşen kimi də göstərilir) göndərilmişdir.

12. İmaməliyev Arif Ələkbər oğlu – 1960-cı ildə Bakı şəhərində anadan olmuş, itkin düşənədək Bakı şəhərində yaşamış, 15.02.1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.

13. İsaqov Elbrus İsaq oğlu – 1966-cı ildə Cəbrayıl rayonunda anadan olmuş, itkin düşənədək Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində yaşamış, 10.02.1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.

14. Mustafayev Vidadi Şəfa oğlu – 1963-cü ildə Xankəndi şəhərində anadan olmuş, 1988-ci ildə digər Xankəndi şəhərində yaşayan azərbaycanlı əhali ilə birlikdə evlərindən qovulmuş Vidadi ailəsi ilə Xocalı şəhərində məskunlaşmış və itkin düşənədək Xocalı şəhərində yaşamışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbçiləri və terrorçu-quldur birləşmələri tərəfindən dinc Xocalı əhalisinin qəddarcasına məhv edildiyi zaman Vidadi bir neçə Xocalı sakini ilə birlikdə əsir götürülmüş və Əsgəran rayon milis şöbəsinə aparılmışdır. Şahidlərin məlumatına əsasən, Vidadi onların gözü qarşısında Ermənistan hərbçiləri tərəfindən kameradan çıxarılmış və bundan sonra onu görən olmamışdır.

15. Nəbiyev Kamil Zaman oğlu – 1960-cı ildə Sumqayıt şəhərində anadan olmuş, itkin düşənədək Sumqayıt şəhərində yaşamış, 12.02.1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdür. Onun həyat yoldaşı bu xəbəri eşidərək özünə qəsd etmiş, qısa müddətdə atasını və anasını itirmiş Kamilin 3 azyaşlı uşağı yetim qalmışdır.

16. Nəsirov Cəmil Bəndə oğlu – 1962-ci ildə Tovuz rayonunda anadan olmuş, itkin düşənədək Tovuz rayonunun Qaraxanlı kəndində yaşamış, 10.02.1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.

17. Səmədov Etibar Tapdıq oğlu – 1969-cu ildə Cəlilabad rayonunda anadan olmuş, itkin düşənədək Cəlilabad rayonunun Göytəpə kəndində yaşamış, 15.06.1992-ci il tarixdə Ağdam rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə itkin düşmüşdür. Aparılmış araşdırmalar nəticəsində toplanılmış şahid ifadələri nəzərə alınaraq, Etibar Səmədovun döyüş bölgəsində yaralı vəziyyətdə əsir götürüldüyü ehtimal olunur.

18. Xəlilov Yunis Abduləli oğlu – 1969-cu ildə Kürdəmir şəhərində anadan olmuş, itkin düşənədək Ucar rayonunun Küçəkənd kəndində yaşamış, 15.05.1992-ci il tarixdə Şuşanın Turşsu kəndində gedən döyüşlərdə itkin düşmüşdür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Azərbaycana qarşı köhnə taktikanı işə salır - ŞOK DETALLAR
Bu gün, 09:12
“Azercell”in AKart YALANÇILIĞI... - NARAZILIQ VAR...
Bu gün, 09:10
Ermənistanın SÜLH adı altında MEYMUNLUĞU... - FAKT BUDUR!
Bu gün, 08:58
"Belə məntiqsiz xidmət görməmişəm..." - ETİRAZ
Bu gün, 08:54
Sumqayıtda `Sevgilim` sarayında DÜŞMƏNÇİLİK - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:48
Tamam! Banklar bizim pulumuzu qorumağa zəmanət vermir... BƏS BİZƏ NƏ OLUB?!! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:33
LAÇIN ZİRVƏSİ... ZİRVƏDƏ LAÇIN... - Səmimi və gerçək birlik...
Bu gün, 08:28
“Finex Kredit” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 07:15
Rusiyadan HOQQABAZLIQ: Vətəndaşımıza sığınacaq verdi - TƏFƏRRÜAT
Bu gün, 07:08
Bakıda daha bir təhlükə: ölümcül ola bilər – Əhaliyə xəbərdarlıq
Bu gün, 06:41
Məleykə Abbaszadəmin sədr olduğu DİM may ayında 221 min manatdan artıq pul köçürüb - Bu şirkətlərə və fiziki şəxsə
Bu gün, 05:59
"23 ay yaşasa..." - deputat
Bu gün, 05:53
Azərbaycan Rusiyanı qıtlıqdan xilas edə bilər? - ARAŞDIRMA
Bu gün, 05:51
Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq möhkəmlənməkdə davam edir - Peter Mixalko
Bu gün, 05:48
İmtahandan kəsilən müəllimlərin aqibəti necə oldu - “Bizi aldatdılar ki...”
Bu gün, 02:53
Səhiyyə Komitəsindən sensasiyalı tələb - "Tibb işçilərinin yaş həddi 70 yaşa qaldırılsın"
Bu gün, 02:49
"OBA" marketlər şəbəkəsi ilə “Keyfiyyət Assosiasiyası” arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Bu gün, 02:34
DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ RÜŞVƏTXORLUQ BAŞ ALIB GEDİR - Qurumun əməkdaşı şok faktları açıqladı
Bu gün, 02:28
Sahib Məmmədovun özünəməxsus kadr oyunları… – AHİK-də nələr baş verir?
Bu gün, 02:22
100 nömrəli məktəbdə rüşvət və hədə-qorxu qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 02:18
Fransa XİN başçısını Ermənistana aparan səbəblər? - Görünəni odur ki...
Bu gün, 02:11
Azərbaycan ilk dəfə Ukraynaya açıq dəstək verir, Rusiya susur - NƏ BAŞ VERİR?
Bu gün, 02:06
Ukrayna üçün dörd ssenari - AKTUAL
Bu gün, 02:03
Azərbaycan-Türkiyə-Pakistan strateji bir üçbucaq təşkil edir - İNCƏLƏMƏ
Bu gün, 01:58
"Ola bilər ki, onlar müstəqilliklərini tam həcmdə tətbiq edə bilməyiblər..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 01:52
Tramp Rusiyaya qarşı addımlar atmağa yaxındır - Dövlət Departamenti
Bu gün, 01:48
Budapeştdən Bakı və İrəvana təklif: Sülh sazişi üçün… - GƏLİŞMƏ
Bu gün, 01:46
Bu gün Azərbaycanın Müstəqillik Günüdür - BAYRAMIMIZ MÜBARƏK!
Bu gün, 00:14
Akopyanın Simonyana Qarabağ “cavabı” – Bakı haqlı çıxdı!
Dünən, 23:46
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
Dünən, 23:43
“Sən mütləq general olacaqsan!..” - Ali Baş Komandandan ƏMR
Dünən, 18:11
Milli dövlətçilik ənənələrinin yeni səhifəsi - MƏQALƏ
Dünən, 18:07
Azərbaycan Rusiyanı qıtlıqdan xilas edə bilər? - AKTUAL
Dünən, 15:41
Fidan Moskvada Putinlə danışıqların bəzi detallarını açıqlayıb
Dünən, 15:39
Sülh bəyanatları ilə paralel silahlanma - Bu necə barış istəyidir?
Dünən, 15:33
Şamil Basayevin dəstəsinin daha 4 üzvü tutuldu
Dünən, 15:30
Şəhid anası yeni video yaydı - VİDEO
Dünən, 15:20
Bayrağımızın rəngləri belə qarışıq düşür... - FOTOFAKT
Dünən, 15:16
Apostrofun ləğvi qəzəlin dilinə də çox təsir edir
Dünən, 15:03
Fidanla danışıqlarda yüksək səviyyəli razılaşmaların yerinə yetirilməsini müzakirə etdik - Lavrov
Dünən, 15:00
İrandan müəmmalı Zəngəzur açıqlaması – Tehranın yeni PLANI
Dünən, 13:05
Azərbaycan və Ermənistan rəsmiləri Moskvada görüşəcək? - “İnterfaks”
Dünən, 13:03
“İnşaat Konstruksiyaları” MMC DƏLƏDUZLUĞU İFŞA OLDU - TƏFƏRRÜAT
Dünən, 13:02
Mərhum iş adamının yüksək rütbəli oğlu doğum günündən sonra vəfat etdi
Dünən, 12:59
“İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 12:57
“Zəngəzur dəhlizi Türkiyənin patronajlığına keçəcək” – Böyük güclərin planları ALT-ÜST OLDU
Dünən, 12:47
DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib - AY BƏRƏKALLAH...
Dünən, 12:37
Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... - “QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir?
Dünən, 12:32
Hamının subay bildiyi Namiq 6 ay əvvəl...
Dünən, 12:24
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru